Ukraynadan acı xəbər: Soydaşlarımız qətlə yetirildi
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın Nikolayev şəhərində 2 azərbaycanlının ölümü, ilə nəticələnən atışma baş verib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Nikolayev vilayəti polisinin verdiyi məlumata görə, insident iyunun 30-u, Qəhrəman Ukrayna prospektində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, hərəkətdə olan "Opel" markalı avtomobildən bir neçə atəş səsi eşidilib, bundan sonra nəqliyyat vasitəsi nizamlanan yolayrıcına çıxıb. İlkin məlumatlara görə, avtomobildə 2 Azərbaycan və 1 Qırğızıstan vətəndaşı olub.
Atışma nəticəsində iki həmvətənimiz hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin yaralanan üçüncü iştirakçısı isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildən cinayət aləti olan silah müsadirə edilib.
Polis əməkdaşları hadisə yerinin mühafizəsini təmin edərək ilkin istintaq hərəkətlərini həyata keçiriblər. Əraziyə polis müstəntiqləri, kriminalistlər və operativ qrup cəlb olunub. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır və hadisəyə hüquqi qiymət verilməsi məsələsinə baxılır.
Baxış sayı:139
Bu xəbər 01 İyul 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















