Icma.az
close
up
RU
Sosial müavinətlər və təqaüdlərlə bağlı ŞAD XƏBƏR Bu tarixdən…

Sosial müavinətlər və təqaüdlərlə bağlı ŞAD XƏBƏR Bu tarixdən…

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında 2025-ci il üzrə sosial ödənişlərdə qeydə alınan 12%-lik artım və ümumilikdə 79,4 milyon manat vəsaitin ayrılması, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı sosial islahatların mühüm bir siqnalı kimi qiymətləndirilir.

Bu artım sadəcə regional xarakter daşımır, həm də dövlətin sosial təminat sisteminin əhatə dairəsini genişləndirməsinin bariz göstəricisidir. Xüsusilə aylıq sosial müavinətlər üçün 45,9 milyon manatın ayrılması və Prezident təqaüdləri üzrə ödənişlərin 31,8 milyon manata çatması, ölkənin ümumi sosial kursunun artım istiqamətində olduğunu təsdiqləyir. Təyinatların 79%-nin proaktiv, yəni müraciət gözləmədən avtomatlaşdırılmış qaydada aparılması isə bürokratik maneələrin aradan qaldırılması baxımından mühüm addımdır. Naxçıvandakı bu müsbət dinamika fonunda, bütün respublika üzrə sosial paketlərin daha da optimallaşdırılması və müavinət artımının reallaşması iqtisadi baxımdan tamamilə mümkündür.

Məsələ ilə bağlı Nocomment.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hazırkı iqtisadi konyunktura respublika üzrə sosial ödənişlərin artırılmasına tam zəmin yaradır: “Naxçıvanda müşahidə edilən bu artım trendi yaxın müddətdə bütün ölkə miqyasına sirayət edə bilər. Hazırda dünya bazarlarında neftin qiymətinin sabit yüksək həddə qalması və büdcə daxilolmalarının proqnozlaşdırılandan daha çox olması sosial ödənişlərin artırılması üçün əlavə maliyyə imkanları yaradır. Neft gəlirlərinin artması dövlət büdcəsinin profilini genişləndirir ki, bu da ilk növbədə sosial müdafiə xərclərinin artırılmasına yol açır. Bu şərtlər daxilində bütün ölkə üzrə minimum əməkhaqqı, yaşayış minimumu və buna bağlı olan sosial müavinətlərdə növbəti mərhələli artım reallaşa bilər”.

Onun sözlərinə görə, büdcə daxilolmalarının artımı sosial ödənişlərin indeksləşdirilməsi və artırılması prosesini daha cəsarətli etməyə imkan verir: “Əgər neftin qiyməti və qeyri-neft sektorundan gələn gəlirlər bu tempdə davam edərsə, biz bütün Azərbaycan üzrə müavinətlərdə orta hesabla 10-15% civarında artım müşahidə edə bilərik. Bu, xüsusilə ailə başçısını itirənlər, əlilliyi olan şəxslər və yaşa görə müavinət alanlar üçün böyük dəstək ola bilər. Dövlətin proaktiv təyinat sistemini genişləndirməsi isə o deməkdir ki, vətəndaşlar artan vəsaitləri heç bir müraciət etmədən, daha çevik şəkildə əldə edəcəklər. Mövcud iqtisadi sabitlik sosial rifahın artırılmasında ən güclü amildir və bu, yaxın aylarda özünü konkret rəqəmlərlə büruzə verə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Aprel 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri