Icma.az
close
up
RU
Tualetdə telefon istifadə edənlərə PİS XƏBƏR: Bakteriya və viruslarla yaşayırsınız

Tualetdə telefon istifadə edənlərə PİS XƏBƏR: Bakteriya və viruslarla yaşayırsınız

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

İngiltərədə bütün həyatımızın mərkəzində olan cib telefonları üzərində aparılan araşdırma, telefonların tualetdən 18 qat daha çox bakteriya ehtiva etdiyini ortaya çıxarıb. Üstəlik, ictimai nəqliyyatda, yemək süfrəsində, əlimizdən yerə qoymadığımız mobil telefonlar ciddi infeksiyalara səbəb olur. Türkiyəli Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi prof. Dr. A. Çağrı Büke bununla bağlı maraqlı açıqlama verib.

Statistikaya əsasən, dünya əhalisinin 90 faizindən çoxunun mobil telefonu var. Az qala bədənimizin bir hissəsinə çevrilmiş telefonlarımızı yataqda, yemək süfrəsində, hətta tualetdə əlimizdən qoymuruq. Mütəxəssislər bildirirlər ki, bizim vazkeçilməz parçamız olan cib telefonları mikroblar üçün çox böyük sığınacaq yaradır. Tədqiqatçılar mikroblar üçün uyğun bir çoxalma yeri olaraq görülən tualetlərdə telefonların istifadəsinin inanılmaz zərəri olduğunu söyləyirlər. Cib telefonlarının təhülkəsindən danışılarkən, adətən maşın sürərkən istifadə edilməsinin həyati təhlükəli olduğu deyilir, amma mikrob və bakteriyaların səbəb ola biləcəyi infeksiya riskinin yaratdığı problemlər diqqətdən kənarda qalır. Telefonlarda tualetdən 18 dəfə çox bakteriya var. Bu da insanların sağlamlığını ciddi şəkildə riskə ata bilər.

Mütəxəssis qeyd edib ki, insanın bağırsağında çoxlu bakteriyalar mövcuddur. Bağırsaq infeksiyası hallarında müxtəlif bakteriyalar, viruslar və parazitlər ishalın inkişafına səbəb olur. Mikroorqanizmlər nəcislə xarici mühitə yayılır. Telefonlar gündəlik həyatımızda ən çox istifadə etdiyimiz cihazlardır. Son araşdırmalar insanların çoxunun tualetdə cib telefonlarından istifadə etdiyini üzə çıxarıb. Bu o deməkdir ki, telefonlar bakteriyalar üçün çoxalma yeridir.

Bir insanın gündə yüzlərlə dəfə cib telefonuna toxunduğu ehtiaml edilir. Tualetdən istifadə etdikdən, yemək bişirdikdən, təmizlikdən, yeməkdən sonra və alış-verişdən sonra müntəzəm olaraq əllərimizi yuyuruq, amma telefonu əlimizə aldıqdan sonra bunu etmirik. Hətta telefonla yatıb-dururuq, yemək yeyirik. Cib telefonları ilə hər təmasdan sonra əllərimizi yumalıyıq, çünki əllərimiz mobil telefondan çirklənir.

TELEFON SƏHİTİNDƏKİ MİKROORQANİZMLƏR HANSI XƏSTƏLİKLƏRİ SƏBƏB EDİR?

Telefonlardakı bakteriyaların müxtəlif növ göbələk və parazitlər ola bilər.

“Escherichia coli, Citrobacter, Proteus, Klebsiella, Pseudomonas, Enterococcus, Staphylococcus və Streptococcus kimi mikroorqanizm növlərinə tez-tez rast gəlinən bakteriyalardır. Çirklənmiş əllərin üz, göz, ağız, burun, zədələnmiş dəri ilə təması nəticəsində bu bakteriyalar müxtəlif yollarla orqanizmə daxil olaraq infeksion xəstəliklərdən tutmuş, toxuma və orqanlarda problem yarada bilir. Başqa bir risk, belə bakteriyaların əhəmiyyətli bir hissəsinin bir çox antibiotiklərə davamlı olmasıdır. Yəni sözügedən bakteriya ilə yoluxucu xəstəlik yarandıqda müalicədə çətinliklər yaşamaq mümkün olur”, -deyə professor qeyd edib.

2019-cu ildə Böyük Britaniyada keçirilən sorğu nəticəsində məlum olub ki, insanların çoxu tualetdə telefondan istifadə etmək vərdişinə malikdir. Mütəxəssislər telefon səthlərinin tualet oturacaqlarından daha çirkli ola biləcəyinə və ciddi bakteriya yuvasına çevrilmiş cihazlardan istifadəçilərin istifadə etmə ehtimalının müxtəlif təhlükələri də gətirəcəyinə diqqət çəkiblər.

Surrey Universitetində molekulyar biologiya üzrə baş müəllim Dr. Simon Park tələbələrlə birlikdə nümunə telefon səthlərində mikrob infeksiyası risklərini araşdırarkən bildirib ki, telefonun bütün səthində bakteriyalar var idi. Bu torpaq əsaslı bakteriyalar bizə telefon istifadəçisinin yerlə təmasda olduğunu göstərir. Bir sözlə, telefonlar təkcə kontaktları və şəxsi məlumatları deyil, həm də bakteriya tarixini də özündə daşıyır.

Cib telefonlarının səthində təkcə bakteriyaların deyil, virusların da yaşaya bildiyini vurğulayan mütəxəssislər insanlara müntəzəm olaraq telefonların təmizlənməsini tövsiyə edirlər.

Mütəxəssislər telefonların kənarındakı sərt plastik qabların nə qədər uzun müddət bakteriya saxladığını anlamaq üçün bir sıra araşdırmalar da aparıblar. Müvafiq olaraq, virusların plastik qoruyucu qablarda bir həftəyə qədər yaşaya biləcəyi ortaya çıxıb. Bununla belə, ciddi tənəffüs yolu və bağırsaq infeksiyalarına səbəb ola bilən Covid-19, körpə və azyaşlı uşaqları təsir edən çox yoluxucu bir Bakteriya olan rotavirus və norovirus kimi viruslar plastik qablarda bir neçə gün yoluxucu formada qala bilir.

TELEFONLARI NECƏ TƏMİZLƏMƏLİ?

Bakteriyalardan özünüzü qorumaq üçün həm mobil telefonları təmizləməli, həm də hər təmasdan sonra əllərinizi yumalısınız. Tərkibində 70 faiz spirt olan salfetlərlə silmək cib telefonlarını təmizləmək üçün bir üsul ola bilər. Bu salfetlərdən başqa, təmiz kağız dəsmalı 70 faiz spirt olan dezinfeksiyaedici ilə islatdıqdan sonra əllə təmasda olan mobil telefonların bütün səthlərinin silinməsi çox vacibdir. Bu prosedurlardan sonra əllər sabun və su ilə yuyulmalı və ya təmizlənməlidir. Cib telefonlarının gündə ən azı bir dəfə təmizlənməsi məsləhətdir.

Sevinc Hüseynova

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri