Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Sosial yayımlarda saxta təqdimatlar

Sosial yayımlarda saxta təqdimatlar

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə texnologiyanın sürətli inkişafı sosial medianın məzmun istehsalında da yeni mərhələ yaradıb. Artıq internet istifadəçiləri gündəlik olaraq müxtəlif videolar, reklamlar və şəkillərlə qarşılaşırlar. Bu materialların əhəmiyyətli hissəsi isə süni intellekt (Aİ) vasitəsilə hazırlanır. Xüsusilə sosial şəbəkələrdə yayılan bəzi videolar və fotolar ilk baxışda real görünsə də, əslində, süni intellekt məhsulu olur. Bu isə informasiya mühitində həm yeni imkanlar, həm də müəyyən risklər yaradır.

Süni intellekt proqramları reklam, kino, media və təhsil sahələrində böyük imkanlar açır. Məsələn, reklam şirkətləri məhsullarını daha kreativ şəkildə təqdim edə, media qurumları isə vizual materialları daha sürətli hazırlaya bilirlər. Eyni zamanda, bəzi hallarda süni intellekt vasitəsilə tarixi şəxsiyyətlərin obrazları canlandırılır və ya maarifləndirici videolar hazırlanır.

Lakin bu texnologiyanın mənfi tərəfləri də diqqət çəkir. Sosial mediada yayılan bəzi materiallar süni intellekt vasitəsilə hazırlanmasına baxmayaraq, gerçəklik kimi təqdim edilir. Xüsusilə tanınmış şəxslərin görüntülərindən istifadə olunaraq hazırlanan saxta videolar, yəni “deepfake” texnologiyası son zamanlar ciddi müzakirə mövzusuna çevrilib. Belə videolarda hər hansı bir insanın səsi və ya siması texniki vasitələrlə dəyişdirilərək, onun demədiyi sözlər verilir.

Mütəxəssislərin fikrincə, bu cür məzmunlar insanların reputasiyasına da zərər vurar. Tanınmış şəxslərin və ya adi vətəndaşların görüntülərinin icazəsiz istifadə edilməsi etik və hüquqi problemlər doğurur. Bir çox ölkələrdə artıq bu sahədə qanunvericilik mexanizmləri hazırlanır və şəxsin razılığı olmadan onun görüntüsündən süni intellekt vasitəsilə istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulur. İstifadəçilərin də rəqəmsal savadlılığının artırılması vacib hesab olunur. İnternetdə yayılan hər bir videonun və ya şəklin real olub-olmadığını müəyyən etmək bəzən çətin olsa da, mənbəni yoxlamaq, müxtəlif platformalarda məlumatın doğruluğunu araşdırmaq və tənqidi düşüncə ilə yanaşmaq mühüm əhəmiyyət daşıyır.

İnformasiya dövründə ən vacib məsələ isə texnologiyanın inkişafı ilə yanaşı, insanların da bu yeniliklərə uyğun şəkildə məlumatlı və ayıq olmalarıdır. Belə olduqda süni intellekt cəmiyyət üçün risk deyil, daha çox fayda gətirən alətə çevrilə bilər.

Süni intellektin tənzimlənməsi istiqamətində ən geniş hüquqi çərçivələrdən biri Avropa İttifaqında hazırlanıb. 2024-cü ildə qəbul edilən “AI Act” süni intellekt sahəsində ilk genişmiqyaslı beynəlxalq qanunlardan hesab olunur. Sənəd süni intellekt sistemlərini risk səviyyəsinə görə müxtəlif kateqoriyalara ayırır və onların istifadəsinə uyğun tələblər müəyyən edir. Qanuna əsasən, süni intellektlə yaradılan şəkil, video və ya audio materiallar üzərində süni intellekt vasitəsilə yaradıldığı qeyd olunmalıdır. Bundan əlavə, insanın davranışını manipulyasiya edən və ya hüquqlarını poza biləcək bəzi AI tətbiqləri, ümumiyyətlə, qadağan edilir.

ABŞ-da da süni intellektdən sui-istifadə hallarının qarşısını almaq üçün hüquqi mexanizmlər tətbiq olunur. “TAKE IT DOWN Act” qanunu sosial şəbəkələrdə yayılan razılıqsız intim görüntülərin, o cümlədən süni intellekt vasitəsilə yaradılan “deepfake” materialların sürətlə silinməsini tələb edir. Bəzi Avropa ölkələri isə AI texnologiyalarının istifadəsinə daha sərt yanaşır. Qeyd etmək lazımdır ki, İtaliya süni intellektin istifadəsini tənzimləyən, hərtərəfli qanunu təsdiqləyən ilk Aİ ölkəsidir.

Danimarkada isə daha fərqli yanaşma müzakirə edilib. Belə proseslərin qarşısını almaq üçün ölkədə bu ilin iyun ayında Mədəniyyət Nazirliyi müəllif hüquqları qanununa dəyişiklik etmək təklifini açıqlayıb, vətəndaşlara görüntüləri ilə bağlı qanuni mülkiyyət hüququ verib.

Son illər süni intellekt texnologiyalarının sürətlə inkişafı sosial mediada və rəqəmsal platformalarda yeni imkanlar yaratmaqla yanaşı, müəyyən riskləri də ortaya çıxarıb. Xüsusilə insanların səsi və görüntüsündən istifadə edərək hazırlanmış saxta videolar və şəkillər, yəni “deepfake” məzmunlar artıq dünyanın bir çox ölkəsində ciddi müzakirə mövzusuna çevrilib. Bu proses Azərbaycanda da diqqət mərkəzindədir və məsələ ilə bağlı qanunvericilik səviyyəsində müəyyən dəyişikliklər təklif olunur.

Hazırda ölkəmizdə süni intellektdən sui-istifadə hallarının qarşısını almaq məqsədilə yeni hüquqi mexanizmlərin tətbiqi müzakirə olunur. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları və ya xüsusi proqram təminatı vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır.

Təklif edilən dəyişikliklərə görə, belə materialların mediada, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması 3 min manatdan 7 min manatadək cərimə ilə nəticələnə, daha ağır hallarda isə 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Eyni zamanda, qanun pozuntusuna yol verən şəxslər üçün 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək azadlığın məhdudlaşdırılması kimi cəzalar da nəzərdə tutulur.

Eyni əməl bir qrup şəxs tərəfindən və ya əvvəlcədən əlbir olaraq törədildikdə, 2 və ya daha çox şəxsə qarşı həyata keçirildikdə, yaxud kiminsə şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq məqsədi daşıdıqda daha ciddi məsuliyyət yaradır. Bu cür hərəkətlərin şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona və ya yaxın qohumlarına qarşı törədilməsi də ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Belə hallarda 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Bundan əlavə, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi şəkildə nümayiş etdirildiyi zaman onların süni intellekt vasitəsilə hazırlandığını açıq şəkildə göstərən və asanlıqla görünən nişanlanma tələb edilir.

Mütəxəssislərin fikrincə, bu dəyişikliklər həm vətəndaşların şəxsi hüquqlarının qorunması, həm də rəqəmsal mühitdə yayılan saxta məlumatların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki süni intellekt texnologiyalarının imkanları genişləndikcə, manipulyasiya məqsədilə istifadəsi riski də artır.

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirdi ki, bu təkliflə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni 148-2 və 242.1 maddələri əlavə edilə bilər:

– Cinayət-Prosessual Məcəlləsinin 37.3 maddəsinə də müvafiq dəyişikliklər edilməsi, Cinayət Məcəlləsinin 148-2.1 maddəsi üzrə də cinayət tətbiqinin həyata keçirilməsi müəyyən edilib. İnformasiyalaşdırma və informasiyanın hafizəsi, media haqqında Azərbaycan Respubikasının qanunlarına da dəyişikliklərin və əlavələrin olunması müzakirə mövzusudur. Bununla da süni intellekt texnologiyalarından istifadə etməklə hazırlanmış materialların yayılması ilə bağlı hüquqi tələblər və məhdudiyyətlər müəyyən edilir.

Müasir dünyamızda yeni texnologiyaların, süni intellektin müxtəlif sahələrin inkişafına müsbət təsiri ilə yanaşı, həmin texnologiyalardan istifadə etməklə zərərli materialların hazırlana biləcəyi faktları da var. Bu, yeni innovasiya imkanlarının yaranması deməkdir. Bəzi hallarda ayrı-ayrı şəxslərin görüntüsü və səsindən istifadə etməklə real olmayan foto-videolar, audiomaterialların hazırlanması və internet məkanlarında yayılması müşahidə olunur. Bu isə şəxsin toxunulmazlıq hüququnun pozulması və eyni zamanda, şərəf və ləyaqətinin müdafiəsi iə bağlı problemlər yaradır.

Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri