Icma.az
close
up
RU
Sözləri dillərdə əzbər, Eldar Ryazanovun sevdiyi film

Sözləri dillərdə əzbər, Eldar Ryazanovun sevdiyi film

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Populyar “Bəyin oğurlanması” filminin çəkilişindən 40 il keçir.

AzPost Azərbaycan Kinematoqrafçılar İttifaqının bununla bağlı hazırladığı materialı təqdim edir:

1985-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Bəyin oğurlanması” filmini istehsalata buraxdı. Xalq yazıçısı Mövlud Süleymanlının ssenarisi əsasında çəkilən filmə rejissor Ceyhun Mirzəyevlə Vaqif Mustafayev quruluş verir.

Məzmunu: Toy haqqında film çəkmək üçün kəndə gələn kinematoqrafçılar ssenarinin real həyatdan xeyli uzaq olduğunu anlayaraq, əsl toyu lentə almaq qərarına gəliblər.

Filmin ssenarisi təsdiq olunduğu zamanı rejissor işi öncə Tofiq İsmayılova tapşırılıb.

T.İsmayılov rol bölgüsü əsasında çəkilişə dəvət etdiyi aktyorlarla birgə sınaq çəkilişlərinə başlayıb. Təxminən 3-4 ay sınaq çəkilişlərinin getməsinə baxmayaraq, gözlənilmədən vəziyyət dəyişir və Ceyhun Mirzəyevlə və Vaqif Mustafayev filmin quruluşçu rejissorluğuna təyin edilirlər. Yeni təyin olunan rejissorlar üçün böyük aktyor ansamblı ilə birgə çalışmaq, onlarla dil tapmaq heç də çətin olmayıb. Hər iki rejissor öncə ssenaridə, rol bölgüsündə bəzi dəyişikliklər ediblər.

T.İsmayılov sınaq çəkilişlərində Həsən roluna Sərxan Sərxanı, İsrafil roluna isə Səyavuş Aslanı çəkmək fikrində olub. Hətta rejissor hər iki sənət adamı ilə sınaq çəkilişlərində iştirak da edib. Ancaq rejissor dəyişikliyindən sonra aktyorların da yerdəyişmələri başlayıb.

Filmə yeni təyin olunan rejissorlar İsrafil roluna Yaşar Nuriyevi, Həsən roluna isə Şamil Süleymanovu sınaqsız çəkiblər.

Film içində film çəkmək

Qeyd edək ki, filmin çəkilişlərinin bir hissəsi Şamaxı rayonunda, Məlhəm kəndində, digər hissəsi isə kinostudiyanın həyətində lentə alınıb.

Filmdə çox sayda aktyor ansamblı iştirak edib. Aktyor ansamblı çəkiliş qrupu ilə birgə Şamaxı şəhərinin mehmanxanasının dörd mərtəbəsində yerləşib. Filmin maraqlı cəhətlərindən biri də odur ki, rejissorlar(ssenari müəllifi ilə birgə) çəkiliş vaxtı daima kadrarxasında qalan kino işçilərinin çətinliklərini, problemlərini və s. qabarıq surətdə göstərməyə çalışıblar.

Filmdəki İsrafil obrazının təkrarsız ifaçısı Yaşar Nuri deyirdi ki, məndən əvvəl İsrafil obrazının alternativi çox olub, hətta deyərdim ki, mən bu rol üçün çox cavan idim: “Buna baxmayaraq İsrafil roluna təsdiq olundum. Çəkiliş vaxtı çox çətinliklər olurdu. Axı film içində film çəkmək o qədər də asan məsələ deyildi. Özünü daima çətinliklərlə sınağa çəkən Vaqif Mustafayev öz ideyasına əsasən film içində film çəkmək təklifini irəli sürmüş və buna da nail olumuşdur. Təsəvvür edin ki, filmdə elə səhnələr var ki, onlar qışda, yanvar-fevral aylarında çəkilib. Ancaq filmə baxarkən elə bilirsən ki, yayda çəkilib. Toy səhnəsi, mənim gipsdə olan çəkilişlərim həddindən artıq çətinliklər bahasına başa gəlib. Film ekranlara çıxdıqdan sonra Vaqif Mustafayevlə mən Gürcüstanda olduq, mükafat aldıq. Eyni zamanda isə Moskvada “Bəyin oğurlanması”nın nümayiş vaxtı Eldar Ryazanov film haqqında yüksək fikirlər söylədi. Doğrudan da filmdə çox gözəl aktyor ansamblı çalışıb. Yəqin elə buna görə də film canlı, təbii çıxdığı qədər də maraqlı alınıb”.

Tofiq İsmayılovun sınaq çəkilişlərində Telli obrazı üçün Nərgiz Cəlilova ilə birgə Firəngiz Mütəllibova da iştirak edib.

Ssenariyə əsasən Telli obrazı filmin içində çəkilən filmin qrimçisi olur. Ancaq ikinci mərhələdə, yəni rejissor dəyişməsi ilə əlaqədar ifaçıların əksəriyyəti də dəyişmiş və Firəngiz Mütəllibova da Telli roluna təsdiq olunub.

F.Mütəllimova deyir ki, Tofiq İsmayılov məni kinostudiyaya dəvət etmişdi: “Söhbət əsnasında bildirdi ki, yeni filmin sınaq çəkilişlərinə başlayıb və məni də Telli rolu üçün yoxlamaq fikirindədir. Sınaq çəkilişləri başladı. Həmin vaxtdan 3-4 ay sonra gözlənilmədən vəziyyət dəyişdi. Belə ki, məlum olmayan səbəbdən “Bəyin oğurlanması” filminin çəkilişləri V.Mustafayevlə C.Mirzəyevə həvalə edildi. Yaxşı yadımdadır ki, hər iki rejissor sınaqsız məni Telli roluna təsdiq etdilər. T.İsmayılovun quruluşunda mənim tərəf müqabilim Estoniyadan gələn aktrisa olmasına baxmayaraq ikinci rejissorların quruluşunda artıq tərəf müqabilim Tacikstanın əməkdar artisti Tamara Şakirova idi. Bu dəyişikliklər ssenariyə də sirayət etmişdi. Filmin mövzusu qalsa da, baş verən hadisələr dəyişdirildi, hardasa obyektiv xarakter aldı. Filmdə çoxluq çox sayda olan aktyor ansamblı ilk baxışdan adamı çaşqın, anlaşılmaz vəziyyətə salsa da, çəkiliş çox planlı şəkildə, eyni zamanda rahatlıqla gedirdi. Filmin bir çox kadrları Şamaxıda lentə alınıb.

Bu baxımdan mən yalnız çəkildiyim gündən bir gün əvvəl Şamaxıya gedir, səhəri gün isə çəkiliş meydançasında olurdum”.

Aktrisa onu da qeyd edir ki, “Bəyin oğurlanması” filmində çox maraqlı aktyor ansamblı çalışırdı: “Çəkiliş vaxtı gedən gərgin iş, çəkilişdən sonra yaradıcı qrup arasında yaranan səmimiyyət, mehribanlıq hər şeyə dəyərdi. Məsələn, əgər, Nəsibə Zeynalovanın çəkiliş prosesində yaratdığı ana obrazı onun rola əlavə edilən fikirləri sənətkarlıqdan xəbər verirdisə, çəkilişdən sonra aktyorlara göstərdiyi nəvaziş, qayğı onun insan kimi də əvəzsiz olmasına dəlalət edirdi. Eyni zamanda o öz ətrafını daima gülüşə qərq edən bir insan idi. Buna görə də çəkiliş vaxtı gülüşsüz günümüz olmurdu. Yaxşı yadımdadır ki, Nəsibə xanım filmdə improvizələr də etdi. Orada belə bir epizod var ki, mən rəqs edirəm, Vidadi də mənə baxır. Bu zaman heç gözlənilmədən Nəsibə xanım oğluna yaxınlaşır, onun üzünü mən tərəfdən əks istiqamətə döndərir və birgə rəqs etməyə başlayırlar. Bu səhnə çox təbii alınmışdı”.

Yeri gəlmişkən, filmin rejissorları o zaman “Mozalan” satirik kino jurnalında çalışırdılar. Bu baxımdan filmdəki əsas aktyor qrupunu da məhz, “Mozalan” süjetlərində çəkilən aktyorlar təşkil edib. Onlardan biri də Muxtar Maniyev olub.

M.Maniyev deyirdi ki, “Mozalan” süjetlərində çəkilən ən aparıcı aktyorlar “Bəyin oğurlanması” filminə dəvət olunmuşdular: “Adi film çəkmək nə qədər çətindirsə, komediya filmi çəkmək bir o qədər çətindir. Xüsusilə də çox sayda aktyorlarla işləmək və filmin içində film çəkmək rejissordan artıqlaması ilə məsuliyyət tələb edir. Təsəvvür edin ki, ssenari yox vəziyyətində idi. Buna görə də hər dəfə şam yeməyindən sonra rejissorların qaldığı otağa yığışır, səhərki günün işlərini götür-qoy edir, hansı səhnəni və necə çəkmək barədə fikir mübadiləsi aparırdıq. Filmdə mənim rolum həcm etibarilə çox kiçik, epizodikdir, eyni zamanda isə yaddaqalandır. Ssenariyə əsasən mən bir vaxtlar “Fabrik-zavod” məktəbi deyilən bir yerdə birgə oxuduğum dostumun övladının toyuna gəlirəm. Aradan 20 il keçdiyi üçün ilk baxışdan dostumu üzdən tanıya bilmirəm. Buna görə də onu başqalarına bənzədərək onlarla görüşürəm. Əslində mənim İsrafilin evinə gəlişim çox sakitliklə və bir kəlmə sözdən ibarət olmalı idi. Mən İsrafilə deməliydim ki, “ayıb deyil sənin üçün, uşağına toy edirsən, ancaq məni çağırmırsan?”. Ancaq belə etmədim. Yaratdığım obrazı daha da canlandırmaq üçün bəzi ştrixlər əlavə etdim. Öncə obrazın xarakterini tapdım. Bundan sonra hər şey asan oldu. Deməli bir əlimə içində qoyun əti olan çamadan, digərinə isə bir boçka çaxır və başqa paylar götürərək İsrafilin evinin qarşısında taksidən düşürəm. Və bundan sonra mən diqqət mərkəzində dayanıram”.

Həmin səhnənin məşqində rejissorlarla Muxtar Maniyev arasında fikir ayrılığı yaranır. Belə ki, hələ Səyavuş Aslanın məşqə gəlmədiyini görən M.Maniyev təklif edir ki, həmin səhnədə Səyavuşu İsrafil bilib görüşən zaman, rolun təbii alınması üçün onu qəflətən şillə ilə vursun. Ancaq bu barədə əvvəlcədən Səyavuş Aslana heç bir söz deyilməsin. Əvvəlcə rejissorlar bu fikrə qarşı çıxırlar. Ancaq son məqamda çox hörmət bəslədikləri bir insanın sözünü yerə salmırlar: “Vaqif mənim kursumu bitirmişdi. Ceyhunla isə hələ uşaqlıqdan tanış idik. Onlar heç bir vaxt sözümü yerə salmasalar da, nədənsə şillə vurma təklifimi qəbul etmək istəmirdilər. Son məqamda onlara yalvardım da, nəhayət ki, razılaşdılar. Çəkiliş günü gəldi. Həmin çəkiliş Şamaxının üzüm yığımı vaxtına təsadüf etdiyi üçün aktyorlardan fərqli olaraq gördüyünüz kütləni ora toplamaq heç də asan deyildi. Hamı orada idi. Səməndər Rzayev, Həsənağa Turabov, Mirzə Babayev, Nəsibə Zeynalova və başqaları mənə baxırlar. Heç kim bilmir ki, nə baş verəcək, mən nə edəcəyəm. Əlimdəki əşyaların hərəsini bir tərəfə qoyur və şəraitə alışana kimi qarşıma kim çıxdı görüşürəm. Bu zaman Səyavuşa tərəf gedərək “utanmırsan, qızına toy edirsən, ancaq məni çağırmırsan?” dediyim zaman üzünə bərk şillə çəkirəm. Şillədən təəccüblənən Səyavuş donuxmuş vəziyyətə düşdü və təbii ki, dili tutulduğu üçün deyəcəyi sözləri də unutdu. Elə həmin məqamda yeni improvizasiya ilə vəziyyətdən çıxış yolunu tapdım. Şillədən sonra Səyavuşu qucaqlayaraq fırlatmağa başladım”.

Sonra həmin səhnə bir neçə dəfə çəkilsə də əvvəlki kimi effektli alınmır. Buna da səbəb o idi ki, artıq şillə vurulacağından xəbərdar olan Səyavuş Aslan gözlərini qırpırdı. Axırda rejissorlar belə qərara gəlirlər ki, səsyazma vaxtı S.Aslanın üzünü göstərmədən sözlərini səsləndirsinlər. Sözlər elə vaxt səslənsin ki, həmin anda M.Maniyev onu fırlatmış olsun. Bir sözlə, kadrda M.Maniyev üz tərəfdən, Səyavuş Aslan isə arxa tərəfdən görünsün: “Başqa bir maraqlı məqam da oldu. S.Aslanı vurduğumu görən Həsənağa Turabov onunla görüşdüyüm zaman öz işini ehtiyatlı tutaraq tez qolumdan tutdu”.

Sınaq çəkilişləri zaman “Bəyin oğurlanması” filminin içində çəkilən filmin səs rejissoru obrazına İlham Hamiq Kamal təsdiq olunur.

Aktyor deyir ki, həmin ərəfədə əcnəbi ölkələrə səyahətə hazırlaşırmış: “Filmdə naturadan olan çəkilişlərə Şamaxıda çəkildim. Bundan başqa kinostudiyanın həyətində çəkildiyim epizod da var idi. Sonra pavilyon çəkilişlərinə hazırlıq prosesi başlandı. Elə həmin ərəfələrdə mənim əcnəbi ölkələrinə səfərim var idi. Deməli 1985-ci il iyun ayının 15-i çəkiliş qurtarmalı idi. Elə oldu ki, iyunun 15-i heç pavilyonu qurmadılar. Təsəvvür edin ki, mən də avqust ayının 1-2-si yola düşməliyəm. Axırda iş elə gətirdi ki, mən getmək məcburiyyətində qaldım. Buna baxmayaraq bağladığımız müqavilənin vəsaitini ödədilər. Ancaq filmdə çəkildiyim yerlər çox az oldu. Əgər səyahətə çıxmasaydım və yaxud pavilyon vaxtında qurulsa idi, onda mənim oynadığım səhnələr də çoxluq təşkil edərdi. Bütün bunlara baxmayaraq mən heç də uduzmadım”.

Filmdə Həsən roluna Şamil Süleymanov çəkilib: “Baxmayaraq ki, Tofiq İsmayılovla çox gözəl münasibətlərim olub, ancaq onunla birgə çalışmamışam. Onun quruluş verəcəyi filmdə mən olmayacaqdım. Sonra bizə bəlli olmayan səbəbdən filmin çəkilişi C.Mirzəyevlə, V.Mustafayevə tapşırıldı. Film onlara tapşırılanda, artıq mən rol gözləyirdim. Çünki bir yerdə “Mozalan” satirik kino jurnalında çalışmışdıq. Bir-birimizin iş üslubuna, iş prinsirlərinə və ən əsası isə iş qabiliyyətinə bələd idik. Filmin çəkilişi Vaqiflə Ceyhuna tarşırılan kimi onlar elə ilk gündən mənə xəbərdarlıq etdilər ki, “əgər, biz ssenarini hazırlayana qədər dişlərini düzəltdirsən, onda səni filmdəki baş rola-Həsən obrazına təsdiq edəcəyik. O vaxtlar dişlərim heç də yaxşı deyildi və mən də diş həkiminə müraciət etməkdən qorxurdum. Ancaq çarəm yox idi, tez bir vaxtda rejissorların şərtini yerinə yetirdim. Ancaq gördüm yox, rejissor dostlarımın qarşıma qoyduğu şərtlər artmaqda davam edir. Təbii ki, şərtlər sənətlə bağlı idi”.

Bütün aktyorlardan fərqli olaraq Şamil Süleymanov çəkiliş vaxtı rejissorların, xüsusilə Vaqif Mustafayevin gördüyü işdən nə isə gözlədiyinin şahidi olur. Bir neçə dəfə ondan bunun səbəbini soruşsa da cavabını ala bilmir: “Mənim üçün maraqlı olan o idi ki, ssenarinin dəyişilməsində, filmin içində film çəkməkdə, çox sayda aktyorların bir araya gəlməsində məqsəd nədir. Nəhayət ki, Vaqifin saqqızını oğurlaya bildim. Çox xəsisliklə verdiyi cavabdan başa düşdüm ki, Vaqif öz tamaşaçısını toplayır, aktyorları sınaqdan keçirir. Bu, Vaqifin gələcək kino karyerasında, kino çəkilişlərində özünün mövzularından ötrü yaratdığı laboratoriyası idi. “Bəyin oğurlanması” filmi şedevr sənət nümunəsi olmasa da, əsas olan odur ki, çox güclü aktyor ansamblı çəkilib, film tamaşaçı marağına səbəb olub və burada milli ruh tam olaraq öz əksin tarıb”.

FİLMİN YARADICI HEYƏTİ:

Ssenari müəllifi Mövlud Süleymanlı, quruluşçu rejissorlar Ceyhun Mirzəyev, Vaqif Mustafayev, operatorlar Ələsgər Ələkbərov, Rəşid Nağıyev, rəssamlar Elbəy Rzaquliyev, Rafiq Nəsirov, bəstəkar Emin Sabitoğlu.

Rollarda çəkiliblər: Yaşar Nuriyev(İsrafil), Şamil Süleymanov(Həsən), Həsənağa Turabov(Əsəd), Hacı İsmayılov(Tağı), Nəcibə Behbudova(Bibixanım), Natəvan Məmmədova(Yasəmən), Səyavuş Aslan(Mustafa), Nəsibə Zeynalova (Nəsibə), Ramiz Əzizbəyli(İsabala), Səməndər Rzayev(Hidayət müəllim), Arif Quliyev(Miriş), Firəngiz Mütəllimova(Telli), Tamara Şakirova(Nigar), Eldəniz Zeynalov, Gümrah Rəhimov, Mirzə Babayev(Amanoğlu) və başqaları.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Dekabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri