Icma.az
close
up
RU
Soyuqdəymə və qrip üçün antibiotik qəbul etmək təhlükəlidir

Soyuqdəymə və qrip üçün antibiotik qəbul etmək təhlükəlidir

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Antibiotiklərin düzgün istifadəsi üçün iki əsas məqsədə çatmaq üçün bir sıra ciddi qaydalar və təlimatlar nəzərdə tutulur. Antibiotikin təyin etmək qərarını verərkən həkim xəstəni bakterial infeksiyadan effektiv şəkildə müalicə məqsədini nəzərdə tutur”.

Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Mütəxəssis-ekspert qeyd edib ki, antibiotiklərdən "Düzgün istifadə qaydaları”na görə, antibiotiklər yalnız həqiqətən bakterial infeksiyanın olub-olmadığını müəyyən edə bilən müvafiq ixtisaslı həkim tərəfindən təyin edilməlidir:

“Antibiotiklər yalnız həkim tərəfindən xəstənin vəziyyəti, simptomları və bəzən test nəticələri (məsələn, ümumi qan analizi və ya bakterioloji kultura) qiymətləndirdikdən sonra təyin olunmalıdır. Antibiotikləri xəstə heç vaxt özünün və ya digər mütəxəssis olmayan insanların qərarı ilə qəbul etməyə başlamamalıdır. Əgər xəstədə müəyyən simptomlar varsa və antibiotiklərə ehtiyacın olub-olmadığını müəyyən etmək və dəqiq diaqnoz üçün müvafiq ixtisaslı həkimə müraciət etmək tövsiyə olunur”.

T.Eyvazov bildirib ki, antibiotiklər virus xəstəlikləri - soyuqdəymə, KRVİ, qrip üçün istifadə edilməməlidir, çünki onlar viruslara qarşı təsirsizdir və mikrofloraya zərər verir:

“Antibiotik təyini zamanı dərmanların qarşılıqlı təsirləri nəzərə alınmalıdır. Digər qəbul olunan dərmanlarla hazırda təyin olunan yeni dərmanın-antibiotikin arzuolunmaz qarşılıqlı təsirlərindən qaçınmaq üçün həkim pasiyentdən qəbul etdiyi digər dərmanlar barədə sorğu etməlidir. Antibiotik təyin olunmuş hər bir pasiyent həmin dərmanın yan təsirlərindən xəbərdar edilməlidir. Bu cür yan təsirlər meydana çıxdıqda, həkimə dərhal məlumat verilməlisi pasiyentə ciddi tapşırılmalıdır. Həkimin antibiotiklərin təyininə göstəriş görmədiyi hallarda xəstə və ya onun yaxınları tərəfindən antibiotiklərin təyininə israr etmək olmaz və bu səhv qərara səbəb ola bilər. Bundan başqa, müalicə zamanı kursa ciddi riayət etmək, yəni dərmanı təyin olunmuş dozada qəbul etmək və dozanı özbaşına artırmaq və ya azaltmaq olmaz.

Həmçinin, antibiotikin qəbul tezliyinə və vaxtına əməl etmək, tövsiyə olunan intervallara ciddi şəkildə riayət etmək lazımdır (məsələn, hər 8 və ya 12 saatdan bir). Bu, qanda aktiv maddənin tələb olunan konsentrasiyasını saxlayır ki, bu da bakteriyaların öldürülməsi üçün çox vacibdir. Digər bir qayda isə müalicənin tam kursunu tamamlamaqdır. Bu, ən vacib qaydadır. Xəstə özünüzü daha yaxşı hiss etsə belə, dərman qəbulunu dayandırmamalıdır”.

Sonda infeksionist qeyd edib ki, antibiotikləri qızdırmanın yüksəldiyi bütün hallarda təyin etmək olmaz:

“Bu, nəinki düzgün deyil, hətta təhlükəli yanaşmadır. Beləliklə, antibiotiklər yalnız təsdiqlənmiş və ya yüksək dərəcədə şübhəli bakterial infeksiyalar üçün istifadə edilməlidir. Onlar əksər soyuqdəymə, qrip və digər xəstəliklərə səbəb olan viruslara qarşı təsirli deyil. Antibiotiklər allergik reaksiyalara, mədə-bağırsaq pozğunluqlarına və digər ağırlaşmalara səbəb ola bilər. Belə ki, antibiotik normal mikrofloraya da zərər vurur: yalnız patogen bakteriyalar deyil, həm də bədəndəki faydalı bakteriyalar məhv olur. Yadda saxlamaq lazımdır ki, antibiotiklər hərarətsalıcı vasitələr deyil, onlar hərarəti bir başa aşağı salmırlar, yalnız temperaturu yaradan bakteriyalar olduqda, onları məhv etməklə hərarətin yüksəlməsi səbəbini aradan qaldıraraq dolayısı ilə onun normallaşmasına səbəb olurlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri