Icma.az
close
up
RU
Şopenauerin düsturu və ya mən necə də varlıyammış!

Şopenauerin düsturu və ya mən necə də varlıyammış!

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Mətbuat Şurasında keçirilmiş yubileydən qeydlər

"Söndür ekranları, ta bundan belə

nə filmə, nə də ki həyata baxaq.

Deyirlər saatda yaxşı vaxt gedir –

gəl gedək oturub saata baxaq".

Salam Sarvan nə gözəl deyib!;

Doğrudan da, "saatda yaxşı vaxt gedir". Vaxtımızdan gedir. Saat çox dürüst bir az da inadcıl qurğudur, "zalım" cihazdır; o, bizim vaxtımızı alıb, əqrəblərlə rəqəmlərin üstündə fırladır, sonra daharasa əlçatmaz bir yerə uçurur.

Mənim də ömür saatımın əqrəbləri dünən altmış rəqəmini göstərdi, sonra da başladı yetmişi xırdalamağa.

Əslində əvvəl də dediyim kimi, ad günü, yubiley mənim üçün hardasa sıradan gün kimidir. Ancaq bəzi tarixlərin ayrıca bir anlamı olur: bunlar özlüyündə hesabat anıdır. Ömür mühasibatının aralıq haqq-hesab məqamıdır. Gəlir-çıxar, itki-qazanc hesablarının ortaya töküldüyü məqamdır. Mən də 60 illik yubileyimə bu rakursdan baxdım.

Sən demə, Şopenhauer düz deyirmiş: "O adam kasıbdır ki, puldan başqa heç bir şeyi yoxdur". Mən də dahi filosofun bu "düstur"u ilə öz altmış ilimi hesabladım, gördüm, mənim əksinə puldan başqa hər şeyim var. Bir daha əmin oldum ki, tam bir sərvət sahibiymişəm: ailəm, doğmalarım, çoxlu dostlarım, az da olsa, diqqətli və sadiq oxucularım var. Bu anlamda varlı bir adamam.

Dünən Mətbuat Şurasında keçirilən yubiley tədbirində də dediyim kimi, bütün sevdiyimiz, dəyər verdiyimiz insanların hamısı bir yumruq boyda ürəyə sığır, ancaq bir zala sığışmır. Sığışdırmaq olmur. Əslində dünən həmin yubiley toplantısına gələnlər mənə əziz olan insanların çox kiçik bir qismi idi. Məkanın imkan verdiyi qədər sığışa bildik. Ona görə də bir çox dostları dəvət edə bilmədik. Ümid edirəm, anlayışla qarşılayarlar. Onu da deyim ki, bizim hələ bir toplantımız da olacaq; mənim ikinci kitabımın təqdimatı yaxın zamanda keçiriləcək, kitablar iştirakçılara hədiyyə ediləcək. Mənim 60 yaşımda dostlarıma, həmkarlarıma oxucularıma yubiley hədiyyəm olacaq. Sözün həm maddi, həm mənəvi mənasında.

Dünənki tədbirə gəlincə, mənim üçün çox anlamlı gün oldu. Əvvəla, orda mənim mənəvi böyüklərim vardı. Anadolu türkləri demiş: böyüyü olmayan böyüməz. Biz nə qədər dünyaya açılsaq da, nə qədər bəşəri dəyərlərə bağlanmağa çalışsaq da, əvvəldən bağlı olduğumuz milli dəyərlərimiz də var. Mən hər zaman deyirəm: böyüklərə sayğımız, kiçiklərə qayğımız həmişə olmalıdır. Dünənki yubiley axşamında da Seyran Səxavət başda olmaqla Qulu Məhərrımli, Zakir Fəxri, Vaqif Bəhmənli və başqa böyüklərimiz vardı bu tədbirdə. Bu, çox dəyərlidir mənim üçün.

İkincisi, bütün salondakı insanların - dəyərli qonaqların hamısı mənim ruh simsarım idi. Arasında ruh əkizim olanlar da vardı. Uilyam Folkner demişdi: "Dostoyevski müəllimim, Mark Tven atam, Şervud Andersen böyük qardaşımdır". Təbii ki, bu, məcazi, mənəvi mənada deyilmiş sözdür. Seyran Səxavət də həmin sözü deyir: "Biz hamımız qohumuq; sözün belindən gəlmişik". Sözün mənəvi mənada doğmalaşdırdığı insanlar toplanmışdı dünən. Hamının adını çəkməyəcım; hamısı ölkədə tanınmış və sevilən talantlar idi.

Müəllim demişkən, dünən mənim ilk iş yerimdə ilk redaktorum ustad jurnalist, mahir publisist, çox hörmətli Arif Əliyev unudulmayacaq sürpriz etdi. O, tədbirə əfsanəvi "Xazar" jurnalının ilk nömrəsini, ilk müxbiri olduğum "Turan" agentliyinin ilk bülletenini və mənim də iştirakımla hazırlanmış ilk kitabı gətirmişdi. Bunlar çox anlamlı hədiyyələrdir. İkinci sürpriz isə tanınmış ziyalımız, şair-publisist Vaqif Bəhmənlidən gəldi. Hörmətli Vaqif Bəhmənli mənim bəlkə də 12-13 il əvvəl yazıb, dərc etdirdiyim, ancaq varlığını özüm də unutduğum bir şeirimi tapıb, kağıza köçürüb, özü ilə gətirmişdi. O şeiri oxudu, qonaqlar bunu da maraqla qarşıladılar. Hər iki sürpriz alqışlandı və yubiley gecəsinə xüsusi rəng qatdı.

Bu tədbir mənim üçün çox anlamlı, çox dəyərli bir xatirə oldu. Həm auditoriyanın yüksək səviyyəsi, həm də isti, doğma mühit mənə xüsusi zövq verdi, çox yüksək motivasiya qaynağı oldu. Qonaqlar, dediyim kimi, ölkənin tanınmış, sevilən ziyalıları, söz, fikir adamları, elmdə, ədəbiyyatda, publisistikada, jurnalistikada öz sözünü demiş yüksək erudisiyalı yaradıcı şəxsiyyətlər idi. Ancaq həmin şəxslərin bir çoxu ilke dəfə idi Mıtbuat Şurasında olurdu. Bunu MŞ sədri Rəşad Məcid özüdə vurğuladı. Bu da çox anlamlı bir faktdır. Əməkdar jurnalist, tanınmış naşir, ziyalı qardaşımız Əlövvət Ağalarov Gəncədən qaydıb özünü çatdırmışdı; bu, məni ayrıca təsirləndirdi.

Mən dünən bizim dəvətimizi qəbul edib, yubiley gecəmizə gələn bütün dəyərli qonaqlar minnətdarlığımı bildirirəm. Gələ bilməyənlərə də minnətdaram, çünki ürəkləri mənimlə idi. Düzü, heç bir faktı şişirtməklə aram yoxdur, amma bunu deyəcəm: dünən sosial şəbəkədə təbrik yağmuruna düşdüm. Eləcə də, mənə zəng edən, yazan, təbrik və arzularnı bildirən insanların sayı çox idi. Hər birinə ayrı-ayrılıqda çox təşəkkür edirəm. Zehnlərə qida verən, ürəklərə toxunan, yaddaşlarda qala bilən bir-iki cümləm var demək.

Çox dəyəri ustadlarım, eləcə də, dəyərli həmkarlarım və dostlarımız Seyran Səxavətə, Zakir Fəxriyə, Aqil Abbasa, Qulu Məhərrəmliyə, Elçin Şıxlıya, Vaqif Sultanlıya, Vüsalə Mahirqızına, Hikmət Sabiroğluna, Əlövsət Ağalarova, Vüqar Kazımlıya, Fəxri Uğurluya, Afaq Vasifqızına, Rövşanə Ağasəfqızına, Rauf Arifoğluna, Aydın Quliyevə, Əflatun Amaşova, Akif Aşırlıya, Şərif Ağayara, Zülfiyyə Eldarqızına da maraqlı, səmimi çıxışlarına görə çox təşəkkür edirəm.

Ayrıca dostum, qardaşım Rəşad Məcid başda olmaqla Mətbuat Şurasına, İdarə Heyətinə, əməkdaşlarına, xüsusilə təşkilati işlərdə böyük zəhmət çəkmiş dəyərli Əminə Yusifqızın təşəkkür edirəm. Tədbiri işıqlandıran əziz jurnalist həmkarlarına minnətdaram.

Bəli, dünən çox maraqlı gün oldu və ömrümə iri hərflərlə yazıldı.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Aprel 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri