Icma.az
close
up
RU
Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəznindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində nöqsanlar aşkarlayıb.

Axar.az xəbər verir ki, planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib.

Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.


Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki,  internat məktəbləri ilə bağlı olan problem birinci dəfə deyil:


“Uşaqların orada fiziki zorakılığa məruz qalması, qidalanmasının zəif olması, təzyiqlərlə üzləşməsi məsələsi mətbuatın gündəminə çıxır. Əslində hamımız bilirik ki, oradakı uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil. Sadəcə qapalı müəssisələr olduğuna görə nə hallarından xəbər tutmaq olur, nə də çəkib ictimaiyyətə çatdırmaq mümkündür. Belə vəziyyətlərlə əlaqədar icraedici orqan hansıdırsa məsuliyyət onun üzərinə düşür. O uşaqların həyatı təhlükəsizliyi, qidalanma təhlükəsizliyi, ümumiyyətlə fiziki və əqli sağlamlıqların qorunması birbaşa olaraq icraedici orqan tərəfindən nəzarətdə saxlanmalı və uşaqlar mühafizə edilməlidir. Çünki həmin uşaqların taleyi dövlətə əmanət edilib. Dövlət öz vətəndaşlarına nə qədər məsuliyyətli məhsuldursa, o uşaqlara iki qat üç qat artıq məhsuldur. Çünki o uşaqların valideynləri yoxdur və təhlükəsizliklərindən birbaşa olaraq dövlət cavabdehdir. Bəzi hallarda isə dövlətin xəbəri olmadan, yəni gizli formada hər hansı bir maxinasiya vasitəsilə, aldatma yolu ilə o uşaqların qidaları ələ keçirilir. Yəni az, vaxtı keçmiş ərzaqlarla qidalanır, onların qidalanmasına ayrılan pullar kimlərinsə cibinə gedir və kimlərinsə şəxsi maraqlarına xidmət edir. Ona görə də məsələ qaldırmaq lazımdır ki, internat evlərində uşaqların həm fiziki təhlükəsizliyi, həm əqli sağlamlıqları, həm də qida təhlükəsizlikləri məsələsi birbaşa olaraq ölkə rəhbərliyinə tabe olsun. Ölkə rəhbəri bilməlidir ki, o qapalı müəssisələrdə nə baş verir. Amma təəssüf ki, bu həyata keçirilmir. O, uşaqların taleyindən çoxumuz narahatıq. Amma əlimizdən bir şey gəlmir. O uşaqlardan biri efirə belə çıxdı başına gətirilənlərdən danışdı. Lakin yenə də müəyyən bir formada ört basdır edildi.  Bu günə qədər əlaqədar orqanlar harda idi, niyə nəzarət etmirlər?”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri