Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Sözün 150 ili”

“Sözün 150 ili”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) anadilli mətbuatımızın 150 illik yubileyinə həsr olunmuş “Sözün 150 ili” adlı görüş keçirilib.

Universitetin rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan mediasının tanınmış simaları və jurnalistlərin iştirak etdiyi mərasimdə ali təhsil ocağının mətbuat katibi Şahanə Müşfiq milli mətbuatımızın tarixinə qısa nəzər salaraq qeyd edib ki, 150 il öncə Həsən bəy Zərdabinin qələmindən süzülən ilk sətirlər bu torpaqda azad fikrin, ictimai düşüncənin və mədəni maarifçiliyin təməlini qoydu. “Əkinçi” ilə başlayan bu yol bu gün də davam edir – qələmlə, səslə, səhnə ilə…

ADMİU-nun rektoru – Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova Azərbaycan mətbuatının 150 illik çox şərəfli və tarixi bir yol keçdiyini deyərək, bu yolda Mədəniyyət və İncəsənət Universitetinin də izi olduğunu vurğulayıb. O bu gün mətbuatın müxtəlif sahələrində, xüsusən televiziyada ADMİU-nun məzunlarının uğurla fəaliyyət göstərdiyini vurğulayıb və universitet rəhbərliyinin, müəllimlərinin onlarla fəxr etdiyini əlavə edib.

Milli Mətbuatımızın 150 illik şərəfli yolunu əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək milli mətbuatın 150 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamını dövlətin jurnalistika və onun təmsilçilərinə diqqətinin daha bir nümunəsi kimi dəyərləndirib.

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Əməkdar jurnalist, “Ədəbiyyat və incəsənət” portalının təsisçisi Varis Yolçiyev çıxışında mədəniyyətin, ədəbiyyatın mətbuatdakı əksindən danışıb və bunun əhəmiyyətini diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədova və ADMİU-nun kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi Əli Əmirli də yubileyin məna və önəmindən danışıb, inkişaf edən texnologiyalara görə çətin dövrlərini yaşayan ənənəvi çap mediasının əhəmiyyətini qeyd ediblər.

Daha sonra ADMİU-nun məzunları – Mədəniyyət Telekanalının direktor müavini Bəhruz Niftəliyev, İdman Telekanalının direktoru Zaur Zeynalov, “moderator.az” saytının baş redaktoru, teatrşünas Xəyalə Rəis, Baku TV-nin redaktoru Emil Hacıyev öz tələbəlik illərindən və mətbuatdakı fəaliyyətlərindən danışıblar, 150 illik yubiley ərəfəsində məzun olduqları universitet tərəfindən belə bir tədbirlə yad edilməyin sevinc və qürurunu bölüşüblər.

Tədbirin bədii hissəsində tələbələr Üzeyir Hacıbəylinin “Ordan-burdan” felyetonundan və “O olmasın, bu olsun” operettasından parçalar təqdim ediblər. Musiqi ifaları da gecəyə rəng qatıb.

Sonda ADMİU-nun fəaliyyətini hər zaman öz səhifələrində işıqlandıran, daha geniş auditoriyaya təqdim edən bir sıra KİV nümayəndəsinə təşəkkürnamələr və Ş.Müşfiqin müəllifi olduğu, ADMİU-nun müharibə qəhrəmanlarına həsr olunmuş “Sənətdən cəbhəyə” kitabı təqdim edilib.

Ə.ƏLİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri