Icma.az
close
up
RU
Şou biznesdəki təzə “Həci” Emin Hüseynov kimdir?

Şou biznesdəki təzə “Həci” Emin Hüseynov kimdir?

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Azərbaycan şou-biznesinə yeni ”Həci” daxil olub. 

Görünən odur ki, “Quseynoff” adlı şirkətin sahibi olduğunu deyən Emin Hüseynov iş dünyasındakı qaranlıq əməllərini düşük şou-biznes müğənniləri və Tik-Tok “fenomenləri” ilə olan macəraları ilə ört-basdır etmək istəyir. Yoxsa bir iş adamının belə avaraçılığa sərf etməyə boş vaxtı olmazdı.  

Emin Hüseynov necə məşhurlaşdı? 
Emin Hüseynov adlı bu şəxs ilk dəfə sosial mediada tiktoker Baboşa maşın bağışlaması, onun qapısına gəlməsi ilə məşhurlaşdı. Sosial mediada bu addımına görə tənqid olunan iş adamı daha sonra Baboşla olan səmimi münasibətlərini təkzib etmək üçün bir xanım müğənni ilə görüntülərini yaymağa başladı. Xüsusi məşhurluğu olmayan Canan adlı müğənni xanım “Tik-Tok”da bu “iş adamı” ilə olan görüntüləri sayəsində məşhurlaşdı. 

Əlbəttə ki, məqsəd Canana cananlıq etmək, ya da onu məşhurlaşdırmaq deyildi, məqsəd “Baboş söhbətini” unutdurmaq idi. Amma, deyəsən Emin Hüseynov şou-biznes dünyasındakı gəzişmələrdən xoşhallanıb. Ona görə də son vaxtlar bütün qalmaqalların içində olmağı bacaran daha bir toy müğənnisi - Vəfa Şərifova “araya girdi”. 

Şou biznesin bu təzə “Həci”si üstündə Canan və Vəfa davası başladı. Aradabir təzə “Həci” özü də açıqlamaları ilə qalmaqal tonqalını alovlandırır. Bu təzə “Həci” bir dəfə subay olduğunu deyir, daha sonra ailəli olduğunu açıqlayır, “Vəfa Şərifovanı həyat yoldaşının istəyi ilə məclislərinə dəvət etdiyini” bildirir. 

Təzə “Həci” şou-biznesə bərk gəlib. Rəhmətlik İlhamə Quliyeva kimi ləqəblər paylamağa başlayıb və ilk ləqəbi də “qalmaqal kraliçası” Vəfa Şərifovaya bəxş edib.   
Təzə “Həci” Vəfa Şərifovanı “ailə müğənnisi” elan edib. Allah o biri adlardan saxlasın... 

Amma məsələ bu deyil. Bu təzə “Həci”nin, qalmaqalları ilə iyrəndirən Vəfanın, Cananın “Həci davası” öz işləridir. Onsuz da bu adamların səsi, sənəti yoxdur, olması da gözlənilən deyil. Çünki istedad ya olur, ya da olmur. 

 Uşaqlar, ailələr qurbana çevrilir...

Məsələ evlərimizin içinə dürtülən bu müğənnilərin davranışlarıdı. Bunlar efirlərdən ailə, insani münasibətlər, uşaq böyütməyin yolları barədə məsləhətlər verir, ekspertlik edirlər. Gənclərə özlərini nümunə göstərirlər. Məsələ budu! 

Bu iyrənc qalmaqallarda artıq neçənci dəfədir ki, tərəflərin heç bir günahı olmayan ailə üzvləri linçə məruz qalır, ictimailəşdirilir, xüsusilə qalmaqal tərəfləri bir-birinin uşaqlarını şantaj mövzusuna çevirirlər.  Bu, hüquqi məsuliyyət yaratmaqla bərabər, həm də mənəvi cəhətdən yaramaz hərəkətdir. 

“Biznes adamları” niyə şouya qoşulurlar? 

Son vaxtlar iş adamlarının özlərini şou-biznesin bir parçasına çevirib, ortalıqda şou- qalmaqallarla meydan sulamaları adiləşir. 
Buna Şərurlu İsfəndiyar ləqəbli iş adamının son şouları və “təbliğat kampaniyalı” çıxışları, Vəfa Şərifovanın ad gününə (yenə Vəfa!) tort göndərməsi ilə yadda qalan “Balbadəm” şirkətinin rəhbəri Emin Hüseynovun əməlləri, gündəm olan təzə “Həci” Emin Hüseynovun sevgi qalmaqalları misaldır. 

Biz, çox təəssüf ki,  Azərbaycan sahibkarlarının böyük əksəriyyətinin maarifçi olmadıqlarını bilirik. Özünü maarifçi göstərmək istəyənlər də hansısa şeir yazanın cibinə 5 manat pul qoymağı “ziyalılıq” hesab edir.

Maarifpərvərlik də, koorporativ məsuliyyət də tamam başqa məsələdir. “Məscidi söküb yerində məktəb tikərəm” deməklə, maarifpərvər olmursan. Ya da trendə uyğun hansısa qaziyə ev vermək, bu təzə “Həci” kimi əsgərə bayram payı aparmaq maarifpərvərlik, vətənpərvərlik deyil. Maarifçilik missiyadı, bu, onsuz da özünü şou-biznes aparıcıları ilə oynamaqla xoşbəxt hiss edən, mənasız müğənnilərin qalmaqalının ortasında dayanıb, pulunu “üstündə dava düşən kişi” adı üçün xərcləyənlərin başa düşəcəyi məsələ deyil. Amma bu alverçiləri “iş dünyasında uğur hekayəsi” olan biznes adamları kimi cəmiyyətə sırımayın! 

Belə “uğurluları” görən, ağlı başında olan adamlar üçün Sovet dövrünün alverçi streotipi sınmayacaq. Halbuki, biznes adamı, iş dünyasının sakini olmaq bu gün bütün inkişaf etmiş ölkələrdə uğurdu, prestijdi, qürurdu. 

İndi bunu oxuyan hansısa arqumentbaz “Hacı Sabançı da nikahdankənar uşaq qalmaqalı ilə gündəmdədir” deyə, düşünəcək, ya da sosial şəbəkədə şərh yazacaq. Siz yazmamış, özüm yazım. Hacı Sabançı bu qalmaqalın ictimailəşməsinin əsas tərəfi deyil, danışan tərəfi də deyil. Və ən önəmlisi, iş dünyasındakı  Sabançı adını Hacı Sabançı yaratmayıb, Hacı Ömər Sabançı yaradıb. Hacı Sabançı bu brendi daşıyan ailənin sadəcə bir üzvüdür. 

Şərurlu İsfəndiyar, ya da təzə “Həci” Emin Hüseynov, ya da Vəfaya tort göndərən o biri Emin Hüseynov özləri məişət qalmaqalları ilə bezdiriblər. Dərd ondadı ki, bu adamlar heç bir marka, brend-filan da yaratmayıblar. Əllərinə düşən 5 manat pulla ortada var-gəl edirlər. Və məsələ nədir? Niyə indi var-gəl edirlər? Bu yaratmaq istədikləri “gündəmdə olmaq”, “məşhurluq” immuniteti altında hansı qara əməllərini ört-basdır eləmək istəyirlər? Bu adamların hansı əməllərə görə vəziyyətləri pisdir ki, bu cür media, tik-tok qapılarına düşüblər? Başlarının belə qarışıq olduğu görüntüsünü yaradırlar? Bax, suallar budur!

Bir qəribə həyat hekayəsi

Tik-tok və instaqramda son ayın trend olan videoları təzə “Həci”nin anasına keçirdiyi dəbdəbəli ad günüdür. Emin Hüseynovun anası heç bir ictimai fəaliyyətlə məşğul deyil, sadə bir xanımdır. Hər bir övlad kimi Emin Hüseynovun da anasına ad günü keçirmək, hətta onu öz sosial şəbəkə səhifələrində yaymaq, hətta “himayəsində olan tik-toker”lərə, instaqram səhifələrinə reklamla yaydırmaq haqqı da var. Bu təbliğat onun nəyinə lazımdır, bu dəbdəbə ilə nə göstərmək istəyir, bu da öz işidir. Amma o görüntülərə baxanda mənim yadıma bir hekayət düşdü... 

Bir vaxtlar Hüseyn Abdullayev (Quska) adında bir biznesmen vardı. Quska mahnılar bəstələyib, xeyli müğənniyə də sponsorluq edirdi. Quska anası Zeynəb xanıma dəbdəbəli ad günləri təşkil edirdi. Bəzi müğənnilər bu ad günlərində onun anasının əlindən öpmək, “böyük məziyyətləri barədə müsahibə vermək üçün” bir-birinin ayağını tapdayırdılar. Quska isə bu epizodları çəkdirib telekanallarda yaydırırdı.

İllər keçdi, Quska etdiyi əməllərə görə həbs olundu. Anası Zeynəb xanım oğlu həbs həyatı yaşayan hər bir ana kimi iztirab çəkdi, xəstə oldu. Məhkəmələrə gəldi-getdi, məhkəmə qapılarında gözlədi. Amma əlini öpmək üçün sıraya düzülən müğənnilər yüksəlmək üçün başqa əllər öpürdülər... 

Bu ibrətlik hadisə Emin Hüseynovun anasının ad günündə düşük şou biznes adamlarının onun başına fırlanıb, əlini öpüb video çəkəndə, Emin Hüseynovun da bu bayağı mənzərələri öz sosial media səhifələrində paylaşıb, hətta bəzi telekanalların bu mövzunu bir neçə gün efirdə ucuz-ucuz müzakirə etdiyi vaxt yadıma düşdü. Emin Hüseynovun oxuyub-yazması varsa, oxusun, ibrət alsın, Vəfa Şərifovalarına çox güvənməsin... Heç tik-tokda kirayələdiyi bir-iki “tik-toker jurnalist”ə də güvənməsin...

Telefon hər dəqiqə qarışında dayanıb video açıb, “açıqlamalar” vermək üçün deyil. Zəhləmizi tökməyin... 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:372
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri