Icma.az
close
up
RU
“Sonuncu qonaq” Sumqayıt səhnəsində

“Sonuncu qonaq” Sumqayıt səhnəsində

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Teatrın ünlü yetirməsi Valeh Kərimov doğma ocağa qayıdıb

Milli Teatr Günündə Sumqayıt səhnəsində Xalq artisti Valeh Kərimovun quruluşunda tatar dramaturqu Tufan Minnullinin pyesi əsasında səhnəyə qoyulmuş “Sonuncu qonaq” tamaşasının premyerası uğurla təqdim olunub.

Valeh Kərimov 1969-cu ildə İncəsənət İnstitutunun təyinatı ilə Sumqayıt Dövlət Dram Teatrına gələrək, uzun illər burada çalışıb. Səhnədə 70-dən çox dramatik və komik obraz yaradıb, eyni zamanda, bir neçə tamaşanın rejissoru olub. Bir sıra mükafata, o cümlədən Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Sənətsevərlərin daha çox Moşu (“Bəxt üzüyü”) deyə çağırdığı istedadlı aktyorun parlaq ifalarına, yüksək koloritli oyunlarına ehtiyac duyulduğu üçün, təqaüdə çıxandan bir müddət sonra o, yenidən doğma teatrın səhnəsinə dəvət edildi və “Sonuncu qonaq” əsərinə həm quruluş verdi, həm də baş rolu – Əlməndəri layiqincə canlandırdı. Onun interpretasiyaları maraqlı alındı. Ömrünün 82-ci baharında səhnəyə qayıdan Valeh Kərimov əsəri örnək ifa, bol gülüş, dinamika ilə dolğunlaşdırdı, gənc həmkarlarına əsl ustad dərsi keçdi.

“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Hekayətin mərkəzində Əzrailin (Füzuli Qərənizadə) “gözündən yayınmış” 91 yaşlı, həyata sıx bağlı olan qoca Əlməndər dayanır. Həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər gözlənilməz qonağı – Əcəllə (Oqtay Mehdiyev) üz-üzə qalır...

Tamaşa boyunca həyat və ölüm, insanın iradəsi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur. Sonda isə Əlməndər hamını başına yığıb vəsiyyətini edir və taleyi ilə barışaraq son qərarını verir...

Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Gülcahan Yusifova, rejissor köməkçisi Ləman Məmmədli, rəqslərin quruluşçusu Kamil Ağazadədir. Səhnə əsərində Əməkdar artistlər - Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar Akif Mirzəyev, Şəms Abdullayeva, Əjdər Zeynalov, Elay Xasiyev və Aynur Hümmətova oynadıqları rolların öhdəsindən bacarıqla gəldilər.

Böyük anşlaqla keçən, seyrçilərin sürəkli alqışları ilə başa çatan tamaşadan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov çıxış edərək teatrın yaradıcı heyətinə təbriklərini çatdırdı və bir qrup aktyora şəhər rəhbərliyinin fəxri fərmanlarını təqdim etdi.

Tamaşanı izləyənlərin arasında olan Xalq şairi Sabir Rüstəmxanlı XQ-yə müsahibəsində dedi:

- Maraqlı səhnə əsəri hər kəsdə zəngin təəssürat yaratdı. Mən pyesin müəllifini – görkəmli yazıçı-dramaturq, ictimai xadim, Tatarıstanın Xalq yazıçısı, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi olmuş Tufan Minnullini şəxsən tanıyırdım. Onun “Əldərməşli Əlməndər” pyesi klassik əsərlər sırasında olub. Bu tamaşanın Sumqayıtda yüksək peşəkarlıqla səhnəyə qoyulması – rejissor işi, dekorasiya tərtibatı, aktyor ifaları tərifəlayiqdir. Məni daha çox sevindirən salondakı tamaşaçı bolluğu oldu. İnternetin, sosial şəbəkələrin “hökmran” olduğu bir vaxtda bu, sənətin hər cür elmi-texnoloji tərəqqidən yüksəkdə durduğunu bir daha göstərdi. Valeh Kərimova və onun gənc həmkarlarına uğurlar diləyirəm.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri