Icma.az
close
up
RU
Sosial şəbəkələrin “gözəllik tələsi” Gənc qızlar niyə özlərini bəyənmirlər?

Sosial şəbəkələrin “gözəllik tələsi” Gənc qızlar niyə özlərini bəyənmirlər?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiçik burun, çəkik gözlər, kəskin üz xətləri, hamar dəri, iri dodaqlar...
Sosial şəbəkəyə daxil olduqda bu sadalananlara sahib olan qadınlar görürük. Onlar istifadəçilər üçün qüsursuz, ideal “gözəllik simvolu” sayılırlar.
Niyə?
Çünki yuxarıda sadalanan xüsusiyyətlərin hər birinə sahibdirlər.
Bu gün sosial şəbəkələr, filmlər vasitəsilə gözəllik standartları meydana çıxıb. Xüsusilə gənc qızlar bu standartlara uymaq üçün müxtəlif əməliyyatlar, prosedurlar keçirirlər. Bəzən bu əməliyyatlardan sonra belə özlərini bəyənmirlər. Yəni günün gözəllik standartları insanların özgüvənini, özünə olan sevgisini azaldır.
Bəs çarə nədir? Nə etmək lazımdır ki, insan görünüşünü sevsin?
Bizim.Media mövzuyla əlaqədar psixoloq Minarə Səbzəliyevanın fikirlərini öyrənib. Psixoloq deyir ki, insanın öz görünüşünü sevməməyinin bir neçə səbəbi ola bilər.
“İlk olaraq həmin şəxsdə daxili özünədəyər hissi aşağı ola bilər. Burada uşaqlıqdan formalaşan düşüncələr rol oynayır. Bu düşüncələrə təkcə travmalar yox, sosial mühitlər, kiçik cəmiyyətlər, dəyərlər, inanclar təsir edir. Problem insanın bədənində, üzündə yox, onun inancındadır. Şəxs üzünü, bədənini qüsurlu hesab edib, bəyənilmədikdə buna görə bəyənilmədiyini düşünür.
İkinci, sosial şəbəkələrdə formalaşan simalardır. İnsan özünü o standartlarla müqayisə etdikdə özünü heç vaxt yaxşı hiss etmir. Üçüncü təsir isə cəmiyyətin qadına yüklədiyi anlamdır. Uzun illərdir ki, qadının dəyəri gözəllik üzərindən qiymətləndirilir. Buna görə də gənc qızlar erkən yaşdan bu fikirlərə məruz qalırlar”.
Müsahibimiz insanın özünü sevməsinin yollarını açıqlayıb:
“Şəxsin özünü bəyənməsi üçün onun daxili dəyəri üzərində işləmək lazımdır. Psixoterapiya vasitəsilə başa salmaq lazımdır ki, onun dəyəri yalnız zahiri görünüşü ilə ölçülmür.  İkinci olaraq isə sosial medianın təzyiqini olduğu kimi qəbullanmaq lazımdır. Yəni filtrlənmiş bədənlər, reallığa uyğun olmayan insanlar sosial şəbəkəyə aiddir. Həmçinin, şəxs daxili bacarıqlarına, inkişafına sərmaye qoyduqda bədəniylə bağlı narazılıqları da azalır”.
Minarə Səbzəliyeva valideynlərə müəllimlərə deyir ki, qız uşaqlarına uşaqlıqdan "gözəlsən"  yox,  “bacarıqlısan”, “ağıllısan” mesajlarının verilməsi onlara daha yaxşı təsir edəcək.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri