Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Söz silahdan güclüdür 25 ölkə İsrailə müraciət etdi

Söz silahdan güclüdür 25 ölkə İsrailə müraciət etdi

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Söz - beynəlxalq siyasətdə ən güclü silahdır. Lakin dünyanın dörd qitəsini təmsil edən və milyonlarla vətəndaşı əhatə edən 25 ölkə birgə diplomatik bəyanatla çıxış etdikdə, bu artıq sadəcə fikir deyil.
Bu - hökmdür. Qəzza zolağının XXI əsrin möhürlənmiş sarkofaqına çevrildiyi bir vaxtda, İsraildən blokadanın götürülməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı yüksək səslə edilən çağırış qlobal vicdanın aktına çevrilir.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanat artıq diplomatiya tarixində yer alıb - bu sənəddə humanitar hüquq, total sinizm dövründə öz ləyaqətini qorumağa çalışır.

"Qəzzadakı müharibə dərhal dayandırılmalıdır" - sənəd bu sözlərlə başlayır. Bəyanatın altında 25 ölkənin xarici işlər nazirləri və Avropa Komissiyasının bərabərlik və böhranlara reaksiya üzrə komissarı Acoya Lyabib imza atıb. Sənəddə beynəlxalq humanitar hüquqa xas olan hüquqi ifadələrdən istifadə olunur:

"İsrail hökumətinin istifadə etdiyi humanitar yardım çatdırma modeli təhlükəlidir, sabitliyi pozur və Qəzza sakinlərini insan ləyaqətindən məhrum edir", -  bəyanatda deyilir. "Biz İsrail hökumətini humanitar yardımın çatdırılması ilə bağlı məhdudiyyətləri dərhal ləğv etməyə və BMT-yə, eləcə də qeyri-hökumət humanitar təşkilatlara öz xilasetmə işlərini təhlükəsiz və effektiv şəkildə həyata keçirmək imkanı verməyə çağırırıq".

"Humanitar yardımın çatdırılması üzrə təhlükəli model" ifadəsi, əslində, Cenevrə konvensiyalarının və münaqişə şəraitində mülki əhalinin müdafiəsinə dair beynəlxalq normaların sistemli şəkildə pozulması ilə bağlı ittihamdır.

25 ölkə HƏMAS tərəfindən 7 oktyabr 2023-cü ildə İsrail vətəndaşlarının girov götürülməsini pisləyib və onların "heç bir şərt olmadan dərhal azad edilməsini" tələb edib. Hər iki tərəfə müraciət olunaraq mülki şəxsləri qorumağa və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırılır. Sənəddə İsrailin Qərb Sahilində - Qüds ilə Maale-Adumim məskunlaşması arasında yerləşən E1 zonasında yeni yaşayış məntəqəsi tikmək planı da kəskin tənqid olunur. "Bu plan reallaşsa, Fələstin dövləti iki hissəyə bölünəcək və bu, beynəlxalq hüququn açıq-aşkar pozulması olacaq, iki dövlətli həll perspektivinə ciddi zərbə vuracaq", - sənəddə deyilir .

İsrailin Qərb Sahilindəki məskunlaşma fəaliyyətləri uzun illərdir İsrail-Fələstin münaqişəsinin nizamlanmasına əsas maneələrdən biri hesab olunur. 2016-cı ilin dekabrında BMT Təhlükəsizlik Şurası 2334 saylı qətnaməni qəbul edərək İsraildən bu fəaliyyətləri dərhal dayandırmağı tələb edib. İsrail isə həmin qətnamənin tələblərini yerinə yetirməyəcəyini bəyan edib.

Sənədi aşağıdakı ölkələrin xarici işlər nazirləri imzalayıb: Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İspaniya, İslandiya, İsveç, İsveçrə, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Yeni Zelandiya və Yaponiya. Yəni demək olar ki, bütün sivil Avropa və anglosfera ölkələri.

"Biz Qəzza sakinlərini insan ləyaqətindən məhrum edən blokadanı pisləyirik", - bəyanatda qeyd olunur.

Bu humanitar hissə HƏMAS-ın zorakılığının pislənməsi ilə balanslaşdırılsa da, əsas mesaj dəyişmir: İsrail humanitar və hərbi strategiyasına yenidən baxmalıdır.

İsrailin diplomatik cavabı sərt oldu - bu, dünyanı eşitmək istəməyən bir ölkənin deyil, daim təhlükə altında yaşayan bir xalqın səsidir. İsrail XİN bəyanatı "reallıqdan uzaq" adlandıraraq vurğuladı: onlar üçün real olan - raket hücumları, terror aktları və girovlardır, diplomatik ritorika yox.

İsrailin cavabları:

"Atəşkəslə bağlı konkret təklif var, İsrail razıdır, HƏMAS isə yox"

"Həssas danışıqlar zamanı bu tip bəyanatlar prosesə zərər vura bilər"

"HƏMAS dialoq aparmır, yalan kampaniyası aparır"

Bu, sinizmin yox, hər səhəri təhlükə ilə açılan bir ölkənin mövqeyidir. İsrail dünyaya göz yummur - sadəcə dünyanın onun həssaslığını anlamasını istəyir.

Amma məhz ona görə ki, İsrail - orduya malik bir ölkə deyil, xatirəyə sahib bir millətdir - onun reaksiyası müdrik olmalıdır. Güclü olan - dinləməyi bacarmalıdır. Diplomatiya zəiflik deyil - uzaqgörənlikdir.

Qüdsdə xüsusilə E1 planına dair bənd narazılıq doğurub. İsrail bunu öz suveren planlaşdırma hüququna qarşı çıxış kimi qiymətləndirib. Lakin beynəlxalq ictimaiyyət burda şəhərsalmanı yox, geosiyasi topoqrafiyanı görür: "Bu plan reallaşsa, Fələstin iki yerə bölünəcək və iki dövlətli həllin sonu olacaq".

Bu - yalnız coğrafiya deyil, məntiq məsələsidir. E1 planı elə bir şahmat gedişidir ki, lövhəni dağıda bilər. Məhz buna görə də 2016-cı ilin BMT qətnaməsi 2334-də aydın deyilir: məskunlaşma fəaliyyəti qeyri-qanunidir. İsrail isə onu tanımamaqla göstərdi ki, instinktlə hərəkət edir, ssenari ilə yox.

Amma müdafiə instinkti - sonsuz deyil. O, qoruyur, amma inkişaf etdirmir. Holokostu yaşamış bir xalq anlayır ki, qanun hər zaman ədalət deyil, amma qanunsuzluq - fəlakətin qapısını açır.

İsrail BMT Nizamnaməsinin 51-ci maddəsinə - özünü müdafiə hüququna - əsaslanır. Buna heç kim etiraz etmir. Lakin bu hüququn da həddi var. Bir israilli filosofun dediyi kimi: "Müharibə aparmaq məcburiyyətindəsənsə belə, insan qal - yoxsa qələbən məğlubiyyətə çevriləcək".

Beynəlxalq humanitar hüquq - sivilizasiyanın qalxanıdır. O xatırladır: cəhənnəmdə belə insanlığın başlanğıcı olmalıdır.

Əgər bu gün İsrail qlobal bəyanatın tonunu qəbul etmirsə, bu, onun musiqini - çağırışı - rədd etməli olduğu anlamına gəlmir. Çünki dostların narahat səsini eşitmək - güvəni itirməmək yoludur.

Qeyd edək ki, Yaxın Şərq "şahmat taxtası"nda əsas fiqurlar hələ də ABŞ, Qətər və Misirdir.

ABŞ - İsrailin əsas müttəfiqidir. Lakin daxili siyasi təzyiqlər Vaşinqtonu humanitar atəşkəsləri dəstəkləməyə məcbur edir. Bu bəyanata imza atmaması, onun ikiüzlü siyasət apardığını göstərir: açıq dəstək və gizli təzyiq.

Qətər - HƏMAS-la girov danışıqlarında vasitəçi, eyni zamanda humanitar missiyaların sponsoru və kommunikasiya kanalıdır.

Misir - Rəfah sərhəd-keçid məntəqəsi ilə Qəzzaya "qapıdır", lakin qaçqın axını və Sinay yarımadası üzərində nəzarəti itirməkdən ehtiyat edir.

BMT - hələ də 2023-cü ilin oktyabrında baş katib Guterreşin atəşkəs çağırışına baxmayaraq, Təhlükəsizlik Şurasında ABŞ vetosu səbəbindən bölünmüş vəziyyətdədir.

Qırmızı Xaç, Sərhədsiz Həkimlər və UNRWA kimi QHT-lər təzyiqlərə məruz qalır, blokadalar səbəbindən fəaliyyəti iflic olub. 2 mart 2025-ci ildən etibarən İsrailin qərarı ilə bütün Qəzza keçidləri bağlanıb - bu, humanitar blokadadır və bəzi hüquqşünaslara görə, kollektiv cəza sayılır, hətta hərbi cinayət kimi dəyərləndirilə bilər.

HƏMAS artıq sadəcə radikal qurum deyil - o, siyasi, partizan və psixoloji elementlərin birləşdiyi hibrid gücdür. İsrail onu atəşkəs təşəbbüslərini pozmaqda, vətəndaşları "canlı qalxan" kimi istifadə etməkdə günahlandırır.

Bu iddialar əsaslı görünə bilər. Amma HƏMAS-ı sıradan çıxarıb alternativ yaratmadan İsrail, daha radikal bir qüvvənin yaranmasına zəmin hazırlaya bilər.

Diplomatiya - mədəniyyətlərin dili deyil yalnız. O, ağlın son səddidir. 25 ölkənin birgə bəyanatı ittiham deyil. Bu, dostların, tərəfdaşların səsidir. Güclə deyil, ədalətlə sülh istəyənlərin səsi.

İsrail - dövlət olmaqdan artıqdır. Bu, ağrıdan doğan azadlıq ideyasıdır. Elə buna görə də İsrail unutmamalıdır: əxlaqi nüfuz artdıqca, gözləntilər də artır. Bu gün qarşısında təkcə hərbi yox, mənəvi seçim dayanır. İsrail terrorla mübarizədə haqlı olsa da, onu yaratdığı dəyərləri itirmək təhlükəsi gözləyir.

Bəli, HƏMAS təhlükədir. Bəli, 7 oktyabr faciə idi. İsrailin özünü müdafiə haqqı var. Amma İsrail hər zaman olduğu kimi, yüksəkdə dayanmalıdır. Qorxuya məğlub olmadan, insan olaraq qalmalıdır.

Qəzza sadəcə coğrafiya deyil - bu, beynəlxalq sistemin yetkinlik imtahanıdır. Uşaqlar susuzluqdan, aclıqdan ölürsə, biz - İsrailin dostları - susa bilmərik. Çünki biz bilirik: İsrail daha çoxuna qadirdir. Güclü və mərhəmətli ola bilər. İnsanlığı qoruyaraq qalib gəlmək mümkündür.

"Biz yeri əcdadlarımızdan miras almırıq - onu uşaqlarımızdan borc alırıq", - deyir qədim bir atalar sözü.

Elə bu səbəbdən, bu qədər ağrının içində belə, İsrail öz başlanğıc prinsiplərinə sadiq qalmalıdır: həyata, hüquqa və ədalətə hörmətə. Çünki hüquqa söykənən güc - aşılmazdır. İnsanlıqla güclənən hüquq - məğlubedilməzdir.

Dünya sükut lüksünə sahib deyil. Və İsrailin dostları - heç zaman. Çünki Qəzzadakı səssizlik - sadəcə sükut deyil. Bu, ümid, insanlıq və sülh sözlərinin səslənməli olduğu boşluqdur. Kim, əgər İsrail yoxsa, bu çağırışı gerçəyə çevirəcək?

Elçin Alıoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 İyul 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri