Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Sosial siyasət Azərbaycan Prezidentinin prioritetləri arasında əsas yer tutur ŞƏRH AZƏRTAC

Sosial siyasət Azərbaycan Prezidentinin prioritetləri arasında əsas yer tutur ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə aparılan iqtisadi islahatlar, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması və digər tədbirlər sayəsində Azərbaycanın iqtisadiyyatı özünün inkişaf tempini qoruyub saxlaya bilib. Yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin iqtisadi uğurlarına toxunan dövlətimizin başçısı iqtisadi müstəqilliyə nail olmadan siyasi müstəqilliyi qorumağın mümkün olmadığını bir daha diqqətə çatdırdı. Belə ki, Azərbaycanın ümumi daxili məhsulunun 4 faizdən çox artması dünya göstəriciləri arasında ən yaxşı mövqelərdə olduğumzun göstəricisidir. Qeyri-neft sektoru üzrə iqtisadi artımın 6 faizdən və qeyri-neft sənaye sektorunun da 7 faizdən çox artması ölkənin inkişafına verilən dövlət dəstəyi tədbirləri sayəsində mümkün olub. Prezident İlham Əliyev neft sektorunda istehsalın sabitləşdiyini qeyd edərək qeyri-neft sektorunun inkişaf etdirilməsinin iqtisadiyyatımızın prioriteti olduğunu bildirdi. Bu gün çox az ölkələrin iqtisadiyyatlarında artımlarla bağlı mənzərələri müşahidə etmək mümkündür. Azərbaycanda iqtisadiyyata investisiyalar qoyulması fonunda dövlətin valyuta ehtiyatları 5 milyard dollar artaraq 72 milyard dollara çatıb. Xarici dövlət borcumuzun valyuta ehtiyalarımızdan 14 dəfə aşağı olmaqla ÜDM-in cəmi 7,2 faizini təşkil etməsi dünyanın inkişaf etmiş ölkələri arasında qabaqcıl nümunədir. Halbuki, inkişaf etmiş ölkələrin əksəriyyətində xarici dövlət borcu ÜDM-dən yuxarıdır. Valyuta ehtiyalarımızın artması işğaldan azad olunmuş ərazilərə böyük həcimdə dövlət büdcəsi vəsaitlərini ayrılması və 10 mindən çox keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması fonunda baş verir. Dövlətimizin başçısı, xüsusilə vurğulayaraq bildirdi ki, öz gücü ilə ərazilərini işğaldan azad edən və torpaqlarında dərhal yenidənqurma və bərpa işlərini iqtisadi imkanları çərçivəsində qısa zaman kəsiyində həyata keçirən dövlət nümunəsi yoxdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına son 4 ildə 19 milyard manat vəsait ayırıb. Həqiqətən işğaldan azad olunmuş ərazilərimizdə bu gün inşa olunan körpülər, tunellər, yol infrastrukturu, beynəlxalq hava limanları, dəmir yolları, yaşayış məntəqələri heç bir kənar dəstək olmadan dövlətimizin öz gücü ilə həyata keçirilib, bu da böyük iqtisadi imkanlar tələb edir. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan iqtisadi siyasət ölkəmizə bütün sahələr üzrə nəzərdə tutulmuş proqramları icra etməyimizə imkan verir. Keçən il 10 yaşayış məntəqəsinin istifadəyə verilməsi və bu il əlavə olaraq 20 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qaytarılmasının planlaşdırılması dövlətimizin gücünün ifadəsidir. Əgər torpaqlarımız işğal olunmasaydı və dağıntılara məruz qalmasaydı Azərbaycan bütün bu vəsaitləri insanların sosial rifahının yüksəlməsinə sərf edərdi.

“Azərbaycan Prezidenti müsahibəsində, həmçinin dövlət büdcəsinin xərclərinin 41 milyard manatdan çox olduğunu, icmal büdcəsinin isə 48 milyard manatı ötdüyünü bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Təbii ki, büdcəmizin rekord həcimdə artırılması dövlətimizin başçısının apardığı uğurlu iqtisadi siyasətinin göstəricidir. Son illər aparılan islahatlar iqtisadiyyatın şəffaflaşmasına və büdcə gəlirlərinin artmasına yol açıb. Azərbaycan dövləti öz büdcə gəlirləri hesabına bütün işləri görür. O cümlədən hərbi gücün artırılması da diqqət mərkəzində saxlanılır. Hərbi xərclərimizin 8,4 milyard manat təşkil etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, əgər Ermənistan sürətlə silahlanmaya üstünlük verməsəydi və regionda sülhün yaranmasına xidmət edən addımlar atsaydı, hərbi büdcəyə bu qədər çox vəsait ayırmağımıza ehtiyac yaranmayacaqdı. Bu səbəbdən də hərbi büdcəmizin artırılması regionda sabitliyin, təhlükəsizliyin təminatçısıdır”, - deyə A.Badamov vurğulayıb.

Deputatın sözlərinə görə, büdcə qarşısında böyük vəzifələr durmasına baxmayaraq, sosial siyasətin davamlı şəkildə aparılması dövlətimizin başçısının prioritetləri arasında əsas yer tutur. Belə ki, son bir neçə ildə həyata keçirilmiş 4 sosial paketə 7 milyard manatdan çox dövlət vəsaiti sərf olunub. 2025-ci ildə də artıq 5-ci sosial paketin icrasına başlanılıb. Yanvarın 1-dən başlayaraq minimum əmək haqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata çatdırılmaqla 15 faizə qədər yüksəlib. O cümlədən dövlət büdcəsindən maliyyələşən bir çox təşkilatlarda çalışanların əmək haqları da 15 faiz artırılıb. Bu artımlar keçən il ölkəmizdə baş vermiş 2 faizlik inflyasiya fonunda baş verir. Təbii ki, ölkəmizdə sosial siyasətin dərinləşməsi dövlətimizin başçısının siyasətinin təməlində vətəndaşların rifahının dayandığını təsdiq edir. Prezident İlham Əliyevin müdrik, qətiyyətli liderliyi sayəsində Azərbaycan inkişaf edir və hər bir sahədə uğurlu nəticələrin əldə olunması təmin edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri