Icma.az
close
up
RU
Süni intellektin müsbətləri və mənfiləri nədir? REPORTAJ

Süni intellektin müsbətləri və mənfiləri nədir? REPORTAJ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Süni intellekt nədir?

İnsanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellektidir. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Google axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur), virtual assistentlər ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir.

Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş, beləliklə, bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir.

Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər. Süni intellekt psixologiya, linqvistika, fəlsəfə, nevrologiya və bir çox başqa sahələrdən də istifadə edir.

Azərbaycanda süni intellekt sahəsi necə inkişaf edir?

Prezident İlham Əliyevin uzaqgörənliyi və liderliyi ilə Azərbaycanda süni intellekt sahəsində də tərəqqi mövcuddur. Təbii ki, rəqəmsallaşma və innovasiyalara sadiqlik texnoloji inkişaf və artım üçün əlverişli mühit və zəmin yaradıb. Ölkəmiz bu sahədə regionda liderdir, iqtisadi və sosial inkişaf üçün texnologiyanın gücündən istifadə etmək istəyən digər ölkələr üçün model rolunu oynayır.

Azərbaycan hər zaman yeniliklərə açıq olması ilə fərqlənir. Bu baxımdan Səudiyyə Ərəbistanı vətəndaşı olan süni intellekt sahibi robot Sofiyanın 2018-ci il oktyabrın 23-də ölkəmizə gəlməsi və dövlətimizin başçısı İlham Əliyevlə söhbət etməsi, həmçinin müxtəlif yerlərdə görüşlər keçirməsi diqqət çəkir. İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev süni intellektin idarə etdiyi android-robotla söhbət edib.
Müasir texnologiya və innovasiyaların daim inkişaf etdiyi bugünkü dünyada unikal bacarıq və zəngin təcrübəyə malik şəxslər başqalarının həyatına əhəmiyyətli təsir göstərir. Həmyerlimiz Adəm Seymurun bu sahəyə yenilik gətirən “Digital Backpack” layihəsində “Resilience” Araşdırma Mərkəzində Dr. Maykl Unqar ilə əməkdaşlıq etməsi qürurvericidir. A.Seymurun təşəbbüsü texnologiya və sosial təsir vasitəsilə həssas uşaqların həyatlarını dəyişdirmək məqsədi daşıyır.

Azərbaycanda süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi artıq tərtib edilib. Bu, cari ilin fevral ayında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlıq çərçivəsində baş tutub. Rəqəmsallaşma və müasir texnoloji həllərin tətbiqi ölkəmizin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verəcək.

2023-cü ilin fevral ayında Dubayda keçirilən Dünya Hökuməti Sammitində əsas diqqət süni intellekt və inkişaf etməkdə olan texnologiyalara yönəldilib. Ölkələrin qlobal yarışda rəqabətə davamlı qalması üçün süni intellekt təhsilinə sərmayə qoymasına ehtiyacı var. Azərbaycanda süni intellekt və inkişaf etməkdə olan texnologiyalar sahəsində təsirli addımlar atılır. Ölkəmizin rəqəmsallaşma və innovasiyalara sadiqliyi onu texnoloji tərəqqi uğrunda qlobal yarışın önünə çıxarıb.

Süni intellektin müsbətləri və mənfiləri nədir? SİA mövzu ilə bağlı ekspertlərin və şəhər sakinlərinin fikirlərini öyrənib.

Texnoloq Elvin Həsənov: "Düşünürəm ki, "Chatgpt" kimi süni intellekt alətlərinə olan maraq ölkəmizdə son dövrlərdə nəzərə çarpacaq dərəcədə artıb. Bu alətlərdən bir çox peşə sahibləri, proqramçı, İT mütəxəssisləri, tələbə, müəllim və digər peşə sahibləri texnologiyadan aktiv şəkildə istifadə edirlər. Əsas məqsəd gündəlik iş proseslərinin optimallaşdırılmasında, mətnlərin yazılmasında, proqramçı yanaşmasından baxsaq, kodların yazılmasında, bu kimi ideyaların formalaşmasında bu alət bizə xeyli dəstək ola bilir. Ancaq bu tələbatın formalaşmasında texnologiya savadlılığın maariflənməsi də güclü rol oynamalıdır. Çünki istər "Chatgpt", istər digər süni alətlərin həm mənfi, həm də müsbət tərəfləri mövcuddur. Müsbət tərəflərindən biri ondan ibarətdir ki, istifadəçiyə istər texniki mövzularda, istər yaradıcı yazıların hazırlanması baxımından dəstək göstərə bilir. Bununla yanaşı zaman, resurs baxımından da olduqca funksionallıq təmin edə bilir. Mənfi tərəflərinə baxsaq, burada bəzi risklər, əlbəttə ki, mövcuddur. "Chatgpt"də bəzi qeyri-dəqiq, köhnəlmiş məlumatların olmasını görə bilərik. Çünki "Chatgpt" mövcud məlumat bazasına əsaslanır. Hər zaman ən son məlumatı əks etdirməyə bilir. İkincisi, istifadəçi bu alətə həddindən artıq güvənərək öz analizini, yaradıcılığını kölgə altına sala bilir. Ən əsas məqam isə burada məlumat təhlükəsizliyidir ki, istifadəçilər bu tip platformaya şəxsi və məxfi məlumatları ötürərkən ehtiyatlı olmalıdırlar. Çünki bu məlumatların necə saxlandığı və kimlər tərəfindən əldə oluna biləcəyi də böyük risk altındadır. Bu baxımdan istifadəçilər özlərinə aid hər hansı şəxsi məlumatları heç bir halda süni intellekt alətinə daxil etməməlidirlər".

Şəhər sakini Yaşar Rzaquliyev: "İş görəndə, nəyisə başa düşməyəndə süni intellekt köməyə çatır. Bu, müsbət tərəfidir. Mənfi tərəfi də budur ki, əgər şagird tapşırığının cavabını proqramla yazırsa, ona heç bir köməyi olmayacaq. Amma insana çox kömək edir".

Şəhər sakini Cavidan Tağıyev: Məncə, süni intellektin mənfi xüsusiyyəti yoxdur. Çünki istifadə edirəm, mənə hər işimdə kömək edir. Suallara tez cavab verir. Mənfisi o ola bilər ki, bəzi süni intellekt proqramlarının daha keyfiyyətli olması üçün pul tələb olunur. Məncə, yeganə mənfisi budur. Digər hər şeydə kömək edir. Şəkil çəkmək, portret düzəltməkdə işə yarayır".

Şəhər sakini Vəli Qasımov: "Mənfi tərəfləri haqqında fikrim yoxdur. Məncə, hər cəhətdən yaxşı şeydir. Sərbəst iş yazırıq, başqa məqsədlər üçün istifadə edirik. Məncə, heç bir mənfi xüsusiyyəti yoxdur. İnsanları tənbəlləşdirə bilər. Amma mən süni intellektlə razıyam. Yaxşıdır, insanlar istifadə etsinlər".

Şəhər sakini Zeynal Zeynalov: "Süni intellekt proqramları işlərimizi çox rahatlaşdırır. Sadəcə mövzunun adını veririk, bizə hazır təqdimat verir. Mənfi tərəfləri odur ki, məktəb vaxtlarında daha çox kitabxanalardan istifadə edirdik, indi isə demək olar ki, kitabxanaya gedən yoxdur. Hər şey əlimizin altındadır".

Şəhər sakini Sabir Axundov: "Süni intellektin müsbət tərəfi odur ki, internetdə axtardığımız məlumatları süni intellekt proqramları vasitəsilə rahat tapa bilirik. Şagirdlər, tələbələr beyinlərini yormadan tapşırıq həll edə bilərlər. Bu cəhətdən mənfi tərəfləri ola bilər".

Şəhər sakini Əzizə Əliağayeva: "Süni intellekt proqramlarından istifadə edirəm. Düzdür, yenilik gətirir, müəyyən dərəcədə insanları məlumatlandırmaq üçün daha asan və daha dəqiq üsullardan istifadə edirik. Mənfi cəhətləri odur ki, artıq insan məhsulu deyilən bir şey qalmayıb. Yaradıcı insanlar süni intellektdən istifadə etdikcə robotlaşma gedir. Bu da bəzi peşələrin yolunu bağlayır".

Şəhər sakini Murad İsazadə: "Süni intellektdən mən də istifadə edirəm. Tapşırıqlarımı etməkdə mənə kömək edir. Məncə, bu, müsbət tərəfidir. Mənfi tərəfi isə yoxdur, deyə bilərəm. Amma hər işimizi süni intellektlə etsək, bizə heç nə qalmaz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq VİDEO

13 May 2025 01:04see174

“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

13 May 2025 00:51see156

İsrail Qəzzaya hücumları davam etdirir

13 May 2025 01:27see152

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see150

Trampın masasında gözlənilməz əşya Foto

13 May 2025 01:27see146

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 37 heyvan tələf oldu

13 May 2025 19:20see143

Vasili Berezutski Moskvaya dönür

12 May 2025 22:18see143

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see134

Ceki Çan filmlərdəki tryukları özünün etməyini nə vaxt dayandıracağını açıqlayıb

13 May 2025 04:49see134

Pakistan və Hindistan RAZILIĞA GƏLDİ Trampın zəngindən sonra… KONKRET

13 May 2025 18:27see131

Bağçalıya maraqlı hədiyyə Putin, Tramp, Makron... FOTO

12 May 2025 22:50see128

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see127

Kamran taksi sürücülərindən şikayətləndi Video

13 May 2025 21:28see124

Səudiyyə Ərəbistanı Trampa verdiyi vədi yerinə yetirə bilməyəcək?

13 May 2025 02:46see124

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see122

Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

13 May 2025 18:48see121

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb YENİLƏNİB 2

13 May 2025 18:08see119

Smartfonu yandıra biləcək 10 təhlükəli şarj səhvi

13 May 2025 06:44see116

Uzun ömr istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

13 May 2025 23:10see114

Dinamika artdı: Şara Səudiyyəyə getdi

13 May 2025 23:18see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri