Sosial mediada aktivliyi olmayan şəxsə kredit verilməyə bilər YENİ TƏLƏB
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə aktivliyi olmayan vətəndaşa kredit verilməyə bilər.
Söhbət davranış modelləri əsasında verilən kreditdən gedir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov bildirib ki, davranış modeli uzun müddətdir, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statistik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model bir sıra yenlikləri özündə ehtiva edir.
Vüqar Bayramov sözlərinə görə, bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir.
Sosial şəbəkə hesabı olmayan vətəndaşlara isə digər meyarlar tətbiq ediləcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 09 Yanvar 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















