Icma.az
close
up
RU
Sözə sevdalı şair Söhrab Tahir

Sözə sevdalı şair Söhrab Tahir

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Aynur Turan

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmürəm daha...

Bizim nəsil Söhrab Tahiri həmişə xeyirxah, nəcib, sözübütöv cəfakeş mərd və mübariz, xırda hislərdən uzaq görmüşdür. Bizim gözümüzdə S.Tahir inqilabçı, döyüşkən Cənubi Azərbaycan xalqının timsalıdır. Uca boylu, iti baxışları, şimşək gülüşləri ilə Söhrab Tahir Cənubi Azərbaycan torpağının bir parçasıdır. Güney Azərbaycanda sərhədsiz, maneəsiz addımlayan, Savalandan qopan bir qaya kimi gəzən, bütün qapıları ərklə açan, bütün evlərdə intizarla gözlənilən, varlığında işıq, inam, qələbə gəzdirən, özü demiş, Azər Azər babadır!

Azərbaycanın xalq şairi, nasiri, publisisti Tahiri Söhrab (Söhrab Tahir) Əbülfəz oglu 6 avqust 1926-cı ildə İranın Astara şəhərərində sənətkar ailəsində anadan olmuşdur. Şair “Səadət” və “Şapur” orta məktəblərində 9-cu sinfədək təhsil almışdır. Lakin ailənin maddi imkanları aşağı olduğuna görə şair təhsilini davam etdirə bilməmiş, atası ilə birgə “İran İngilis neft şirkəti” ndə işləməyə məcbur olmuşdur. Sovet ordusunun İrana yeridilməsindən sonra, Söhrab Tahir xalq hərəkatında aktiv yer almışdır. 1946-cı ildə Söhrab Tahir təhsil almaq üçün Bakıya gələrək Bakı Tibb İnsititunun stomatoloq və feldşerlik fakultəsində təhsil alır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakultəsində təhsilini davam etdirir. S.Tahir 1959-1961-ci illərdə isə Moskvada Maksim Qorki Adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib,“Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında isə redaktor müavini, 1984-cü ildən isə “Azərbaycan” jurnalında redaktor vəzifəsinə işləmişdir. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin pleniumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat birosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi içtimai fəaliyyətinə görə Təbrizdə “21Azər” medalı və bir sıra medallarla, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli, 709 nömrəli Fərmanı ilə ona “Xalq şairi” fəxri adı verilmişdir. 2006-cı ildə isə S.Tahir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar ittifaqı və onun Moskva şəhər təşkilatı nəznində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər ittifaqının qərarı ilə Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif edilmişdir. Onun kitablarından, “Qırılan zəncirlər” (1965), “Mən səni görmüşəm” (1965), “Burdan bir atlı keçdi” (1972), “Azad qardaşım var” (1973), “Mənim yolum (1975)”, “Döyüş lövhələri” (1980), “Ölümdən güclü həyatdan uca (1981)”, “Qonşu qızın məktubları” (1985), “Vətənlə sevgi arasında” (1986), “İki dəfə yox olmuş adam” (1988), “Əmanət” (1991), “Seçilmiş əsərləri” (2005), “Ata” (2009) çox cildli kitabı və s. nəşr olunmuşdur. Ümumiyyətlə, şairin 50-dən çox kitabı Bakıda, Moskvada, Berlində, Tehranda, Təbrizdə işıq üzü görüb. AMEA Şərqşunaslıq İnstitunun böyük elmi işçisidir. 1993-cü il mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. S.Tahir 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, 2002-ci ildən isə Azərbaycan İçtimai-Siyasi Universitetinin müəllimi olmuşdur.

Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4-də ömrünün 90-cı ilində vəfat etmişdir.

Çağdaş cənubi Azərbaycan şeirinin bayraqdarlarından biri olan S.Tahir dünyanın döyüşkən, inqilabi poeziyasının, ömrü mühacirətdə keçmiş qüdrətli nümayəndələri sırasında dayanır. Güneyli-Qüzeyli Azərbaycanın ədəbi ənənələrinin müştərək özülü üzərində yüksələn şairin yaradıcılığı poetik mübarizə yolu kimi doğma vətəndən didərgin düşmüş yüz minlərlə soydaşın acı, nisgilli, ömürlüyüdür. S.Tahirin kitablar toplusunda şairin vətəndaşlıq, içtimai ruhlu şeirləri cəmlənmişdir. Güney Azərbaycanın taleyindən doğan mübariz əhvallı həmin şeirlərlə yanaşı müxtəlif mövzulu poetik parçaların da yer aldığı kitablarda müəllifin ikili taleyindən gələn bir mövzu əlvanlığı, sevinclə göz yaşının görüşlə ayrılığın, xoşbəxtliklə ömürlük dərdin sıx-sıx qovuşması, bir-birini təmizləməsi və tamamlaması var... S.Tahir sözləri o qədər işıqlıdır ki... O qədər işıqlı ki, bu işıqlı sözlərin hərəkəti, cazibəsi, saflığı onun yazdığı hər şeyə haqq qazandırır.

XX əsrin poetik kəhkəşanında Azərbaycan azadlığının romantikasından şehlənmiş çiçək misralar gecənin qaranlığında yanan ulduzlar kimi görünür. Bu görüntüdə hər misrası Azərbaycan istiqlalı, milli mədəniyyət mücadiləsi, haqq gerçəkliyi uğrunda mübarizədə döyüşən, vuruşan S.Tahir poeziyasının da öz parlaqlığı var. O, Azərbaycan azadlığı mübarizəsinə gənclik illərindən-ömrünün ən xoş, saf, təmiz, ülvi çağlarında, dünyanın minbir nəfsindən uzaq, qaynar həyat eşqi ilə dolu bir zamanında atılıb. Gənclik illərinin ilk sevgisi Azərbaycanın istiqlal mübarizəsi olub. Bu eşqin oduna böyük Azərbaycanın-ikiyə bölünmüş Azərbaycanın o tayından bu tayına pənahlanıb. Vətən eşqi ilə 18 yaşında yola çıxan Söhrab Tahir 90 il mənalı və eyni zamanda enişli-yoxuşlu ömür sürüb. 90 yaşında daha mübariz, daha ötkəm, daha inadkar olub. Şairin əbədi vətən sevgisinə, bağrı qan Vətəninə olan eşqinə əlmi yetirmək olar? Söhrab Tahirin şeirləri uca-uca dağlar başından aşıb, nurlu dərələr boyunca yayılıb, milyonlarla ürəklərə yol tapıb.

Əziz Vətən, doğma diyar,

Vuruşuram sinəndəki

Qan yerini silənədək.

Vuruşuram azadlığım

Başım üstə gələnədək.

Şair əks-sədadır. O, həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verməlidir. S.Tahir əsl şair idi. Azərbaycan öz böyük oğlu üçün daim fəxr və qürur hissi keçirir. Şair təkcə düşmənə qarşı amansız deyildir. O, qorxaq və mühavizəkar olan bütün şəxsləri öz odlu şeirlərinin hədəfinə qoyur.

S.Tahir elə sənətkarlardandır ki, onların həyat yolu yaradıcılıq yolu qədər, yaradıcılıq yolu isə həyat yolu qədər maraqlı və zəngin olur. Həkim, filoloq, şair, içtimai xadim, azadlıq təşnəsi kimi müxtəlif adlar qazanmış, vətəndaşlıq mövqeyi və özünəməxsus poetik dünyası ilə seçilən S. Tahir ana vətəninin ürəyində doğulmuş, diləyində həmişə azadlıq bəsləmiş və bu yolda qılıncını ovxarlı saxlayan qüdrətli söz ustasıdır...

(ardı var)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see422

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see320

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see306

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see304

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see297

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see279

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see275

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see275

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see273

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see268

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see263

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see261

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see254

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see251

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see243

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see238

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see233

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see229

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see215

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri