Icma.az
close
up
RU
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği Azərbaycanda TikTok bağlanacaq?

Söyüş, əxlaqsızlıq, narkotikin təbliği Azərbaycanda TikTok bağlanacaq?

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


TikTok sosial şəbəkəsinin Azərbaycanda artan populyarlığı və platformada yayılan bəzi məzmunların cəmiyyətə mənfi təsirləri son dövrlərdə geniş müzakirə olunur. Bu şəbəkədə müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Dünən bir neçə aktiv “TikTok” istifadəçisi saxlanılıb. Saxlanılanlar arasında Abdullayev Emin və Rəşad qardaşları, tanınmış aparıcı Azər İsmayılov (Azər Zahid) və özünü şair kimi təqdim edən İlhamə Elşadqızı da var.

Tiktokerlərin həbsi ilə bağlı Bakupost.az -a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, həmin məzmunların arasında xuliqanlığı təbliğ edən detallar olduğuna görə, Daxili İşlər Nazirliyi (DİN) bu məsələyə qarışıb:

“Ümumiyyətlə, statistika göstərir ki, TikTok sosial şəbəkəsi Azərbaycanda kifayət qədər populyardır və sosial şəbəkələr arasında istifadəçi sayına görə, birinci yerdədir. Təəssüf ki, TikTok sosial platforması bu istifadəçilər arasında nə qədər yetkinlik yaşına çatmayan uşaqların olduğunu açıqlamır. Ehtimallar isə onu deyir ki, onlar üstünlük təşkil edir. Nəinki yetkinlik yaşına çatmayan uşaqlar, hətta azyaşlılar öz yaşlarını dəyişdirərək bu platformadan istifadə edirlər. Artıq demək olar ki, valideynlər uşaqlarıyla mübarizə apara bilmirlər. Onların ilk üz tutduğu platforma məhz TikTokdur. Bu platformada son zamanlar canlı yayımlar çox populyarlaşıb və həmin canlı yayımlarda qeyri-etik davranışların, bəzən də narkotik vasitələrin təbliği aparılır”.

F.Pərdəşünasın sözlərinə görə, məzmunların tərkibi son dövrlərdə daha da pisləşib:

“Bu da təbii ki, çox böyük rezonans doğurdu. Orada yaradılan realiti-şoular, keçirilən yarışmalar, yarışmalarda atılan atmacalar, hətta söyüşlər, qeyri-əxlaqi söhbətlər cəmiyyətdə müzakirələrə səbəb oldu. Son olaraq da DİN-in bu istiqamətdə müdaxiləsini gördük. Düşünmürəm ki, TikTok sosial şəbəkəsi Azərbaycanda bloklanacaq. Doğrudur, dünyanın bir çox ölkələrində bloklanması aktual məsələdir, lakin bu qeyri-əxlaqi məsələlərə görə yox, istifadəçilərin məlumat təhlükəsizliyi ilə bağlıdır. Bu platformanı Çin hökuməti ilə əlaqələndirirlər. Düşünürlər ki, Çin dünya üzrə istifadəçilərin datalarını yığır”.

Texnobloger bildirib ki, Azərbaycanda sadəcə, platformada olan aktiv şəxslərlə bağlı müəyyən tədbirlər görülür:

"Hansı ki, bu şəxslər cəmiyyətdə mənfi təsirlər göstərə biləcək məzmunlar yaradırlar. Mən düşünürəm ki, sosial şəbəkələri bağlamaq çıxış yolu deyil. Cəmiyyəti maarifləndirmək, formalaşdırmaq lazımdır ki, onlar normal məzmunlara daha çox önəm versinlər. Təbii ki, valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlar nəzarətsiz qalmamalı, yetkinlik yaşına çatmamış bu tip məzmunlarla qarşılaşmamalıdırlar. Burada həm cəmiyyətin, həm valideynlərin, həm də dövlətin üzərinə böyük bir yük düşür ki, bu məzmunların Azərbaycanda yayılmasının qarşısını alsınlar”.

Rəhman Mirzəlizadə, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri