Icma.az
close
up
RU
Millət Vəkili: Koçaryan tarix və Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək

Millət Vəkili: Koçaryan tarix və Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son müsahibəsi bölgədə və Ermənistan daxilində mühüm siyasi rezonans doğurub. Açıqlamasında Köçəryan Ermənistanın yeganə xilası kimi Rusiyanı göstərərək, Moskva ilə sıx ittifaqa çağırış edib. Bu mövqe, Ermənistanın müstəqilliyi və qərbyönümlü siyasət yürütmək cəhdləri fonunda ciddi suallar doğurur. Köçəryanın bu bəyanatı Ermənistanın qarşıdan gələn parlament və ya prezident seçkiləri fonunda daha da təhlükəli görünür. Müşahidəçilər bu çıxışı seçki öncəsi ictimai rəyin formalaşdırılmasında bir vasitə kimi qiymətləndirirlər. Rusiyameyilli qüvvələrin aktivləşməsi və Moskvanın informasiya resursları üzərindən göstərdiyi təsir, Ermənistanın daxili siyasi sabitliyini zəiflətməkdədir. Köçəryanın açıqlaması Ermənistan daxilində seçki mübarizəsinin sərtləşəcəyindən xəbər verir. Onun “xilas yolu” kimi göstərdiyi Moskva modeli, əslində, Ermənistanın siyasi muxtariyyətini daha da məhdudlaşdırmağa xidmət edir.  

Millət vəkili, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev Sherg.az-a bildirib ki, Koçaryanın hansı ölkənin tulası olmasından asılı olmayaraq, o bir cinayətkardır: 


“Koçaryan tarix və Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək. Onun ədalət qarşısında cavabı və məhkum olacağı gün də uzaqda deyil. Ermənistanda rusiyayönümlü revanşist qüvvələrin fəallaşması da yeni bir məsələ sayılmır. Yəni Paşinyan hakimiyyətə gələndən sonra onların fəallaşması zaman-zaman özünü göstəribdir. Burada əslində Paşinyan, Koçaryan və Serj Sarkisyan mübarizəsi gedir. Amma Ermənistan əhalisi xilasın harada olduğunu dərk edirlər. Onlar bilirlər ki, revanşistlərin yenidən hakimiyyətə qayıtması Ermənistan üçün yenidən fəlakətin başlaması deməkdir. 44 günlük müharibədən sonra ermənilər dəmir yumruğun da gücünü görüblər. Onlar hesab etməlidirlər ki, Ermənistanın xilası Azərbaycan-Türkiyə və bölgə dövlətləriylə sülh, əməkdaşlıq şəraitində yaşamaq ilə bağlıdır. Ermənistanın başqa xilas yolu yoxdur. Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, əməkdaşlıq yoluna getməlidir. Köçəryan isə son dövrlər Paşinyanın onlara qarşı ittihamlarını neytrallaşdırmaq və  həbs təhlükəsindən yayınmaq üçün belə bleflər edir və Rusiyanı gündəmə gətirir. Təbii ki, Rusiyanın hazırda Cənubi Qafqazda maraqları var. Bu maraqlar naminə Rusiya tərəfi Ermənistandan zaman-zaman istifadə edib. Belə niyyətlər bundan sonra da olacaqdır. Amma reallıq onu göstərir ki, indi Rusiya Ukraynayla münasibətlərini tam aydınlaşdırmadan Ermənistanla özünə əlavə bir problem yaratmaqda maraqlı deyil. Buna görə də ən doğru yol Ermənistanın qısa müddət ərzində referendum keçirməsi, Azərbaycana qarşı ərazi iddialarını ləğv etməsi və Azərbaycanla davamlı sülh müqavirləsini imzalamaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri