Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Sosial prinsipə əsaslanan tarif tənzimlənməsi

Sosial prinsipə əsaslanan tarif tənzimlənməsi

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kommunal sektorda tarif dəyişiklikləri dayanıqlı və keyfiyyətli xidmətin göstərilməsinə şərait yaradacaq

Məlum olduğu kimi Tarif Şurasının 2025-ci il yanvarın 2-də qəbul etdiyi qərarlara əsasən, kommunal xidmətlərin və dərman vasitələrinin qiymətləri tənzimlənib. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Bunun da səbəbi indiyədək bu sahədə işlərin dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilməsi olub.

Yeni tənzimləmlərdən sonra bu sahədə vahid idarəetmə sistemi tətbiq olunmaqla pərakəndəliyə son qoyulub. Su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq edilib. Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiqlənib.

Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərclərin azalmasına, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, eləcə də maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, habelə əlavə yığımlar hesabına investisiya qoyuluşuna şərait yaradacaq.

Su pulunda qiymət dəyişikliyi olmayıb

Məsələ ondadır ki, bəzi sosial media seqmentlərində su tariflərinin tənzimlənməsi süni şəkildə qiymət artımı kimi təqdim olunur və bu, abonentlərin aylıq sərf etdiyi su və kanalizasiya xidmətləri üzrə tariflərin bahalaşması kimi səciyyələndirilir. Qətiyyən belə bir şey yoxdur və su-kanalizasiya tariflərində heç bir dəyişiklik olunmayıb, tariflər əvvəlki illərdə təyin edilmiş əmsallar üzrə müəyyənləşməklə qüvvədədir.

Tarif tənzimlənməsinin həyata keçirildiyi sahələrdən biri olan istilik təchizatı xidmətindəki qiymət dəyişikliyinə gəlincə, bu, qeyd olunan sahədə xərclərin maya dəyərinin hədsiz dərəcədə yüksək olması və rentabelli fəaliyyətin pozulması ilə bağlıdır. Belə ki, istilik təchizatı sahəsində sonuncu qiymət tənzimlənməsi 14 il əvvəl aparılıb və sonrakı illərdə təbii qazın və suyun maya dəyərinin artmasına baxmayaraq bu sektorda qiymətlər sabit qalıb. Bu isə xərclərin böyüməsi və təsərrüfat fəaliyyətinin ritminin pozulması, dövlətin subsidiyalarından asılılığın artmasına gətirib çıxarıb. “Azəristiliktəchizat” ASC üzrə 1 m2 sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1 manat 10 qəpik təşkil etdiyi halda, 2011-ci ildən qüvvədə olan ödənişlərin 1 m2 sahə üzrə tarifi 15 qəpik olub.  Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiyalar hesabına qarşılanır və hər il büdcədən bu sahəyə 50 milyon manata yaxın dotasiya ayrılır. Nəticədə büdcə asılılığı həmin sahədə təsərrüfat fəaliyyətinin tənzimlənməsində ciddi problemlərə səbəb olur. Bu baxımdan qeyd edilən sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

İstilik təchizatı sistemində xərcləri yenə də dövlət üzərinə götürəcək

Yeri gəlmişkən, yeni qiymət tənzimlənməsindən sonra da, istilik təchizatı sistemindən əldə edilən yığımlarla xərclərin qarşılanması mümkün deyil. Dövlət vətəndaşların sosial vəziyyətinin nəzərə alaraq bu sahədə xərcləri yenə də öz üzərinə götürəcək. Ancaq bununla yanaşı, yeni tarif tənzimləməsi sayəsində dövlət büdcəsindən asılılıq azalacaq, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu sahədə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaranacaq.

Təbii qaz tarifləri ilə bağlı tənzimlərin də məqsədi bu sahədə xərc-maya dəyəri-yığım əmsalı arasındakı uyğunsuzluğu aradan qaldırmaqdır. Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb. Bu sahədə də sosial prinsip əsas götürlüb və dövlətin yürütdüyü sosial siyasətə əsasən, enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib.

Əhali üzrə illik istehlak həcmi isə 1200 kubmetr olan limit üzrə 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetr- 2500 kubmetr limit üzrə 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpik müəyyənləşib. 2500 kubmetrdən çox olan hissə üçün tariflər 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

İşıq və qazın yeni tarifləri əhalinin böyük hissəsinin xərclərinə cüzi təsir edəcək

Tarif dəyisikliyi əhalinin aztəminatlı hissəsinə demək olar ki, təsir göstərmir. Belə ki, əhali abonentlərinin 48-50 faizinin illik qaz sərfiyyatı 1200-1500 kubmetr arasındadır və yeni tarif onların aylıq xərcinə təxminəmn 32 qəpik təsir göstərəcək. Abonentlərin 39 faizi üzrə üzrə aylıq xərcdə 1 manat 43 qəpik fərq olacaq. Göründüyü kimi bu sahədə də sosiallıq prinsipinə istinad edilib. Yaxud elektrik enerjisi tariflərində də eyni sosial yanaşmaya üstünlük verilib. Əhali üzrə aylıq istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt-saat elektrik enerjisinin tarifi 0,4 qəpik artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt-saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə dəyişdirilib. Nəzərə alsaq ki, ölkə üzrə əhalinin 50 faizindən çoxu 200-300 kVts elektrik enerjisi istifadə edir və tarif tənzimlənməsi onların aylıq xərclərinə 40-80 qəpik təsir göstərəcək. Hətta abonentlərin 65 faizi üzrə 45 qəpik xərc yaranacağı proqnozlaşdırılır.

Göründüyü kimi kommunal sektorda tarif dəyişiklikləri bu sahədə də dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə imkan yaranacaq.

Tarif dəyişikliyinin edildiyi digər sahə olan dərman vasitələrinin qiymətində tənzimləmələr də sosial əhəmiyyət kəsb edir və etibarlı təchizatın yaradılması məqsədi daşıyır. Belə ki, müvafiq tənzimləmələrdən sonra yeni dövlət qeydiyyatına alınan təxminən 100 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Məhəmməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see245

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see235

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see225

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see211

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see206

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see206

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see199

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see194

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see192

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see186

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see182

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see174

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri