Icma.az
close
up
RU
Elektron siqaretlərə qadağa qoyulmasının səbəblər açıqlandı; gizlinlər üzə çıxdı DİQQƏT!

Elektron siqaretlərə qadağa qoyulmasının səbəblər açıqlandı; gizlinlər üzə çıxdı DİQQƏT!

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Milli Məclisin iclasında ictimai sağlamlığın qorunmasına yönəlmiş mühüm qanunvericilik təşəbbüsü müzakirə olunub. Belə ki, “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi deputatların diqqətinə təqdim edilib və müzakirələrə səbəb olub. Layihə xüsusilə son illər yeniyetmələr və gənclər arasında geniş yayılmağa başlayan elektron siqaretlərin yaratdığı risklərin qarşısının alınmasını hədəfləyir.

Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin ölkə ərazisində idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan ediləcək. Təşəbbüsün əsas məqsədi cəmiyyətin, xüsusilə də gənc nəslin sağlamlığını qorumaq, nikotin asılılığının qarşısını almaq və elektron siqaretlərlə bağlı mövcud olan yanlış təsəvvürləri aradan qaldırmaqdır. 

Qeyd edək ki, bu sahədə aparılan elmi tədqiqatlar elektron siqaretlərin zərərsiz olmadığını, əksinə insan orqanizminə ciddi fəsadlar törədə biləcəyini göstərir. Məhz bu amillər nəzərə alınaraq qanunvericiliyin sərtləşdirilməsi zəruri hesab olunub. 

Milli Məclisin deputatı Müşfiq Məmmədli Avtosfer.az-a  bildirib ki, elektron siqaretlərə tətbiq olunan qadağalar, bu istiqamətdə qanunvericiliyə edilən dəyişikliklər bir çox səbəblərə əsaslanır və olduqca vacibdir: “Elektron siqaretlər ilk növbədə yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb. Bunun statistik göstəriciləri həm Azərbaycanda, həm də xarici ölkələrdə mövcuddur. Bu vəziyyətin əsas səbəbi aparılan yanlış təbliğat və formalaşdırılan ümumi fikirdir. Belə ki, cəmiyyətdə elektron siqaretlərin guya zərərsiz olduğu, adi siqaretlər qədər təhlükə yaratmadığı barədə yanlış təsəvvür formalaşıb. Məhz bu yanlış yanaşma elektron siqaretlərin istifadəsini asanlaşdırıb və gənclər arasında bir növ trendə çevirib. Lakin elektron siqaretlərin yaratdığı zərər və insan orqanizmi üçün doğura biləcəyi fəsadlarla bağlı aparılmış çoxsaylı elmi tədqiqatlar və araşdırmalar mövcuddur”.
Deputatın sözlərinə görə, bu məsələdə bir neçə əsas amilə diqqət yetirmək lazımdır. İlk növbədə, elektron siqaretlər psixoloji asılılıq yaradır: “Onların zərərsiz olması barədə yanlış düşüncə istifadəni artırır və asılılığın formalaşmasına səbəb olur. İkinci mühüm amil isə elektron siqaretlərin tərkibində olan xammal və mayelərlə bağlıdır. Bu maddələr insan orqanizminə zərərli təsir göstərir və bir çox elektron siqaretlərdə nikotin tərkibli maddələr mövcuddur. Bu mövzu ilə bağlı monoqrafiyalar, elmi əsərlər və geniş tədqiqatlar aparılıb, elektron siqaretlərin təhlükəsiz olmadığı elmi şəkildə sübut edilib. Nəticə etibarilə elektron siqaretlərlə bağlı cəmiyyətdə hələ də yanlış anlaşmalar mövcuddur və onlar sanki zərərsiz bir vasitə kimi təqdim olunur. Halbuki bu məhsullar insan sağlamlığı üçün ciddi risklər yaradır və məhz buna görə də onların istifadəsinə qarşı məhdudiyyətlərin tətbiqi zəruri hesab olunur”.

Həkim pulmonoloq Aynur Məmmədova da elektron siqaretlərin təhlükəli olduğunu, xüsusən də ağciyər üçün risk daşıdığını deyib.”Elektron siqaretlər 2003-cü ildən etibarən istifadə olunmağa başlayıb. Aparılan tədqiqatlar göstərir ki, elektron siqaretlər adi siqaretlərdən daha təhlükəlidir. Bunun əsas səbəblərindən biri onların tərkibində müxtəlif miqdarda nikotinin olmasıdır. Bəzi elektron siqaretlərdə nikotinin miqdarı adi siqaretlərdən daha çoxdur. Bundan əlavə, elektron siqaretlərin tərkibində ağır metallar da mövcuddur ki, bu da birbaşa ağciyər xərçəngi riskini artırır. Nikel, qurğuşun, mis və alüminium kimi metallar allergiya və tənəffüs yollarında qıcıqlanmaya səbəb olur. İlk vaxtlar elektron siqaretlər adi siqaretlərin istifadəsini azaltmaq məqsədilə təqdim edilsə də, aparılan araşdırmalar bunun belə olmadığını göstərir. Əksinə, adi siqareti azaltmaq üçün istifadə olunan elektron siqaretlər daha çox zərər verir və ağciyərlərin zədələnməsinə gətirib çıxarır”.

Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri