Icma.az
close
up
RU
Sosial xoşbəxtlər fərdi bədbəxtlərdir Layk uğrunda insanlıqdan İMTİNA

Sosial xoşbəxtlər fərdi bədbəxtlərdir Layk uğrunda insanlıqdan İMTİNA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Virtual qəhrəmanlar real qorxaqlardır

Nəyinsə yaxşı olması üçün sən ona yaxşı gözlə baxmalısan. Dəyişən dünyamızda bəzən insanlarımız bacara bilmədiklərinə, pis bir şey kimi baxırlar. Yaşlı nəslin sosial şəbəkəyə baxdığı kimi.

Sosial media həyatımıza sürətlə daxil oldu və onu tamamilə dəyişdi. Bütün dünya ilə əlaqə yaratmaq, fikir bildirmək, kreativlik sərgiləmək üçün nəzərdə tutulmuş bu platformalar zamanla fərqli bir funksiyanı da üzərinə götürdü. Yalançı xoşbəxtliyin vitrini olmaq.

Instagram-da gülümsəyən üzlər, TikTok-da rəqs edən bədənlər, X-də cəsarətli fikirlər, Facebook-da şirin ailə fotoları, nələr, nələr…

Bunlar, çox zaman real həyatın deyil, görünmək istənilən həyatın təcəssümüdür. Araşdırmalara görə, sosial mediada paylaşım edənlərin 60%-i real emosiyalarını gizlədir və sosial platformada özlərini daha xoşbəxt göstərməyə çalışır. Bu isə psixoloji təzyiqə, depressiyaya, sosial təcridə yol açır.

FB, X, TikTok, Instagram qəhrəmanları

Sosial medianın “qəhrəmanları” artıq cəmiyyətin yeni nüfuz sahibləridir. Amma bu qəhrəmanlıq çox zaman təhsillə, zəhmətlə və ya dəyərlə qazanılmır. Əksinə, qısa videolarda diqqət çəkmək, sərt və ya kobud danışmaq, qalmaqallı mövzularda “fikri” ifadə etmək kifayət edir.

ABŞ-da bu qəhrəmanlar “influencer economy”nin bir parçasıdır. Orada şəffaflıq, hüquqi tənzimləmə və reklam etikası mövcuddur.

Avropada bu “qəhrəmanlıq” daha çox kreativlik, təhsil və ictimai dəyərlərlə ölçülür.

Türkiyədə isə sosial media qəhrəmanları gündəmi dəyişdirə, siyasi təsir gücünə malik ola bilirlər. TikTok və X xüsusilə fikir azadlığının sərhədində oynayan bir sahədir.

Azərbaycanda isə sosial medianın qəhrəmanları çox zaman səs salanlar, söyüşlü danışanlar, hay-küy yaradanlar olur. Ən acınacaqlısı odur ki, savadlı danışan, əxlaqlı fikir bildirən, dəyərlər üzərində duran insan daha az görünür.

Sosial media günümüzdür, həyat tərzimizdir

İnsanlar artıq günə sosial mediada “göründü” yazısı ilə başlayır, gecəni “son status”la bitirirlər. Həyat tərzimiz dəyişib, yeməkdən əvvəl şəkil, tətil zamanı video, ailə görüşlərində “story”…

Artıq real həyat, virtual həyata xidmət edir. Bu vəziyyət insanları getdikcə daha çox təqdimat mərkəzli olmağa məcbur edir. Hiss etmədiyini hiss edir kimi göstərmək, yaşamadığını paylaşmaq kimi bir norma formalaşır.

Fərdi qəhrəmanlıq meydanı

Sosial media, bir növ, fərdi qəhrəmanlıq meydanına çevrilib. Hər kəs öz kanalının rejissoru, aktyoru və montajçısıdır. Bu, bir tərəfdən ifadə azadlığını gücləndirsə də, digər tərəfdən “özünü olduğundan artıq göstərmək” ehtiyacını doğurur.

TikTok və Instagram real bacarıqlardan çox vizual təqdimatla dəyər verir.

X platformasında fikrin cəsarətli və qısa formada ifadəsi ön plandadır.

Facebook isə Azərbaycanda daha çox emosional rahatlaşmanını və ictimai gileyin məkanıdır.

Gerçək olmayan həyat, insanlar daha çox bacarmadıqları yerdə var olmaq istəyirlər

Araşdırmalar göstərir ki, sosial mediada istifadəçilərin əksəriyyəti özlərini ideal versiyada təqdim edirlər. Kasıb daha varlı görünməyə, tənha daha sosial görünməyə çalışır. Bu, insanın daxili narazılığının xarici vitrinlə kompensasiya cəhdidir.

Sosial media bir “filtrli yalanlar dünyası”dır. O dünyada hər kəsin həyatı rəngarəng, hər kəsin işi “prestiqli”, münasibətləri “sevgi dolu”, dərdləri isə… görünməzdir.

Yalan, illüziya və inandırmaq bazarı

Sosial media indi həm də kütləni inandırmaq bazarıdır. Burada ən çox iz qoyanlar yalanı inandırıcı danışanlardır. Həqiqət çox zaman maraqsız görünür, amma saxta “şoular” daha çox izlənilir.

Baxırsan, əxlaqsız əxlaq dərsi keçir, qorxaq qəhrəmanlıqdan danışır, heç vaxt əziyyət çəkməmiş insan zəhmətin qiymətindən yazır. Kimdə nə yoxdursa, məhz ondan danışır. Bu, bir psixoloji mexanizmdir, insan çatmadığı dəyərin reklamını çox edir.

Dilin, səviyyənin, mədəniyyətin deqradasiyası

Platformalarda söyüş adi hal alıb. Hətta bəzi şəxslər üçün bu, “şəxsiyyət imzası”na çevrilib. Cəmiyyət bu aqressiyaya öyrəşir. Tərbiyəsiz danışan daha çox izlənir. Savadlı danışan isə “darıxdırıcı” sayılır.

Təəssüf ki, bu hal təkcə Azərbaycana xas deyil. Dünyada da bu cür trendlər yayılır. Lakin normalda bu platformalarda etik davranış kodeksləri, məsuliyyət mexanizmləri və rəqəmsal maarifləndirmə proqramları tətbiq edirlər. Bizdə isə bu sahə ya nəzarətsizdir, ya da kobud senzura ilə tənzimlənməyə çalışılır.

Sosial medianın “güclü” illüziyası və “üz-üzə” həqiqəti

Bütün bu davranış formaları, qışqırmaq, təhqir etmək, maskalanmaq, sosial media mühitində mümkün olur. Amma bir anlıq təsəvvür edin, internet yoxdur. Hər şey realdır. Qarşınızda yazdığınız adam var. Sözlərinizi təkrarlaya bilərsizmi?

Əgər pərdə arxasında etdikləriniz sosial mediada, ˇ etdiyiniz hər hərəkət, real həyatın ortasında, canlı şəkildə, hamının qarşısında təkrar olunsa hələ də “qəhrəman” ola bilərsizmi?

Burada sual qoyuruq, insanlıq pozulub, yoxsa internet insanlığı maskadan çıxarıb?

Sosial media yaxşı platformadır, onu mundarlamayın

Sosial media doğrudur, bəzən yalançıdır, bəzən səs-küylüdür. Amma o həm də güclü bir vasitədir. Bilik yaymaq, haqsızlığa qarşı çıxmaq, fikir bildirmək, insanlara yol göstərmək üçün bir vasitə. Əgər bu platformanı vicdanla, savadla, dəyərlə istifadə etsək o zaman sosial media nəinki həyat tərzimiz olar, həm də cəmiyyətin tərəqqi alətinə çevrilər.

Yəni məsələ platformada deyil  insandadır.

Əgər insan dəyişməzsə, heç bir platforma da dəyişməz.

Elnur Əmirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri