Icma.az
close
up
RU
Sosial şəbəkələrdən imtina görün nəyə səbəb olur Açıqlandı

Sosial şəbəkələrdən imtina görün nəyə səbəb olur Açıqlandı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Buraxılış imtahanında 300 bal toplayan, Bakının 204 saylı orta məktəbinin şagirdi Qoşqarov Müzəffərin fikirləri gündəm olub. Belə ki, o, mobil telefonun olmadığını, sosial şəbəkələrdən istifadə etmədiyini deyib. Müasir dövrdə texnologiyanın önəmini vurğulayanlar bunu təcrübədən keçirən vətəndaşımızın seçiminə təəccübləniblər. Çünki indi insanlar telefonsuz evdən çıxanda özlərini təhlükədə hiss edirlər.

İnsanlar niyə mobil telefonlara və sosial şəbəkələrə bu qədər aludə olublar? Bundan imtina edilsə, həyatımızda nələr dəyişər?

Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, telefondan istifadə indiki dövrdə insanda təhlükəsizlik və güc hissini yaradan əsas amildir:

“Telefon və digər texnoloji qurğular bizə bir çox məlumat bazasını, araşdırma imkanlarını, iş və karyera yolunda geniş kütləyə çatmaq fürsətini verir. İstifadəni dayandırdıqda isə, qeyd olunan fəaliyyətlərin boşluğu ilə qarşı-qarşıya qalırıq. Telefondan uzaq qalmaqla, diqqət və hafizənin fəaliyyətini gücləndiririk; daxili sakitliyi, hüzuru artırırıq; zehnimizi möhkəmləndiririk; diqqət yayınmasının qarşısını alırıq; ətrafla daha dərin münasibətlər yaradırıq”.

Nizami Orucov

Psixoloqun fikrincə, texnologiyadan tamamilə imtina etmək hamı üçün real və ya faydalı olmaya bilər:

“Amma təhlükəli asılılıqdan azad olmaq, balanslı istifadəni öyrənmək mümkündür. Qoşqarov Müzəffərin nümunəsi cəmiyyət üçün bir güzgüdür. Bu cür alternativ həyat tərzləri hələ də var. Hər kəs öz şəraitinə uyğun şəkildə balansı qurmalıdır”.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, aludəçiliyin kökündə həm psixoloji, həm də texnoloji mexanizmlər dayanır:

Elvin Həsənov

“Sosial şəbəkələr istifadəçidə daim xəbərdar olma və reaksiya alma istəyi yaradır. Bu isə beyində dopamin səviyyəsini artıraraq onu platformaya qaytarmağa çalışır. Nəticədə insanlar telefonsuz özlərini informasiyadan geri qalmış, ətrafdan təcrid olunmuş, hətta bəzən “təhlükədə” hiss edirlər. Telefonlar həm də yaddaşımız, xəritəmiz, bank kartımız, əlaqə vasitəmiz və əyləncə mənbəyimizə çevrilib. Texnologiyadan imtina və ya məhdudiyyət isə həm müsbət, həm də mənfi təsirlər yarada bilər. Məsələn, müsbət tərəflərdən biri odur ki, insan diqqəti daha fokuslanmış olur, məhsuldarlıq artır, real ünsiyyət bərpa olunur və texnoloji asılılıqdan doğan stress azalır. Digər tərəfdən, tam imtina müasir dövrdə məlumat çatışmazlığına, sosial izolyasiyaya, texnoloji imkanlardan yararlanmamağa və bəzi hallarda təhlükəsizlik risklərinə səbəb ola bilər. Bəzi vacib proseslər – onlayn bankçılıq, təhsil və dövlət xidmətləri artıq rəqəmsal formatdadır. Hesab edirəm ki, burada əsas məsələ texnologiyadan düzgün və balanslı şəkildə istifadə vərdişlərini formalaşdırmaqdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri