“Yeniyetmənin ölümü təkcə ailənin yox, bütün cəmiyyətin günahıdır”
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
“13 yaşlı məktəblinin müəmmalı ölümü və telefonunda aşkar edilən “qorxulu video və şəkillər” cəmiyyətdə ciddi narahatlıq doğuran hadisədir. Sosioloji baxımdan bu vəziyyət bir neçə sistemli problemin nəticəsi kimi qiymətləndirilə bilər”.
Bunu sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, yeniyetmələrin rəqəmsal mühitdə nəzarətsiz qalması onların psixoloji baxımdan zərərli, travmatik və təhlükəli kontentlə üzləşməsinə səbəb olur:
“Bu cür materiallar həssas yaş dövründə olan uşaqların emosional sabitliyini pozur, qorxu, təşviş və aqressiya kimi reaksiyaları gücləndirə bilir. Hadisə həm də valideyn nəzarətinin zəifləməsi və ailədaxili kommunikasiya boşluqlarını ortaya çıxarır. Gənclər çevrəsindəki sosial təzyiqlər, internetdəki təhlükəli oyunlar və anonim qruplar yeniyetmələri psixoloji manipulyasiyaya qarşı daha həssas edir. Məktəblərdə psixoloji xidmətlərin yetərsizliyi, sosial işçilərin çatışmazlığı və maarifləndirici proqramların azlığı bu cür risklərin artmasına şərait yaradır”.
Soioloq bildirib ki, bu, problem təkcə fərdi deyil, həm də struktur xarakter daşıyır:
“Cəmiyyətin informasiya təhlükəsizliyi sahəsində boşluqları, uşaqların rəqəmsal savadlılığının aşağı olması və sosial şəbəkələrin məzmun nəzarətinin zəifliyi hadisənin arxa fonunda duran əsas amillərdəndir. Bu kimi faciələrin qarşısını almaq üçün ailə, məktəb və dövlət arasında koordinasiyalı iş vacibdir. Uşaqlar üçün təhlükəsiz internet mühiti yaradılması, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi, valideynlərin maarifləndirilməsi mühüm addımlardır. Əks halda bu cür halların təkrarlanması sosial risk olaraq qalacaq”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Bakıda yeniyetmənin faciəvi ölümü: Səbəb orucdur, yoxsa?..
13 Mart 2025 16:12
Bakıda 16 yaşlı yeniyetmənin faciəli ölümü VİDEO
23 Dekabr 2024 12:03
Müəllimi ilə Qəbələyə gedən yeniyetmənin MÜƏMMALI ÖLÜMÜ VİDEOREPORTAJ
04 Fevral 2025 18:05
Yeniyetmənin cərrahi əməliyyat zamanı ölümü ilə bağlı təqsirləndirilənlərin məhkəmələri başlayır
15 May 2025 12:10
17 yaşlı yeniyetmənin qəfil ölümü: Qorxunc hadisələr davam edə bilər
03 Dekabr 2025 12:05
Baxış sayı:70
Bu xəbər 05 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları