Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Yay aylarında qida üçün bu balıqlara üstünlük vermək lazımdır AÇIQLAMA

Yay aylarında qida üçün bu balıqlara üstünlük vermək lazımdır AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Yay aylarında qida zəhərlənmələri riski xüsusilə artır və bu baxımdan balıq və balıq məhsullarının düzgün seçilməsi və saxlanması olduqca önəmlidir. Balıq, tez xarab olan məhsullardan biridir və isti havalarda onun keyfiyyətinə nəzarət daha da həssas yanaşma tələb edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında  "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib. 
O bildirib ki, ilk növbədə, balıq alarkən satış şəraitinə diqqət yetirmək vacibdir:
"Balıq yalnız gigiyenik mühitdə və soyuducu şəraitdə, buzla örtülü şəkildə saxlanmalıdır. Təəssüf ki, bəzi hallarda balığın açıq havada, günəş altında satıldığını görürük ki, bu da onun zəhərləyici xüsusiyyətlər qazanmasına səbəb ola bilər.
Təzə balığı tamımağın bir neçə əsas göstəricisi var. Dərisi parlaq və pulcuqları yapışqan olmalıdır. Gözləri şəffaf və dolğun görünürsə, bu onun təzə olduğunu göstərir. Əgər gözlər çökük və matdırsa, artıq bayatlaşmış ola bilər. Qəlsəmələrin rəngi  tünd qırmızı olmalıdır. Boz və yapışqan selik olan qəlsəmələr məhsulun yararsızlığını göstərə bilər. Ən vacib göstəricilərdən biri də qoxudur. Təzə balığın kəskin və pis qoxusu olmur. Əgər qoxu narahatedicidirsə, bu balıq artıq istehlak üçün təhlükəli ola bilər. Barmağınızla balığın üzərinə basan zaman çökəklik dərhal bərpa olunursa, balıq təzədir. Əgər barmaq iziniz qalırsa, həmin məhsuldan uzaq durmaq məsləhətdir".
O bildirib ki, istehlak mərhələsinə keçdikdə isə bir neçə vacib məqam var:
"Birincisi, bişirilmiş balıq isti havada tez xarab olur, buna görə bişirildikdən dərhal sonra yeyilməli, artıq hissə isə mütləq soyuducuda saxlanmalıdır.
İkincisi, saxlanma temperaturu çox önəmlidir. Təzə balıq məhsulları +4°C-dən aşağı temperaturda, dondurulmuş məhsullar isə -18°C-də saxlanmalıdır.
Çiy və bişmiş məhsullar eyni səthdə hazırlanmalı deyil. Bu, çarpaz çirklənmənin qarşısını almaq üçün vacibdir. Xüsusilə taxta səthlər əvəzinə plastik və asan təmizlənən kəsmə taxtalarından istifadə edilməlidir.
Unutmaq olmaz ki, balıq məhsulları bəzi hallarda botulizm kimi ağır toksikoinfeksiyalara səbəb ola bilər. Bu səbəbdən yalnız baytarlıq-sanitariya nəzarətindən keçmiş məhsullar alınmalıdır".
Mütəxəssis tövsiyə edir ki, mümkünsə, yay aylarında diri balıqlara üstünlük verin:
"Çünki onların təzəliyini vizual olaraq müəyyənləşdirmək daha asandır. Eləcə də paketli məhsul alarkən onun istehsal tarixi, mənşə ölkəsi və saxlama müddəti diqqətlə yoxlanmalıdır.
Nəticə olaraq, sağlamlığımız üçün balıq seçərkən diqqətli olmaq, onu düzgün bişirmək və saxlanma şərtlərinə riayət etmək ən yaxşı qoruyucu tədbirdir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyul 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri