Icma.az
close
up
RU
Sovet İttifaqının qələbəsini yaxınlaşdırmış Azərbaycan Dəmir Yolları FOTO

Sovet İttifaqının qələbəsini yaxınlaşdırmış Azərbaycan Dəmir Yolları FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Alman faşizmi üzərində qələbənin 80 ili tamam olur. Bu qələbədə Azərbaycan xalqının da danılmaz rolu olub.

Uzun illərdir Bakının 1941-1945-ci illərdə sovet ordusunu geyim, silah və neftlə təchiz etyməsindən gen-bol danışılır. Lakin bir sual da ortaya çıxır: logistika olmadan bu materiallar cəbhəyə necə çatdırılacaqdı? 

Azərbaycanda istehsal olunmuş hərbi təyinatlı məhsulların ön cəbhəyə çatdırılmasında əsas yük dəmir yolu və dəniz nəqliyyatının üzərinə düşürdü. Burada dəmir yolu xüsusilə seçilirdi. 

Avtosfer.az xəbər verir ki, hərbi şəraitin tələbi əsasında nəqliyyatın işi yenidən quruldu. Hərbi hissələrin hərəkəti, onlara silah, sursat, ərzaq daşınması, habelə əhalinin, müəssisələrin köçürülməsi, sənayenin xammala tələbatının ödənilməsi nəqliyyatın ahəngdar işləməsi sayəsində vaxtında təmin olunurdu. Respublika dəmir yollarında qatarların müntəzəm hərəkətini təşkil etmək məqsədilə 1941-ci il iyunun 24-dən xüsusi hərbi cədvəl tətbiq olunmuş, vağzalların hava hücumundan müdafiəsi, işıq və səs siqnalları olmayan xüsusi qatarlar təşkil edilmiş, sərnişin vaqonları hərbi-sanitar vaqonlarına çevrilmişdi.
Bakı dəmir yolu əsasən yanacaq daşınması ilə məşğul idi; 1941-ci ilin iyul ayında 1560 sistern daşınmışdısa, avqustda bunun sayı 2325-ə çatmışdı. 1941-ci ilin avqustundan Bakı dəmir yolu şəbəkəsinə Rostov, Xarkov, Odessa, Taqanroq, Novorossiysk və digər şəhərlərin 450-dən çox müəssisəsindən köçürülmə yüklər daxil olmuşdu.

Faşist Almaniyasına qarşı mübarizədə SSRİ ilə birgə əməkdaşlığa dair 1941-ci il oktyabrın 1-də bağlanmış üçtərəfli sazişlə, habelə ABŞ-ın "Lend-Liz" qanununun həmin ilin noyabrında SSRİ-yə də şamil edilməsi ilə bağlı Böyük Britaniya və ABŞ İran körfəzi, habelə İran ərazisindəki dəmir yolları, sonra isə quru və dəniz yolları vasitəsilə müxtəlif təyinatlı yüklər göndərməyə başlamışdılar. Müharibə illərində ABŞ və İngiltərədən, sonralar isə Kanadadan SSRİ-yə 400 min avtomobil, 2,6 mln ton neft və neft məhsulları, 9,6 min top, 10,8 min tank və 18,7 min təyyarə göndərmişdilər ki, bunlar da Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılmışdı.

Azərbaycan dəmir yolu cəbhəni yanacaq və döyüş ləvazimatı ilə təchiz edən xətlərdən idi. Azərbaycan dəmiryolçuları 1500 parovoz təmir edərək, ölkənin müxtəlif dəmir yolu xətlərinə göndərmiş, o cümlədən təmir olunmuş 925 parovoz Xəzər dənizi vasitəsilə şərqə yola salınmışdı.

Azərbaycanda yeni dəmir yol xətləri çəkilir, əlavə ikinci yollar inşa edilirdi. Culfa-Mincivan dəmir yolu yenidən qurulmuş, Osmanlı-Astara, Salyan-Neftçala, Papanino-Ağcaqabul yolu çəkilmiş, Yevlax-Xankəndi darxətli dəmiryol hissəsi inşa olunmuş, Bakı və Biləcəri stansiyalarında dairəvi dəmir yol xətləri istifadəyə verilmişdi. Azərbaycanda dəmir yol xətlərinin ümumi istismar uzunluğu 1645,5 km-ə, çatdırılmışdı.

Azərbaycan dəmir yolunda növbə planını yerinə yetirənlər -"ikiyüzçülər" və "beşyüzçülər" hərəkatı geniş yayılmışdı. 1943-cü ildə Zaqafqaziya dəmir yolu Bakı şöbəsinin bir qrup işçisi orden və medallarla təltif olunmuşdu. Bakı lokomotiv deposunun qatar sürücüsü Firudin Ağayevə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.  

Dəmiryolçulardan 36 nəfəri orden və medallarla, 116 nəfər isə SSRİ Dəmir Yolları Komissarlığının Şərəf nişanı ilə təltif edilmişdi. 1941-1945-ci illərdə Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların fədakar əməyi nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 mln 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi.

Azərbaycan dəmiryolçuları azad olunmuş rayonların dəmiryolçularına da köməklik göstərirdilər. Depo və yol emalatxanalarının kollektivləri bu rayonların stansiyalarına avadanlıq və alətlər göndərmişdilər.

Bakı və Biləcəri depolarından Stalinqrad, Tixoretski, Minvod, Qafqaz və başqa stansiyalar üçün mindən çox alət, iki kompleks "Bekker" qaldırıcı kranı, şpalları qaldırmaq üçün avadanlıq, üç elektrik mühərriki, dörd çilingər dəzgahı, Gəncə deposundan Şimali Qafqaz dəmiryolçularına beş dəst çilingər aləti, 100-dən çox parovoz borusu, on dəst ressor və s. materiallar yola salınmışdı. 

Göründüyü kimi Azərbaycan Dəmir Yolları istər müharibə, istərsə də sonrakı dövrdə böyük işlərə imza atıb. Bu gün, erməni faşizmi aradan qaldırıldıqdan sonra də dəmir yollarımız dünyaya açılır. Zəngəzur dəhlizinin açılması ilə polad magistralımız Şimalı Cənuba, Şərqi Qərbə birləşdirəcək. 

Yazıldakı fakt və rəqəmlər “Azərbaycan tarixi 7-ci cild” kitabından götürülüb.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 May 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri