Icma.az
close
up
RU
BMT dən bədbin proqnoz

BMT dən bədbin proqnoz

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gələn il qlobal iqtisadiyyatda 2,6 faiz azalma baş verəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci ildə qlobal iqtisadi artım səviyyəsinin 2,6 faizə qədər azalacağını proqnozlaşdırır. Təşkilatın Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yeni hesabatında qeyd edilir ki, qlobal səviyyədə artan maliyyə dəyişkənliyi və geosiyasi qeyri-müəyyənliklər fonunda qlobal iqtisadi artım zəifləyir. Ehtimallara görə, qlobal iqtisadi artım 2024-cü ildən başlayaraq qlobal ticarət və investisiyalar sektorunda maliyyə bazarı iştirakçıları təzyiqlərlə üzləşir. Maliyyə bazarlarında baş verən bu dəyişikliklər qlobal ticarətə real iqtisadi fəaliyyət qədər güclü təsir göstərir və maliyyə sektorları arasında balansda qırılmalar baş verir.

UNCTAD-ın ekspertlərinin qənaətinə görə, dollar likvidliyi və transsərhəd ödəniş sistemləri də beynəlxalq ticarət fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Maliyyə kanallarından bu dərin asılılığın artması ticarəti qlobal maliyyə və pul şərtləri ilə sıx əlaqələndirir. Məsələn, əsas maliyyə mərkəzində faiz dərəcələrində və ya investor əhval-ruhiyyəsində dəyişikliklərin baş verməsi dünyada ticarət həcmlərinə ciddi təsirlər göstərir. Nəticədə, maliyyə sıxıntıları və  kredit əldə etmək imkanlarının məhdudluğu inkişaf etməkdə olan ölkələrdə maliyyə təzyiqləri şəraitində ticari-iqtisadi dövriyyələrə xələl gətirir.

ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatına təsir edir

ABŞ və Çin arasında ticarət münasibətlərində gərginliklər də qlobal iqtisadiyyata təsir edir. Ticarət qarşıdurmalarını izləyən investorlar ölkədə ümumi istehlak xərclərinin azalmasını, qiymətlər isə artmağa davam etdiyini, hətta bəzi rayonlar resurs xərclərinin daha sürətli artımının qeydə alındığını nəzərə alaraq sərmayə planlaşdırmasında tərəddüdlər yaşadıqlarını bildirilər.

ABŞ-da baş verən iqtisadi proseslər dünya iqtisadiyyatının digər coğrafiyalarını da təsir altına almaqdadır. Bir neçə gün əvvəl açıqlanan məlumatlara əsasən, Avrozonada sənaye sektorunda istehsal həcmi əvvəlki aya nisbətən 1,2 faiz azalıb. Yaponiya da eyni göstərici 1,5 faiz geriləyib. Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin prezidenti Axim Vambax bildirib ki, qlobal qeyri-müəyyənliyin davam etməsi investorların dövlət investisiya proqramının həyata keçirilməsinə dəstək verməsini çətinləşdirir. Oktyabr ayının birinci yarısında Avrozonada metal emalı, əczaçılıq və maşınqayırma sənayelərində vəziyyət yaxşılaşsa da, avtomobil və qida sənayesində göstəricilər pisləşib. Avrozona üzrə İqtisadi İnkişaf Proqnozu İndeksi (İİPİ oktyabrda 3,4 bənd azalaraq 22,7 bəndə enib. Vambaxın fikrincə, maliyyə bazarı ekspertləri cari vəziyyətdəki dinamikanın enəcəyini, yalnız ortamüddətli dövrdə iqtisadi canlanmanın baş verəcəyini proqnozlaşdırırlar.

Valyuta Fondunun ehtimalı

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyata dair proqnoz baxışlarını əks etdirən açıqlaması da ümidverici deyil. Qlobal iqtisadi mənzərəni əks etdirən təhlil sənədində vurğulanır ki, dünya iqtisadiyyatının 2025-ci və 2026-cı illərdə artım templəri 1-2 faiz aralığında artımla müşahidə ediləcəyi gözlənilir. İnkişaf etmiş ölkələrdə iqtisadi artım ötən il 2,9 faiz olduğu halda 1 faizlik göstərici ümumi gerilmənin təzahürü kimi dəyərləndirilir. BVF inkişaf etməkdə olan ölkələrin  iqtisadiyyatlarında inkişaf proqnozlarının qismən azalacağını fərz edir. Təhlillərə əsasən, qlobal ticarətin həcminin aşağı düşməsi iqtisadi artım göstəricilərinin enməsində əsas faktorlardan biri kimi çıxış etdiyindən qlobal mühitdə daralmaların başvermə riskləri mümkündür.

Fondun Azərbaycanla bağlı ehtimalları müsbətdir. Fərziyyələrə görə, Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 faiz artımla müşayiət olunacaq. BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq. Qurumun iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür.

Azərbaycan üzrə ssenarilər nə vəd edir?

Qlobal iqtisadiyyatda geriləmələrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2025-ci ili orta inkişaf göstəriciləri ilə başa vuracaq. Proqnozlara görə, cari ilin yekununda ÜDM-in real artımı 2 faiz gözlənilir. Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi,  2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manatadək artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir.

Hökumətin nikbin makroiqtisadi ssenarisinə əsasən, ölkəmizin qarşıdakı 4 il ərzində iqtisadi inkişafının əsas drayverləri qeyri-neft sektoru üzrə yığım mənbələrinin təşviqi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması və müxtəlif sektorlarda çalışan fiziki şəxslərin gəlir vergisi üzrə verilmiş azadolmanın müddətinin 2025-ci ilin sonunda bitməsi və bunun sayəsində yeni fiskal gəlir kanalının yaranması, habelə iqtisadiyyatın özəl və dövlət sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınması və gəlirlərin leqallaşdırılması nəticəsində qeyri-neft yığım mənbələrinin genişlənməsi olacaq. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacaq, neft-qaz sektorunun payı isə 20 faizə bərabər olacaq.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri