Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Söz ün bitmədiyi yer, batmadığı günah

Söz ün bitmədiyi yer, batmadığı günah

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baku TV böyük ekrana yeni filmini gətirdi. "Söz"ün baxışından sonra yaşantıları çatdırmaq üçün söz axtarışına zərurət qalmadı, film özü sözünü aydın dedi. "Söz"dən sonra olanları sizinlə bölüşürəm.

Film yeni çağırışlar ruhunda, metamodernizm yanaşması və klip estetikasının prinsipləri ilə tamamlanıb. Səmimi ironiya dönəminin informasiya küyündə təhkiyənin üslub cəhətlərini müəyyən etmək cəhdi filmin yaradıcı heyətinin əsas niyyətlərindən biri idi. Əvvəldən sona kompozisiya bir estetik platforma üzərində qurulmuş, janr tələblərinin sərhədləri daxilində azad, bəzən isə xaotik gedişlərlə onu tamamlayıb. Filmdə xaosun harmoniyasının təntənəsi pafosla deyil, səmimi və məhrəm bir şəkildə təqdim olunur.

Dövrümüzün audiovizual sənətləri birxətli yayım prinsipindən kənara çıxıb çoxmeydanlı, dialoqlu və dəyişkən alətlərlə işləyən olub. Dövrün mədəni paradiqması yeni nəsil ekran işlərində aydın görünür. Elə "Söz" filmində də həm ictimai, həm şəxsi, həm də estetik alətlərin paradiqmasını görürük.

Metamodernist televiziyanın yaradıcı prosesi emosional bağlılıq, ciddilik və oyun arasındakı tərəddüdlü keçidlər, yeni səmimiyyət şərtləri və absurdda məna axtarışı üzərində qurulur. Filmin rejissoru Leyli Məhərrəm metamodernist yanaşma ilə qəhrəmanın taleyini yox, indisini göstərməyi bacarıb. O, yeni səmimiyyət şərtlərinin ekran dilini uğurla taparaq tamaşaçı ilə emosional bağ qura bilir.

"Söz"ün qəhrəmanı hisslər, emosiyalar və emosiyaların bağlarıdır. Ekranda görünən Ələkbər Nəsirov bu "qəhrəmanları" daşıyaraq müharibə acısından, qələbə sevincindən keçirərək yaşayır. Tamaşaçı emosiyanın pafosunu deyil, yaşantının səmimiyyətini görür. Ekran işi boyunca Ələkbərin həm mimikasında, həm yanaşmasında, həm də yaşadıqlarında bir ironiya var - taleyə olan ironiya. Sanki Ələkbər baş verənlərin bir zarafat olduğunu düşünür, amma səmimi iztirablar çəkir. Təbəssümündə belə əzablarının qırışları və ahəngi səslənir. Rejissor Ələkbərin bu tərəddüdünü dərindən anlayaraq, onu filmin tempo-ritminə, kadrların plastik həllinə, ab-havasına, estetik həllinə və hadisələrin ardıcıllığına ustalıqla transformasiya edə bilir. "Söz" filmi də, onun qəhrəmanı da, yaratdığının içində görünən və yaşayan müəllif də - hər biri bütün ömürləri boyu yaxşını arzulasalar da, nakamlığın onların arzularını və həyatlarını dəyişdirdiyini etiraf edirlər. Birinci Qarabağ müharibəsinin və onun 30 illik məğlubiyyətinin ağır yükünü çəkərək böyüyənlərin əksəriyyətində bu hisslərin tərəddüdü üzə çıxır. Onlar bir ömür yaşayaraq məğlubiyyətlə barışmır, qələbəni görmək istəyirdilər. Eyni zamanda itki acısını yaşayanlar qələbənin itkisiz, ancaq sevinc hissəsini canlandırırdılar. Gerçək isə itkilərlə gəldi, sevinci də gətirdi. Bu sevincin təşnəsi olanlar itkinin acısından sevinə bilmirlər, sevincin həsrətindən isə tam kədərlənə bilmirlər. Onlar bu sevinci gözləyirdilər, lakin itkisiz. İndi isə gözlərini yumub, qulaqlarını tutub azad torpaqların sevincinə ürəkdən sevinmək istəyirlər. Amma ürək döyüntülərində şəhid olanların döyünməyən ürəklərinin sükutu onların sevincini içində boğur. Qəhərə çevrilmir, amma sevinc qəhqəhəsini də boğunuq edir. "Söz" filmi də bizi dərindən nə kədərləndirir, nə də sevindirir, real həyatın tərəddüdlü emosiyalarının içinə atır. Leyli Məhərrəm bu emosiaonal ab-havanı özünün inamlı, həm də tərəddüdlü yanaşmaları ilə ifadə edərək qəhrəmanı tamamlayır, tamaşaçını hisslərin qarışıqlığına salıb ekranda olan hadisələrlə məhrəm ünsiyyətinə imkan verir, mənaları itirdiyinin kədərini yaşayan Ələkbərin əhvalına kökləyir. İtkilərin hər birindən sonra yaşamaq yükünü hiss edib həyatda yeni məzmun axtarır. Bu axtarışın özündə inamdan daha çox, pozitivdən daha qabarıq dərin ağrı duyulur. Bu ağrını Leyli də müşayiəti ilə daşıyır, özünün də bu ağrılarla yaşadığını göstərir, bu tərəddüdü kolliziyaya çatdırıb katarsisə nail ola bilir.

"Söz" filmində ölüm qəhrəman üçün son deyil, əksinə, bunun yenidən dərk üçün bir vasitəyə çevrildiyini müəllif ustalıqla təqdim edə bilib. Həmçinin müəllif reallığı arthaus poetikasının alətləri, iri planlar, odunun közərtisi, kababın şirəsi və qayğanağın rəng çaları ilə çatdırır. "Söz" filmində rejissor rəqəmsal arxetiplərin, simvolların, intermedianın dilini ustalıqla işlədir, görüntü həllini üslub xüsusiyyətlərinin tələblərinə uyğun qurur. "Söz" mənadan, qorxudan, təklikdən bəhs edir, bunun son olmadığını göstərir. Lakin nə üçün və nəyə inandığını bilməyən qəhrəmanı üzə çıxarır. Film boyunca Ələkbər bunun onun "sonu" olmadığını ifadə edir, amma nə üçün və nəyə görə davam etdirdiyini bilmir. Hətta son istəyi kimi yükü üzərindən atma məqamı olaraq dostunun adını gilzaya qoyub divar içinə yerləşdirəndə də hər şey bitmir. Nailiyyətin sevincini yaşamır, rutin işində, həyatında üzdə gülüb, içində ağır dərdi daşıyır - XXI əsrin hər bir insanı kimi. İnformasiya küyünə düşən insan dərindən sevinmək və kədərlənmək hissini itirir. Hər şeyi ani reaksiyalarla, emojilərlə, mimikalarla ifadə edərək, yeni informasiyanı qəbul etməyə hazırlaşır. Sanki nə sevinməyə, nə də kədərlənməyə vaxtı var.

Rejissor filmin səs həllində nüfuzlu səsi yalnız faktların ifadəsində təqdim etməklə bütün digər baş verənləri adi danışıq qaydasında verir, ona ətrafın küyünü də qatır. Leyli müəllif kimi Ələkbəri söhbətə çəkir, amma bu ifadə almaq yox, etiraflara imkan verməkdir. Filmin süjeti faktlar və onların ardıcıllığı üzərində deyil, hisslərin gedişi və əhvalın dinamikası üzərində qurulub.

Müharibəyə itkidən qaçmaq üçün gedib qələbə yaşamaq istəyən Ələkbər yeni itkilər görsə də, qələbənin özünə çata bilmir, onu görmür. Qələbəyə çatmamış dayanır - döyüş yolu Hadrutda dayandığı kimi. Uğrunda döyüşdüyü Şuşaya onu hərb, silah yox, dinclik, jurnalist - müəllif aparıb çıxarır.

Burada müəllifin "hər şeyi silah həll etmir, sülhün yolçuluğu daha etibarlı, itkisizdir" çağırışı səslənir. Leyli filmdə bir neçə dəfə tamaşaçını finala yaxınlaşdırır, lakin bitirmir, əhvalatını davam etdirir. Elə qəhrəman da hər dəfə dostunu itirəndə bunun son olduğunu düşünür, amma yenidən başlayır, hər şeyə əvvəldən. Sanki qəhrəman min il yaşasa da, yenidən doğulsa da, finalı olmayacaq, uzun-uzadı sözün yükünü, dərdin fərəhini daşıyacaq, yenilərini üstünə yığacaq.

Filmin sonunda müəllif qəhrəmanını yenidən əvvələ qaytarır. Onu tapıb kəşf etdiyi, arzusuna doğru apardığı yerə - rutininə geri qaytarır. Getdiyi yerlərdə, çay içəndə olan səmimi cizgilər iş yerindəki rutin pərdəsi ilə örtülür, növbətçi təbəssüm peyda olur, taleyin gedişatına ironiya işə düşür. Filmdə söz yükünün ağırlığı bütün atmosferə çökür, qəhrəmanı daha da ağırlaşdırır, onsuz da müharibənin özü, mövzusu, itkiləri ağırdır, bir də verilən sözün yerinə yetirilməməsinə görə yaşanan ağırlıq əlavə olunur. Müəllif təkcə bu ağrını, yükü göstərmir, həm də çiynini verib yükün altına girir. Tutduğu sözü yerinə yetirməyə kömək edir, Şuşaya aparır, gilzaya dostuna qələbə xəbərini yazıb qoymasını, qoruya bilmədiyi cəbhə yoldaşının atasına verdiyi sözü tutmadığına görə onu eşitdiyi mühakimədən atanın sözləri ilə azad edir. Müəllif - Leyli Ələkbəri iş yerindən ayırıb borclarını qaytarmağa, yüklərini boşaltmağa doğru aparır və yerinə qaytarır. Lakin yenə də Ələkbər yükdən azad olmamış kimi görünür, sözün ağırlığı azalsa da, acının yükü ömür boyu onunla qalacaq.

Baku TV-nin "Söz" filmi postmüharibə dövrü insanının içində daşıdığı yüklərdən təmizlənməsi üçün hər birimizin hansısa bir iş görə biləcəyimiz fikrini də təlqin edir. Ayrıca filmin ərsəyə gəlməsinə görə Baku TV-nin direktoru Ramin Cəfərovu qeyd etmək lazımdır. Onun adi süjet mövzusunun yükünü anlayaraq sənədli filmin dili ilə çatdırılması, əhvalata, hekayəyə çevrilməsinə, müharibə gerçəkliyinin çatdırılmasına və "azərbaycanlılar niyə vuruşurdular" sualına cavab tapılmasına təkan verməsi və dəstək olması emosional gücü ölçüyə gəlməyən həyat xronikasının yaranmasına imkan verdi.

Bütün yaradıcı heyətin peşəkar işini, fədakarlığını da qeyd edərək təşəkkür bildirib "Söz"ünüz "eşidildi" demək istərdim.

Elçin Əlibəyli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri