Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin tarixi nailiyyətləri onun strateji liderliyinin nəticəsidir ŞƏRH AZƏRTAC

Azərbaycan Prezidentinin tarixi nailiyyətləri onun strateji liderliyinin nəticəsidir ŞƏRH AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan tarixində 200 ildən çox davam edən erməni təcavüzünü, 30 ilə yaxın mövcud olan Qarabağ münaqişəsini həll etdi. Dövlətimizin başçısının müdrik siyasəti və ali baş komandanlığı ilə Azərbaycan Ordusu BMT-nin təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, işğal olunmuş torpaqları azad etdi. Konstruktiv, prinsipial diplomatiyası Azərbaycan əsgərinin qəhrəmanlığına zəmin yaratdı, dövlətin ərazi bütövlüyü təmin edildi. O, Azərbaycan tarixində hakimiyyəti dövründə ölkənin torpaqlarını birləşdirən, dövlətin siyasi-coğrafi mövqeyini gücləndirən yeganə dövlət başçısıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid söyləyib.

Analitik bildirib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə bir sıra mühüm tarixi xidmətlər göstərib. Onun rəhbərliyi ilə Azərbaycan müxtəlif sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edib və etməkdədir. Dövlətimizin başçısının tarixi xidmətlərini müxtəlif aspektlərdən qiymətləndirərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq aləmdə ölkənin nüfuzunu artırılması, terrorizmlə mübarizə və təhlükəsizlik, iqtisadi inkişaf və modernləşmə, regionda strateji rolu gücləndirmək, enerji diplomatiyası, infrastruktur islahatları, multikultralizm və tolerantlıq siyasəti, ölkəmizin müstəqilliyinin və təhlükəsizliyinin qorunması və s. xarakterizə edə bilərik. Heç şübhəsiz, Prezident İlham Əliyevin Azərbaycan xalqının taleyində və tarixində ən böyük rolu 200 ildən çox davam edən erməni təcavüzünə, soyqırımına və terror aktlarına son qoyulması oldu. Onun rəhbərliyi ilə Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə strateji və hərbi üstünlük qazanaraq, erməni işğalına son qoymaqla yanaşı, regionda yeni geosiyasi balans yaratdı. Dövlətin suverenliyini və ərazi bütövlüyü təmin edən tarixi Zəfər, həm də Azərbaycan xalqı üçün böyük bir qürur mənbəyi oldu. Vətən müharibəsindən sonra Azərbaycan regional və beynəlxalq diplomatiyada daha inamlı addımlar ataraq Cənubi Qafqazda yeni geosiyasi balans yaratdı. Regionda əsas oyunçulardan birinə çevrilərək Türkiyə ilə müttəfiqlik əlaqələri, Rusiya ilə münasibətlərin yeni mərhələsi bunun göstəricisidir.

“Prezident İlham Əliyev ölkənin iqtisadiyyatını gücləndirmək istiqamətində bir sıra önəmli islahatlar həyata keçirdi. Qeyri- neft sektorunun inkişafına önəm verildi, Azərbaycan iqtisadiyyatı saxələndirilərək yeni sənaye sahələrinin inkişafı təşviq edildi. Dövlətimizin başçısı Azərbaycanın geosiyasi mövqeyinin möhkəmləndirmək üçün regional və beynəlxalq səviyyədə diplomatik fəallığı iqtisadi və enerji layihələrində, xüsusilə Cənubi Qafqaz və Avropaya enerji nəqli məsələlərində mühüm rol oynayıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru Kəməri və TANAP kimi böyük enerji layihələr Azərbaycanın dünya enerji bazarında strateji mövqeyini gücləndirib. Prezident İlham Əliyev diplomatiyası Azərbaycanı Cənubi Qafqazda lider, beynəlxalq aləmdə daha görünən və təsirli dövlətə çevirib. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda iştirak edir, eyni zamanda diplomatik münasibətləri genişləndirərək inkişaf etdirir”, - deyə Leyla Rəşid vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın milli təhlükəsizliyinin təmin etmək məqsədilə hərbi gücünün modernləşməsi, orduya investisiyaların artırılması, xarici təhlükələrə qarşı ölkənin müdafiə qabiliyyətinin artırılması ölkə başçısının dövlət strategiyasının prioritetləri sırasındadır. Dövlətimizin başçısı Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı cəmiyyətini qorumaq, inkişaf etdirmək üçün multikulturalizm və tolerantlıq siyasətinin davam etdirir. Bu siyasət Azərbaycanda müxtəlif etnik və dini qrupların özünüidafə etməsinə, dəyərlərini, ənənələrini qorumasına, sülh şəraitində yaşamasına imkan yaradır.

Azərbaycan Prezidentinin inkişaf strategiyalarını şərh edən analitik bildirib ki, dövlətimizin başçısının tarixi nailiyyətləri onun strateji liderliyinin nəticəsidir. Dövlətimizin başçısının indiyədək olan fəaliyyətinə əsaslanaraq gələcək xidmətlərini və ölkənin inkişaf strategiyası müəyyən edilə bilər. Azərbaycan Prezidentinin gələcəkdəki strategiyaları və inkişaf prioritetləri bir neçə aspektdə davam edəcək. Təbii ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması ən önəmli prioritetlər sırasındadır. Ermənistanla münasibətlərin normallaşması və regionda davamlı sülhün təmin edilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, davamlı iqtisadi artım, Azərbaycanın regional və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək, iqlim dəyişikliyi və yaşıl iqtisadiyyat, sosial və mədəni inkişaf əhəmiyyətli olacaq. Prezident İlham Əliyev Cənubi Qafqazda Azərbaycanın lider mövqeyini möhkəmləndirməyə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri