Icma.az
close
up
RU
Sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulur KONKRET

Sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulur KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, müvafiq normativ akt Türkiyə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanıb və oktyabrın 10-da hökumətin rəsmi “Resmi Gazete” nəşrində dərc olunub.

Sənəddə qeyd olunub ki, məhdudiyyətlər cari il noyabrın 1-dən tətbiq ediləcək. Qaydalara əsasən, sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. 15–18 yaş arası istifadəçilər üçün isə platformalar gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirlərini nəzərdə tutan ayrıca rejim yaratmalıdır. Artıq mövcud olan və aktiv istifadə edilən hesablar üzrə yaş təsdiqi 2027-ci il martın 31-dək tamamlanmalıdır.

İstifadəçilərin yaşı xüsusi identifikator vasitəsilə ümumrespublika elektron dövlət xidmətləri sistemi – “e-Devlet” üzərindən təsdiqlənəcək. 15–18 yaş arası yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq. Onlar üçün canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyəsi mexanizmləri qadağan ediləcək.

Sosial şəbəkələr, həmçinin topladıqları məlumatlar əsasında yetkinlik yaşına çatmayan istifadəçilərə digər hesabları tövsiyə edə bilməyəcək. Eyni zamanda, yeniyetmələrin öz profillərinin digər istifadəçilərə təklif olunmasına da icazə verilməyəcək.

Bundan əlavə, azyaşlı istifadəçilərin şəxsi təhlükəsizliyinin qorunmasına dair qaydalar sərtləşdirilir. Sosial şəbəkələr uşaqların hesablarını telefon kitabçaları, əlaqə siyahıları, elektron poçt ünvanları kitabçaları, eləcə də digər tətbiq və platformalardakı dostluq və izləmə siyahıları ilə sinxronlaşdıra bilməyəcək. Bu mənbələrə daxil olmaq və onlardan əldə edilən məlumatları emal etmək də qadağan olunacaq.

Normativ akt sosial şəbəkələri valideynlər və qəyyumlar üçün xüsusi nəzarət alətləri yaratmağa və təqdim etməyə də məcbur edir. Bu alətlər vasitəsilə hesabları, onların parametrlərini, istifadə müddətini, geolokasiyanı, ödənişli əməliyyatları və digər funksiyaları idarə etmək mümkün olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Oktyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri