Icma.az
close
up
RU
Sosial şəbəkə kabusu Asif Adil yazır

Sosial şəbəkə kabusu Asif Adil yazır

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi siyasi həqiqətləri görmək üçün artıq “binokla” heç bir ehtiyac yoxdur. Sadəcə emosiyalarımızı cilovlaya bildiyimiz təqdirdə sosial şəbəkələr sayəsində siyasi həqiqətləri “çılpaq” şəkildə görə bilirik. Burada prinsipial məsələ emosiyaların cilovlanmasıdır. Məhz sözügedən kontekstdə, yəni informasiya manipulyasiyaları vasitəsilə ictimai şüura zorla yeridilən təzadlı emosiyalara uymamaq məsələsində yenə də siyasi maarifçilik fəaliyyətinin müstəsna əhəmiyyətindən danışmalıyıq.

Rəsmi statistikaya əsasən ölkə əhalisinin 90%-dan arıq olan hissəsi internet istifadəçisidir. Böyük ehtimal ilə sosial şəbəkə istifadəçilərinin sayı da ən azıdan elə o qədərdir. Yeri gəlmişkən, qeyd edək ki, ciddi sosial bazaya malik olmayan radikal təfəkkürlü demaqoqların sosial şəbəkələrə qonmalarının əsas səbəbi də elə budur.

Nəzarətsiz sosial şəbəkələr demaqoqların xəstə ambisiyalarına “sığal çəkən” nəhəng platformadır. “Vətənşüvənlərin” internet dələduzluğu nəzarətsiz qalmış uşaqların kibrit ilə oynamaları qədər təhlükəlidir. Nəzərə almaq lazımdır ki, radikal təfəkkür “məsuliyyət” hissindən məhrumdur, burada “məsuliyyətli davranış” anlayışının heç bir dəyəri yoxdur. Ona görə də onların canfəşanlığı sayəsində Azərbaycanın internet məkanı daha çox cəngəlliyə bənzəyir.

Bəli, adları hamı üçün bəlli olan populyar internet platformalar çoxlarımız üçün ilk növbədə informasiya mənbəyidir. Müxtəlif əlvan emosiyalara boyanmış fərqli təyinatlı informasiyalar əhalinin ictimai şüurunda yanlış siyasi yöndəm yarada bilir. Təəssüf ki, ötən illər ərzində biz dəfələrlə ona şahidlik etmişik ki, sosial şəbəkələrin ucuz “layk cəngavərləri” olan radikallar internet istifadəçilərinin diqqətini cəlb etmək və hətta sadəcə bir layk qazanmaq üçün milli maraqları satmağa belə hazırdırlar. Bunun nəticəsidir ki, bu gün internet-informasiya məkanında ən populyar və ən çox “satılan” məhsul məhz qalmaqaldır.

Qalmaqal kütlənin diqqətini cəlb edir, onu əyləndirir və kütləvi xarakterli məişət qeybətinin yayılması üçün münbit mühit yaradır. Sosial şəbəkələrin müəllifləri mükəmməl sosial mühəndis və marketoloq olduqları üçün internet məkanında ən populyar məhsul hesab olunan “qalmaqalı” daha çox satmaq üçün onu çeşidləyirlər. Bunun nəticəsidir ki, “qalmaqalı” maraqlı məhsul kimi internet istifadəçilərə 3 seqment üzrə sırıyırlar: siyasi qalmaqal, şou qalmaqal və məişət qalmaqalı. Sosial şəbəkələrdə öz əksini tapan istənilən məlumatı rahatlıqla qeyd olunan 3 seqmentdən birinə aid etmək mümkündür. Bəzi “fərasətli” siyasətçilər isə çalışırlar ki, yaratdıqları qalmaqal hər üç seqmenti əhatə etsin.

Radikal düşərgənin bayraqtutanı maskasını üzünə taxmış Əli Kərimlinin əslində siyasi peşəkarlıqdan və ülvi amallardan çox uzaq olduğunu hamımız gözəl bilirik. Ən azından ona görə ki, onun adı ilə son 30 il ərzində assosiasiya olunan ucuz demaqogiya, cılız emosionallıq, şəxsi uğursuzluq, qərəz, yalan, açıq mübarizədən qaçmaq (boykot məhz açıq mübarizədən qaçmaq deməkdir), monotonluq, inkarçılıq və digər bu kimi keyfiyyətlər heç bir zaman siyasi peşəkarlığın və uğurlu siyasətin göstəriciləri ola bilməz. Əksinə, sadaladığımız keyfiyyətlər xalis radikal təfəkkürün və avantürizmin təzahürləridir.

Adını çəkdiyimiz siyasi şoumen və həmin düşərgənin ətrafında dolaşan xırda siyasi alverçilər qalmaqal yaratmaq imkanından məhrum olsalar görə bilərik ki, burada uğultudan başqa heç nə yoxdur. Qalmaqal olmadığı təqdirdə onlar həm şəxsiyyət kimi, həm düşündürən fəlsəfi fikir sahibləri kimi sosial şəbəkə istifadəçiləri üçün tamamilə maraqsızdırlar. Onların siyasətçi ömrü bir qalmaqalın ömrü qədərdir. Odur ki, bu cür siyasətciklər qalmaqalsız mühitdə çox qısa zaman içində cəmiyyətdə unudula bilərlər. Elə buna görə də vaxtaşırı onların müxtəlif cığallıqları ilə rastlaşırıq.

Reallıqdan qopmuş və öz maniakal ambisiyalarında boğulan bu siyasətçi nə özünə, nə də ki, ətrafındakılara faydalı ola bilir. Bu cür faydasızlar 30 il ərzində qalmaqal və ixtilaflardan başqa cəmiyyətə heç nə verməyiblər. Həmin düşərgənin nümayəndələrinin sosial şəbəkələrdə paylaşdıqlarına diqqət yetirsəniz görə bilərsiniz ki, paylaşımların məzmun və üslubu eyniliklə sovet dövründə kommunistlərin plakatları kimidir. Bu cür siyasətin sağlam və müasir təfəkkürdə hər hansı bir simpatiya qazanması mümkünsüzdür.

Öz populist demaqogiyalarında hər zaman “xalqa” müraciət edən ucuz siyasi şoumenlər əslində hər vəchlə milli həmrəyliyə qarşı çıxış edirlər. Siyasətdə öz mövcudluğunu qorumaq üçün yeganə ümidini cəmiyyətdə emosional gərginlik yaradılmasına bağlamış bəlalı vətənşivənlər hər zaman çalışırlar ki, siyasi qalmaqal yaratsınlar. Ölkənin uğurlarında zərrə qədər payı olmayan, habelə milli birliyi inkar edən bu cür demaqoqların siyasi aktuallığının ömrü bir qalmaqalın ömrü qədərdir. Ona görə də onlar daim yeni qalmaqal axtarışındadırlar.

Məyusedici hal odur ki, bu cür radikal təfəkkürlü demaqoqların siyasi şivənliyi səbəbindən ölkədə ümumiyyətlə müxalifətçilik institutunun böhranı yaşana bilər. Prezident İlham Əliyevin növbəti sözləri qeyd etdiyimiz ehtimalın doğruluğuna işarə edir: “Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz.” Odur ki, ölkədə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti eyni zamanda sağlam demokratik müxalifətçilik institutunun qorunmasına da xidmət etmiş olur. Bəli, alışdığımız ənənəvi bazar biznesin bir növü kimi qəbul oluna bilər, ancaq qərəzli demaqogiya əsla peşəkar və təməlləri sağlam olan siyasət sayılmaz.

Asif Adil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri