Icma.az
close
up
RU
Şoyqunun bəyanatı “Biz buradayıq!” mesajıdır ŞƏRH

Şoyqunun bəyanatı “Biz buradayıq!” mesajıdır ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Qafqazda passiv müşahidəçidən aktiv oyunçuya çevrilmək istəyir


“Qafqazda meydan daralır. Türkiyə, ABŞ, Avropa və İsrail fəallaşır, Rusiya isə mövqeyini qorumağa çalışır”

"Qafqaz və Cənubi Qafqazdakı hadisələr daimi diqqət və Şuralar arasında mütəmadi məsləhətləşmələr tələb edir".

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu dünən Moskvada erməni həmkarı Armen Qriqoryanla görüşü zamanı bildirib.

O vurğulayıb ki, regionda baş verən müxtəlif hadisələr daimi diqqət, məsləhətləşmə və fikir mübadiləsi tələb edir. Bölgədəki regional və geosiyasi vəziyyət mürəkkəbdir və tərəflərin davamlı olaraq uyğunlaşması vacibdir.  

Qeyd edək ki, Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin toplantısı keçirilib. Tədbirdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edib.


Sergey Şoyqunun “Qafqazdakı hadisələr daimi diqqət və məsləhətləşmələr tələb edir” bəyanatını Sherg.az-a  şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Şoyqunun belə bir açıqlamasını Rusiya üçün regionda hadisələri passiv izləməkdən çıxmaq və aktiv şəkildə rol almaq kimi dəyərələndirmək olar:


 “Rusiya özünü həm geosiyasi, həm təhlükəsizlik baxımından regionun “dominanat oyunçusu" kimi təsdiqləməyə çalışır. Putin ilk növbədə Ermənistanla təhlükəsizlik məsləhətləşmələrinin yenidən canlandırılmasına və əlaqələrin gücləndirilməsinə cəhd edir. Rusiyanın fəallaşmasının səbəbi isə regionun rolunun artmasıdır. Cənubi Qafqaz strategiya baxımından çox vacib bölgədir. ABŞ, Avropa İttifaqı, Türkiyə, İran və hətta İsrail bu bölgədə təsir dairəsini genişləndirməyə çalışırlar. Şoyqunun açıqlaması göstərir ki, Rusiya bu meydanda “günah keçisi” olaraq qalmaq istəmir. Ümumiyyətlə, Rusiya bölgədən birdəfəlik atılması riskini hesablayaraq  “daimi məsləhətləşmə”lərə ehtiyacı olduğunu vurğulayır. Rusiya süni şəkildə bölgədə gərginlik yaradaraq özünün stabilizator rolunu göstərmək istəyir. Fəallaşmaq istəmək ayrı, faktiki fəal addımlar atmaq isə ayrı məsələdir. Rusiya regionda hazırda resurslarını, diqqətini çox yönlü məsələlərə (məsələn, Ukrayna savaşına) yönəldib. Ona görə “məsləhətləşmələr tələb edir” demək, hər hansı yeni böyük rol almağa imza atmaq demək deyil, sadəcə formalaşma istəyidir”. 


V.Əfəndiyevin sözlərinə görə, artıq Qafqazda Türkiyə,  Avropa, ABŞ və İsrail daha fəal mövqe tuturlar. Rusiya bu səbəbdən “öz mövqeyini qorumaq” istəyir: 

“Ümumi fikir formalaşdırsaq belə anlama gəlir ki, Sergey Şoyqunun bəyanatı Rusiyanın regionda yenidən daha fəal olma istəyi kimi qiymətləndirilə bilər. Lakin bu, avtomatik olaraq Moskvanın yaxın zamanda böyük strateji dəyişikliklər edəcəyi anlamına gəlmir. Rusiyanın bu gedişləri daha çox “Biz buradayıq, izləyirik, əlaqə saxlayırıq” mesajları kimi görünür”.


Şəymən

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri