Icma.az
close
up
RU
Sözsüz ki, Heydər Əliyev kimi xalqını, dövlətini sevən bir Lider bu müraciətə biganə qalmadı... Bəhruz Quliyev

Sözsüz ki, Heydər Əliyev kimi xalqını, dövlətini sevən bir Lider bu müraciətə biganə qalmadı... Bəhruz Quliyev

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

"Sözsüz ki, Heydər Əliyev kimi xalqını, dövlətini sevən bir Lider bu müraciətə biganə qalmadı..." - Bəhruz Quliyev

"Zaman bizi Ulu Öndər Heydər Əliyevdən fiziki olaraq nə qədər uzaqlaşdırırsa, sanki böyük Lider mənəvi olaraq bir o qədər də bizə yaxınlaşır. Onun böyüklüyü, əzəməti zaman keçdikcə daha dəqiq görünür. Azərbaycan xalqının Böyük oğlu, milli-dövlətçilik və Azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyev haqqında fikir bildirmək, Onun haqqında düşüncələri bölüşmək çətin və məsuliyyətli bir işdir. Belə ki, ömrünü siyasi fəaliyyətə, dövlət maraqlarına, xalqına həsr edən böyük şəxsiyyət Heydər Əliyev dünyanın nüfuzlu siyasətçiləri fonunda daim zirvələrdə yer alıb. Məhz bu baxımdan, Heydər Əliyev deyərkən, ilk olaraq gözümüz önündə bir xarizmatik Lider, Böyük Azərbaycanlı canlanır".

Bunu Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

Bəhruz Quliyev Ulu Öndərin Azərbaycançılıq məfkurəsindən danışarkən qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində xalq-iqtidar birliyi formalaşmağa başladı və güclü dövlətin təməli qoyuldu:

"Ötən əsrin 90-cı illərinin əvvəllərində məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevdə gördü və əminliklə öz Liderinə etimad göstərdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsindəki təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası oldu. Əgər Azərbaycançılıq məfkurəsi, ideyası əsaslı şəkildə dərk olunmasaydı, bu gün biz Qarabağdakı Zəfərimizdən danışa bilməzdik. Qarabağımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Zəfər yolumuzun da təməlində məhz bu tarixi məfkurə, ideyaya sadiqlik, layiqli varislik dayanır. Bu gün cənab İlham Əliyev bütün çıxışlarında bu məfkurənin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini ifadə edir, qərarlı addımlar atır, bunu millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu vurğulayır".

Siyasi analitik bildirib ki, hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu:

"Heydər Əliyev yaxşı bilirdi ki, başa çatdıra bilməyəcəyi işlərini onun layiqli varisi davam etdirəcək, başa çatdıracaq və yeni məqsədlərə doğru irəliləyəcək. Bu baxımdan, Heydər Əliyev həyatının bütün incəliklərinə real baxış prizmasından yanaşırdı və bilirdi ki, qarşıda görüləcək çox çətin işlər var və bu işlərin realizə olunmasını yalnız İlham Əliyev həyata keçirmək gücündə, qüdrətindədir. Bu təməl dövlətimizin ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli, güclü olması maraqlarına dayanır. Tarix də bu gerçəkliyi sübut etməkdədir. Əbəs deyil ki, müxtəlif siyasi-ictimai hadisələr baş verərkən, Heydər Əliyevin bir çağırışı ilə yüzminlərlə insan onun səsinə-səs verir, Liderinin ətrafında birləşirdi. Bax, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü olaraq şanlı tariximizə fəxarət hissi ilə yazılıb.
Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu o vaxta təsadüf edirdi ki, o zaman xalqın bir siyasi təşkilat ətrafında birləşərək Azərbaycanı düşdüyü mürəkkəb vəziyyətdən çıxartmağa ehtiyacı vardı. Məhz bu zərurəti hiss edən ölkə ziyalıları Azərbaycan xalqının adından 1992-ci ilin 16 oktyabrında bir araya gəlib Ulu Öndər Heydər Əliyevə "SƏS" qəzeti vasitəsilə "Azərbaycan sizin sözünüzü gözləyir" adlı müraciət ünvanladılar. Sözsüz ki, Heydər Əliyev kimi xalqını, dövlətini sevən bir Lider bu müraciətə biganə qalmadı və 1992-ci il 24 oktyabrında "SƏS" qəzeti vasitəsilə "Yeni, müstəqil Azərbaycan uğrunda" adı ilə müraciətə cavab ünvanladı. Bu cavab həm də ölkəni düşdüyü vəziyyətdən çıxarmaq üçün yol xəritəsi, proqram tipli konsepsiya idi. Və beləliklə bir neçə gün sonra, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində Liderin ətrafında birləşməklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Heydər Əliyevin yüksək nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad partiyanın qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına şərait yaratdı. Fakt budur ki, YAP siyasi təşkilat olaraq, yarandığı müddətdən cəmi 6 ay sonra siyasi hakimiyyətə gəldi və bu, bilavasitə xalqın dəstəyinin, Ulu Öndər Heydər Əliyevə olan məhəbbətinin, inam və etibarının bariz göstəricisi, təntənəsiidir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 09 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri