Sosial mediadan istifadə edənlərə PİS XƏBƏR
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Bu gün sosial mediada insanlar əsasən həyatlarının ən uğurlu və ən xoş, anlarını paylaşırlar. Nəticədə reallığı əks etdirməyən bir həyat modeli təqdim olunur. Bu isə insan psixologiyasına ciddi təsir göstərir.
Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, müqayisə psixologiyamıza güclü təsir edir.
"Sosial mediada davamlı olaraq başqalarının uğurlarını, bədən quruluşunu, münasibətlərini, maddi imkanlarını görmək insanı qeyri-ixtiyari müqayisəyə aparır.
Bu hal isə "Mən yaxşı deyiləm" düşüncəsini formalaşdırır, öz dəyərə mənfi təsir edir və özgüvən itkisi yaradır.
Sosial mediada təqdim olunan həyat əksər hallarda reallığı əks etdirmir. Lakin insan şüuraltı bunu norma kimi qəbul edə bilər.
Təəsüf ki həyatdan məmnunluq azalır. Mövcud münasibətlər yetərsiz görünməyə başlayır. Daim "daha çox" istəyi formalaşır", - deyə mütəxəssis bildirib.
Əbdül Səlimlinin sözlərinə görə, sosial mediada uzun müddət vaxt keçirmək bir çox problemlərə səbəb olur:
"Narahatlıq səviyyəsini artırır, Depressiv düşüncələri gücləndirir və Tək qalmaq qorxusu yaradır.
Xüsusilə yeniyetmələr və gənclər daha həssas qrupdur. Sosial mediada gördüyümüz "mükəmməl ailə" və "ideal münasibət" obrazları real münasibətlərdə narazılıq yarada bilər.
Həyat yoldaşını başqası ilə müqayisə etmək. Real problemləri qəbul etməmək. Emosional uzaqlaşma və.s ailənin təməlini sarsır. Əsasən yeni evlənmiş cütlüklər daha çox təsirlənir.
Bu kimi təsirlərdən qorunmaq üçün sosial medianın reallıq olmadığını xatırlamaq, vaxt limiti qoymaq, öz həyatına fokuslanmaq, sahib olduğumuz həyatı gözəlləşdirməyə çalışmaq və rəqəmsal detoks etmək mübarizə metodlarıdır".
Ziya SƏCCAD
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 20 Fevral 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















