Icma.az
close
up
RU
Sosial İqtisadi Kollecdə 8 Noyabr Zəfər Gününün beşinci ildönümü qeyd edilib

Sosial İqtisadi Kollecdə 8 Noyabr Zəfər Gününün beşinci ildönümü qeyd edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a kollecdən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsindən qürur duyduqlarını söyləyib, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı qətiyyətindən söz açıb.

Tədbirdə Vətən müharibəsi şəhidi Ataməli Musaoğlunun anası Leyla Musayeva çıxış edərək deyib: “Biz tariximizi heç vaxt unutmamalıyıq. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşdi. Düzdür itkilərimiz, ağrılarımız, acılarımız çox olsa da, qəlbimizdə bir qürur və fəxarət duyğusu baş qaldırır. Poladlarımızın, Mübarizlərimizin,Cəbrayıllarımızın, Ataməlinin qisası alındı. O salnaməni isə Azərbaycan Ordusu yazdı”.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov çıxışında şəhidlərimizin, qazilərimizin Azərbaycan tarixinə şanlı səhifələr yazdıqlarını söyləyib.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə sektor müdiri Rakif Əliyev, Bakı Gənclər Mərkəzinin nümayəndəsi Kənan Şərifov, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Sabunçu rayon filialının sədri Çingiz Tağıyev çıxış edərək Vətən müharibəsində Azərbaycan xalqının öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini vurğulayıblar.

Sonra tədbir iştirakçılarına təşəkkürnamə təqdim olunub.

Tədbir kollec tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see296

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see239

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see156

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see149

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see144

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see142

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

30 u adlayan dəyərlilər

20 Dekabr 2025 11:45see130

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri