Icma.az
close
up
RU
Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur

Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mayın 24-də keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının qiymətləndirilməsi prosesində ekspertlərin iştirakına dair mühüm açıqlamalar verib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, qiymətləndirmə mərhələsində minlərlə müəllim fəaliyyət göstərir və hər sual iki ekspert tərəfindən yoxlanılır. Yazılı işlər isə təxminən 20 nəfər tərəfindən qiymətləndirilir. Əgər iki müəllimin qiymətləndirməsi üst-üstə düşmürsə, iş yenidən nəzərdən keçirilir. O, bu prosesin çox mürəkkəb və çoxşaxəli olduğunu vurğulayıb.

DİM sədri həmçinin mediatur zamanı yalnız iki ekspertin iştirak etdiyini qeyd edib, digər şəxslərin isə sosial şəbəkələrdə tənqidi yazılarla məşğul olduqlarını bildirib:

"Sosial mediada paylaşım etmək ekspert statusu üçün kifayət deyil. Ekspertlərin hər şeydən əvvəl yüksək vicdanlı olmaları vacibdir. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib. Onların ali və ya orta məktəbdə nə qədər müddət dərs dedikləri, hansı elmi məqalələri yazdıqları və beynəlxalq konfranslarda iştirakları barədə aydınlıq olmalıdır".

O, xüsusilə Facebook və TikTok kimi sosial platformalarda fikir bildirməyin ekspert olmaq üçün yetərli olmadığını vurğulayıb:

"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur. Təhsil səviyyələri, bitirdikləri universitetlər və daxil olduqları ballar açıq şəkildə məlum olmalıdır. Yalnız bu zaman kimlərin həqiqətən ekspert olduğunu görə bilərik. Bəziləri sadəcə məşhurlaşmaq və müəyyən gəlir əldə etmək məqsədilə bu tip fikirlər səsləndirirlər. Lakin ictimai fikir onların təsiri ilə formalaşmır".

O əlavə edib ki, real ictimai rəy əsasən təhsil sahəsinin peşəkarları ali məktəb, orta ixtisas və ümumtəhsil müəllimləri tərəfindən yaradılır:

"İctimai fikir deyəndə mən əsasən təhsil mütəxəssislərini nəzərdə tuturam. Onlar vəziyyəti obyektiv qiymətləndirirlər". 

DİM rəhbəri imtahan nəticələrinin tam şəffaf olduğunu və abituriyentlərin, valideynlərin istədikləri zaman nəticələrə baxa biləcəyini də bildirib:

"Əgər müəllimlər əvvəlcədən deyirsə ki, şagird yaxşı oxuyur, amma qiymətləndirmədə səhv var, bu, onların özlərini haqlı göstərmək cəhdidir. Əslində isə qiymətləndirmə prosesi açıq və obyektiv şəkildə aparılır".

Asya
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 May 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri