Icma.az
close
up
RU
Sözə baxmayanları cəzalandırmaq Kreml Çaykəndi bizə niyə hədiyyə etmişdi?

Sözə baxmayanları cəzalandırmaq Kreml Çaykəndi bizə niyə hədiyyə etmişdi?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son 34 ildə Kremlin keçmiş SSRİ respublikalarına münasibətdə əsasən iki dərdi olub: 1. Müstəqil dövlət olsalar da, vassal olmaqda davam etsinlər, Moskvanın əlinin altında olsunlar və üzlərini başqa səmtlərə tutmasınlar; 2. Qanuni, azad, dürüst seçki keçirməsinlər, xalqın iradəsi ilə formalaşan hakimiyyətə malik olmasınlar.

Bu, iki şərt bir-birinə çox bağlıdır. Moskva bilir ki, xalqın iradəsi ilə formalaşan hakimiyyətlər əvvəl-axır qapazaltı olmaq istəməyəcəklər, gerçək müstəqilliyə nail olanda isə gec-tez xalqın iradəsi ilə hökumət quracaqlar.

Hansı ölkə bu iki şərtdən birini pozubsa, mütləq başı müsibətlər çəkib və bu müsibətləri onlar üçün mütləq Moskva təşkil ediib.

Başlayaq 1991-ci ilin martından. O vaxt hələ sütunları laxlasa da, SSRİ qalırdı. Kreml SSRİ-nin saxlanmasına dair ümumittifaq referedumu keçirirək, sovet xalqından “bəli” almaq və qırmızı imperiyanın çatlamış divarını betonlayıb bərkitmək istəyirdi.

1991-ci ilin fevralında 15 müttəfiq respublikadan 9-u referendum keçirməyə razılıq verdi və martın 17-də keçirilən səsvermədə SSRİ-nin saxlanmasına “hə” dedi. Bunlar RSFSR, Belarus SSR, Ukrayna SSR, Özbəkistan SSR, Qazaxıstan SSR, Qırğızıstan SSR, Tacikistan SSR, Türkmənistan SSR və Azərbaycan Respublikası idi. Bu respublikaların içində yalnız Azərbaycanın adının sonunda “SSR” yarlığı yox idi, çünki 1991-ci il fevralında 15-XII nömrəli konstitusiya qanununa əsasən ölkəmiz artıq “Azərbaycan Respublikası” adlanırdı.

SSRİ referendumunu boykot edənlər isə Latviya SSR, Litva SSR, Estoniya SSR, Moldova SSR, Ermənistan SSR və Gürcüstan SSR idi.

Bu respublikaların referendumu boykot qərarı verməsi ilə onların bəzilərinin daxilində separatizm dalğasının kükrəməsi bir oldu. SSRİ Müdafiə Nazirliyinin, SSRİ DTK-nın, SSRİ Daxili İşlər Nazirliyinin bu respublikalarda yerləşən hərbi hissələri referendum məntəqələri təşkil etdilər və respublikaların əvəzindən SSRİ-nin saxlanmasına razılıq verdilər. Eyni zamanda Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada isə Dnestryanı bölgə və Qaqauziyada referendum təşkil olundu. Bu, o demək idi ki, həmin bölgələr artıq Tiflisə və Kişinyova tabe olmurlar, separatçılıq edirlər. Sonradan onların üçü qanlı münaqişə yolu seçdi, yalnız Qaqauziya öz separatçılıq hərəkatını məxməri müstəvi apardı və hələ də aparır.

Baltikyanı ölkələrə belə fəndlər keçmədi. Çünki onlarda bölücülük edə biləcək etnik icma yox idi. Latviyada kompakt yaşayan o zaman o qədər də mütəşəkkil və separatçılıq etməyə hazır deyildilər.

Yerdə qalırdı Ermənistan. Moskvanın əlində bu kiçik ölkəni separatizm təhdidi ilə dizə gətirmək üçün rıçaq yox idi. Amma Kreml onun da çarəsini tapdı, Azərbaycandakı ermənilərin durumundan istifadə etdi.

Ermənistanın boykot etdiyi referendumun da bir ay sonra, 1991-ci ilin aprel ayının 30-da Gəncəbasarda yaşayan ermənilərə qarşı əməliyyat başladıldı. O vaxtkı Şaumyan (kənd) rayonunun Çaykənd və ətraf kəndləri sırf Moskvanın göstərişi ilə erməni separatçılardan təmizləndi. Əməliyyatı Gəncədə mərkəzləşən 4-cü sovet ordusunun tanklar və artilleriya ilə silahlanmış 23-cü diviziyası (şəkildə) və Məhəmməd Əsədovun rəhbərlik etdiyi xüsusi təyinatlılar icra edirdi, amma hər şey SSRİ DTK-sının, o cümlədən Azərbaycan DTK-sının sədri Vaqif Hüseynovun nəzarətindəydi və o, Kremlin göstərişlərini yerinə yetirirdi. Həmin vaxt o özü də Çaykənddə olub.

Ölkə olaraq bu, bizə sərfəli əməliyyat idi. Çünki silahlı erməni separatçılar Gəncənin qulağının dibindəydilər. Moskvanın erməniləri cəzalandırmaq istəməsi tarixi fürsət idi. Bu əməliyyata bənzər hərəkətlər Hadrut istiqamətində də edildi. Rus pilotların idarə etdiyi hərbi vertolyotlar Füzulidən qalxır, Hadrut rayonunun ermənilər yaşayan kəndlərinin ətrafını bombalayırdılar, dinc sakinlərə və hərbi birləşmələrə zərər yetirməsələr də, əhalini təzyiq altında saxlayırdılar.

Cəmi 15 gün çəkən bu hərbi təzyiq kampaniyası yarımçıq dayandırıldı. O zaman artıq SSRİ respublikalarının içində kommunistlərin hakimiyyətinə ilk və yeganə son qoyan Ermənistana rəhbərlik edən Levon Ter-Petrosyan və Vazgen Manukyan Moskvadakı himayədarlarının köməyi ilə Kremlə “bundan sonra ağıllı olacaqlar”ına, Moskvaya sədaqət göstərəcəklərinə dair söz verdilər və Moskva Azərbaycan rəhbərliyinin de-marşını dayandırdı.

10 ay sonra Moskva eyni fəndi Bakıya tətbiq etdi. 1992-ci ilin əvvəlində Azərbaycanın dünyanın qüdrətli ölkələri tərəfindən dövlət kimi tanınması intensivləşəndə, hər gün AzTV ekranından “Koroğlu” üvertürasının müşayiəti ilə müvafiq xəbərlər oxunanda Moskva bu təntənəyə erməni separatçıları və Xankəndidəki 366-cı polkun törətdiyi Xocalı qətliamı ilə cavab verdi. Bir il əvvəlkindən fərqli olaraq bu dəfə Kreml ermənilərin əliylə bizi cəzalandırdı. Biz lazımi “dərs çıxarmadıq”, Moskvanın adamı Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdıq, nəticədə Şuşa və Laçın da əldən çıxdı. Daha bir ildən sonra Elçibəyin hakimiyyəti sarsılın deyə Kəlbəcərin işğalı təşkil edildi, Moskva rahatlaşmadı, çünki hakimiyyətə öz adamlarını gətirə bilmədi. Kreml Heydər Əliyevi dövlət başçısı postunda görmək istəmirdi, amma əlac da yox idi. Sonra digər rayonlarımız işğal olundu. Azərbaycan MDB-yə qoşulana qədər Moskva və İrəvan tandeminin ölkəmizə hərbi təzyiqi davam etdi. Əliyevin devrilməsi 1994-cü ilin oktyabrına saxlanıldı, ancaq o əməliyyat uğursuz oldu.

Bu yazının sabah işıq üzü görəcək hissəsində Kremlin o biri sovet respublikalarındakı müstəqillik və demokratiya uğrunda apardığı mübarizəyə necə yanaşdığından bəhs ediləcək.

Bu gün Ukraynaya qarşı yeridilən siyasət o biri ölkələrə qarşı da yeridilib. Sadəcə, o birilərin heç biri Rusiyaya Ukrayna qədər müqavimət göstərməyiblər. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Fevral 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri