Icma.az
close
up
RU
SOS! Yeni pandemiya gəlir yenə yarasa, yenə Çin...

SOS! Yeni pandemiya gəlir yenə yarasa, yenə Çin...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Həkim deyir ki, təhlükə həmişə var: “Acı təcrübə göstərir ki...”

Çin virusoloqları COVİD-19-a bənzər və insanlara ötürülə bilən yeni yarasa koronavirusu müəyyən ediblər. Bu barədə “South China Morning Post” xəbər yayıb. Nəşrin məlumatına görə, bu, ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU 5 koronavirusunun yeni xəttidir. Tədqiqat Quançjoudakı Çin Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri tərəfindən Quançjou laboratoriyasında aparılıb.

Alimlər yarasa nümunələrindən təcrid olunmuş virusun insan hüceyrələrini yoluxdurmaq qabiliyyətinə malik olduğunu müəyyən ediblər. Lakin ekspertlər hələlik panikaya əsas olmadığını vurğulayırlar. HKU 5-CoV-2-nin insanlar arasında yayılma riskini kiçiltməmək şərtilə təhlükəni daha dəqiq qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğu deyilir. Ümumdünya Səhiyyə Təşkilatından isə bildirilib ki, Çində yarasalarda aşkar edilən HKU 5 koronavirusu ilə bağlı hələlik heç bir əlavə məlumat alınmayıb. Yeni koronavirus nə dərəcədə ciddidir, pandemiya ehtimalı varmı?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, yeni pandemiyanın olacağı ilə bağlı informasiyalar son dövrlər olduqca çox yayılmaqdadır: “Bunun bir sıra səbəbləri var. Viruslar həmişə olub. Düzdür, son zamanlar müxtəlif səbəblərdən bu viruslar çoxalıb, müxtəlif ştamlar meydana çıxıb. Bunların süni şəkildə artımı və fərqliliyi üçün həm də insanlıq tərəfindən bilərəkdən və ya bilməyərəkdən aparılan tədqiqatların təsirləri var. Bütün bunlar, xüsusən də COVİD pandemiyasının ortada olması, bütövlükdə dünyanın və insanlığın bu məsələyə bir qədər həssas, hətta nevrotik, bir az daha panik yanaşmasını ortaya qoyub. Real vəziyyət bundan ibarətdir. Həm də obyektiv olmağa çalışsaq, virus təhlükəsi həmişə olduğu kimi yenə var və hətta daha artıqdır. COVİD dövründə müxtəlif təcrübələr yaşandı. Yaşanan bu təcrübələr virusların aşkarlanması istiqamətində məlumatları artırdı. Ümumiyyətlə, viruslarla bağlı həddən artıq informasiyanı cəmiyyətdə çoxaltdı. Bunun həm faydalı, həm də zərərli tərəflərinin olduğunu qeyd etməliyik. Bundan əlavə, virusologiya sahəsindəki tədqiqatların daha da dərinləşməsinə imkan yarandı. Farmakoloji vasitələrlə aparılan müalicələrin və digər müalicə metodlarının daha dərin tədqiqini ortaya qoydu. Eyni zamanda yeni virusların aşkarlanmasının böyük bir maliyyə tələb etdiyini bilmiş olduq. İkincisi, farmakoterapiyanın özü olduqca böyük və yenə də qlobal səviyyədə maliyyə tələb edən bir sahədir. Üçüncü bir tərəfdən, viruslarla bağlı olan informasiyaların və yaxud bu situasiyanın idarə olunmasının həm də bioloji silah nöqteyi-nəzərindən baxsaq, bir siyasi təsir vasitəsi olduğunu görə bilirik. Ona görə də düşünmək olar ki, əslində pandemik təhlükələrlə bağlı gözlənilən manipulyasiyalar, təhdidlər zaman-zaman çoxala bilər, yaxud da süni şəkildə bu virusların yoluxdurulması, cəmiyyəti təhlükədə saxlaması üçün müəyyən qüvvələrin bundan istifadə etmək ehtimalları da istisna edilmir”.

Həkim əlavə edib ki, COVİD-dən gördüyümüz acı təcrübə göstərir ki,  yanlış tədqiqatlar aparılarsa və ya tədqiqat laboratoriyalarında olan təhlükəsizlik rejimlərinə normal şəkildə əməl olunmazsa, bu virus da Uhan təcrübəsindəki kimi çox qısa zamanda lokal ərazilərə keçib epidemiyalara, hətta pandemiyalara səbəb ola bilər və insanlıq üçün ciddi yaşam təhlükəsi yarada bilər: “Biz kifayət qədər maariflənmişik və ən azı müəyyən qədər özümüzü qorumalıyıq. Mümkün qədər, xəstəliyi bildiyimiz halda insanlardan uzaq durmağa çalışmalıyıq, immun sistemini gücləndirmək, yəni idman hərəkətləri etmək, müxtəlif vitaminlərin qəbuluna, qidalanmaya, yuxu rejiminə riayət etmək, eyni zamanda təbii ki, temperaturu olan, xəstəlik ehtimalı olan insanlardan bir qədər uzaq durmaq, antiseptik və aseptik vasitələrdən istifadə etmək, məsafə saxlamaq, maska və s. istifadə etmək lazımdır.

İkinci tədbir isə dövlət səviyyəsində görülən tədbirlərdir. Bunlarla bağlı Səhiyyə Nazirliyinin və digər müvafiq qurumların uyğun təlimatları və s. mövcuddur və bunlar da getdikcə təkmilləşməlidir. Üçüncü səviyyə isə ÜST tərəfindən tənzimlənə biləcək, dövlətlər səviyyəsində, dövlətlərarası münasibətlər səviyyəsində bu işlərə veriləcək müsbət töhfədir. Yəni, bu şəkildə prosesin davam etməsi lazım olacaq və bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da təkmilləşməsinə ehtiyac var".

Yeri gəlmişkən, ABŞ dövlət katibi Marko Rubio COVİD-19 virusunun Çinin Uhan şəhərindəki bir laboratoriyadan sızdığı və bu səbəbdən bütün dünyaya yayıldığı barədə öz nəzəriyyəsini açıqlayıb. Rubio bildirib ki, virusa Çin laboratoriyasının içində “oynayan” birinin yoluxduğu və daha sonra Çində və bütün dünyada yayıldığı ehtimal olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri