Icma.az
close
up
RU
Söndürülsə belə elektrik sərf edən 8 cihaz

Söndürülsə belə elektrik sərf edən 8 cihaz

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elektrik xərclərini gizlicə artıran 8 cihaz müəyyən edilib. Mütəxəssislərə görə, evlərdəki "enerji vampirləri" ümumi elektrik sərfiyyatının 23%-nə qədərini təşkil edir. 

Milli.Az söndürülsə belə elektrik sərf edən 8 cihazı təqdim edir:

1. İsitmə cihazları (elektrikli radiator və qızdıricılar) 

Yanğın təhlükəsizliyi hesabatlarına görə portativ elektrik qızdırıcıları ildə təxminən 10 min ev yanğınının səbəbidir. Dijital zamanlama və ya temperatur sensoruna malik modellər söndürülmüş vəziyyətdə belə elektrik çəkməyə davam edir. Mütəxəssislər bu cihazların mütləq elektrik yuvasından çıxarılmasını tövsiyə edir.

2. Fen və saç formalaşdırıcılar

Bu cihazlar söndürüldükdə enerji sərf etməsə də, xüsusilə hamam kimi nəmli mühitdə cərəyanda saxlanması elektrik vurması və qısaqapanma riskini artırır. Elektrik mühəndisləri hər istifadədən sonra cihazın mütləq elektrik yuvasından çıxarılmasını tövsiyə edir.

3. Televizorlar

NRDC-nin ölçmələrinə görə, müasir televizorlar standby rejimində 2-54 watt arasında enerji sərf edir. Xüsusilə az istifadə olunan otaqlardakı televizorlar evin elektrik xərcini lazımsız yerə artırır.

4. Dəsmal qızdırıcıları

Bəzi modellərdə açma-söndürmə düyməsi olmadığı üçün onlar daim elektrik sərf edir. Orta hesabla bir dəsmal qızdırıcısı standby rejimində 140 watt-a qədər enerji çəkə bilər.

5. Oyun konsolları və peyk/kabel qəbulediciləri

Bu cihazlar evdə ən yüksək gizli enerji sərf edən avadanlıqlar arasındadır. Xüsusilə smart TV istifadə edən ailələrdə dekoderin ləğv edilməsi belə xeyli qənaət gətirir.

6. Ev-ofis cihazları (printer, kağız doğrayan və s.)

Printerlər, skanerlər və kağız doğrayıcılar söndürülmüş görünsə də, hazır gözləmə rejimində enerji sərf etməyə davam edir. Bu avadanlıqları elektrikdən ayırmaq illik elektrik xərcini əhəmiyyətli dərəcədə azaldır.

7. Kompüter və noutbuklar

Bir stolüstü kompüterin standby sərfiyyatının illik maliyyəti təxminən 50 dollar edir. Mütəxəssislər cihaz uzun müddət istifadə olunmayacaqsa, xüsusilə səfərlər zamanı tamamilə fişdən çıxarılmasını məsləhət görür.

8. Taymerli mətbəx cihazları

Kofe maşınları, mikrodalğalı sobalar və rəqəmsal saatlı bişirmə cihazları davamlı olaraq az miqdarda elektrik sərf edir. Əgər taymer funksiyası istifadə olunmursa, bu cihazları da elektrikdən çıxarmaq tövsiyə olunur.

Evdə gizli elektrik sərfiyyatını necə azaltmalı?

Enerji effektivliyi üzrə mütəxəssislər aşağıdakı addımları məsləhət görür:

Az istifadə olunan cihazların elektrikdən ayırmaq

Kompüter və oyun konsollarında enerji qənaəti rejimini aktivləşdirmək

"Quick start" kimi əlavə enerji sərf edən funksiyaları söndürmək

Yeni cihaz alarkən standby sərfiyyatı az olan modellərə üstünlük vermək

Telefon və noutbuk adapterlərini boşda elektrikdə saxlamamaq (xüsusilə orijinal olmayan adapterlar daha çox enerji sərf edir)

Mütəxəssislər qeyd edir ki, köhnə elektron cihazlar yeniləri ilə müqayisədə dəfələrlə artıq standby sərfiyyatı yaradır. Buna görə də cihaz yenilənməsi zamanı enerji etiketlərinə diqqət etmək uzunmüddətli qənaət üçün mühüm rol oynayır.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri