Icma.az
close
up
RU
Sosial şəbəkələrdə məzmun təhlükəsizliyi

Sosial şəbəkələrdə məzmun təhlükəsizliyi

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

“Məzmun təhlükəsizliyi” sosial şəbəkə istifadəçilərinin onlayn mühitdə qarşılaşdıqları məlumatların etibarlılığını, hüquqi və etik normalara uyğunluğunu nəzərdə tutur. UNESCO tərəfindən hazırlanmış “Jurnalistika, saxta xəbərlər və dezinformasiya” adlı vəsaitdə sosial şəbəkələrdə “məzmun təhlükəsizliyi”nin pozulmasına səbəb olan əsas fenomenlərin təsnifatı verilir:

Dezinformasiya və yalan xəbərlər – cəmiyyətin yanlış yönləndirilməsi, ictimai rəyin çaşdırılması üçün istifadə edilir. Zərərli ideologiyalar və radikal çağırışlar – terrorizmi, zorakılığı, nifrəti və ayrı-seçkiliyi təbliğ edir. Kibertəhlükələr və fırıldaqçılıq – saxta profillər, fişinq hücumları, şəxsi məlumatların ələ keçirilməsi üçün yayılan kontentlərdir. Uşaq və gənclər üçün zərərli materiallar – zorakılıq, pornoqrafiya, qumar və digər mənfi davranışlar təşviq edilir. Nifrət nitqi və kiberbullinq – insan ləyaqətini alçaldan, psixoloji təzyiq göstərən və diskriminasiya xarakterli yazılar, şəkillər və videolar paylaşılır. Süni intellekt və manipulyasiya riski – “deepfake” texnologiyası ilə hazırlanan saxta videolar və ya alqoritmlərlə manipulyasiya olunan kontent.

Nəticə etibarilə, “məzmun təhlükəsizliyi” sosial şəbəkələrdə paylaşılan məlumatın cəmiyyətin sabitliyinə, mənəvi dəyərlərinə, qanunvericiliyə, insan hüquqlarına, fərdlərin sağlam düşüncəsinə zərər vurulmasının qarşısının alınmasını nəzərdə tutur (https://unesdoc.unesco.org/ark:/48223/pf0000265552 )

Statistik göstəricilər

Analitik mərkəzlər qeyd edirlər ki, sosial şəbəkələr üzərindən yayılan məlumatların təxminən 62 faizi dezinformasiya və ya sadəcə “fake” məzmunludur. 2025-ci ilin təhlillərinə əsasən, bu platformalarda paylaşılan hər 10 məzmundan 4-ü saxtadır

( https://www.demandsage.com/fake-news-statistics/ ).

“Statista.com”un hesabatında isə qeyd edilir ki, 16 ölkə üzrə keçirilən sorğuda respondentlərin təxminən 66 faizi sosial şəbəkə hesabında nifrət nitqi ilə qarşılaşdığını bildirir

( https://www.statista.com/chart/33299/online-hate-speech-encounters/ ).

2024-cü ildə baş vermiş saxtakarlıqların 96 faizi deepfake texnologiyası ilə bağlıdır. Hesabata əsasən, deepfake videoları dezinformasiyanın yayılma ehtimalını 73 faiz artırır. Ən təhlükəlisi budur ki, istifadəçilərin 80 faizi deepfake videolarını tanıya bilmədiyini söyləyib

( https://en.wikipedia.org/wiki/Deepfake ). Deepfake və AI alqoritmlərinin sürətlə artması informasiya etibarlılığı və məzmun təhlükəsizliyi məsələlərini ciddi şəkildə zədələyir.

Məlumat tezliyinin neqativ təsirləri

Təhlillər göstərir ki, sosial şəbəkələrdə “Fake news” (saxta xəbər) real xəbərlərə nisbətən 6 dəfə daha sürətlə yayılır. İstifadəçilərin bir çoxu təsadüfən, yəni, xəbərin yalan olduğunu bilmədən onun paylaşımçısına çevrilirlər: “85 % istifadəçi mənbəyi yoxlamadan, məlumatın doğruluğunu bilmədən onu yayır” ( https://sqmagazine.co.uk/social-media-misinformation-statistics/ ).

Sosial şəbəkələrin bu imkanları dezinformasiya yayıcıları, xüsusən, “informasiya savaşı” aparanlar üçün fürsətə çevrilir. Sosial şəbəkələr müasir dövrdə “fake trend”lərin süni şəkildə yaradılması (hashtag müharibələri, bot şəbəkələri və sair) və yayılmasında ən böyük paya malikdirlər. Yəni, informasiya savaşının aparılmasında əsas platformadırlar.

Nəzəriyyələrdə qeyd edilir ki, “informasiya savaşı” indi modern texnologiyalara əsaslandığı üçün, artıq klassik mərhələni aşıb. Daha mürəkkəb, rəqəmsal və çoxsahəli bir müstəviyə keçib. Müşahidə olunan hal budur ki, “deepfake videolar” və “səs manipulyasiyaları” hətta ölkə liderlərinin “saxta çıxışları” ilə ictimai rəyə təsir edə bilirlər. “Generativ süni intellekt” isə kütləvi şəkildə saxta məqalələr, şərhlər və sosial media postları yaratmaq imkanına malikdir.

Algoritmik üstünlük verilməsi ilə saxta narrativin daha çox görünməsi; “big data” əsasında fərdlərin psixoloji və sosial-siyasi meyllərinə uyğun zərərli mesajların hazırlanması; gənclər auditoriyasına yönəlmiş “meme warfare”nin (məm müharibəsi) ortaya çıxması və digər bu kimi amillər saxta xəbərlə həqiqi olanı bir-birindən fərqləndirməyi çətinləşdirir, informasiya müharibələrinə yeni sürət qatır. Görünən budur ki, “metaverse platformaları” informasiya müharibəsinin yeni meydanına çevrilir.

Bu tendensiyanı nəzərə alaraq, dünyanın əksər dövlətləri ictimai rəyin təhlükəsizliyini təmin etmək məqsədilə, sosial şəbəkələrin milli seqmentinin nəzarətə götürülməsi üçün addımlar atırlar. Aartıq “sosial şəbəkələrdə nəzarətin gücləndirilməsi və dezinformasiyaların qarşısının alınması üçün” müəyyən modellər yaranıbdır. Sosial şəbəkələrdə tənzimləmə addımlarına görə dövlətlər 3 istiqamət üzrə qruplaşırlar.

Növbəti məqalələrimizdə bu modellər barədə detallı məlumat veriləcək.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb

Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri