Icma.az
close
up
RU
SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tapdıq Əlibəyli – 65

Şair ömrü illərlə misralara hopmuş duyğuların, poetik yaddaşın izləri ilə yazılır. Bu fikir müstəvisində, şair-publisist Tapdıq Əlibəylinin 65 illik yubileyinin ərəfəsində onun sənətinə və həyatına bir daha nəzər salmaq fürsəti yaranır.

Düşünürəm ki, tale ilə üz-üzə gəlmiş şair ünvanlı bir qəlbin hesabatıdır bu yubiley. Amma bu altmış beş il sadəcə zaman ölçüsü deyil - arxada qalan ağrılı-acılı yolların, sevinc və kədərin qoşa addımladığı bir ömür salnaməsinin, vətəndaş mövqeyinin və poeziyanın zəngin xəritəsidir. Çünki elə insanlar var ki, yaşlarını illərlə yox, yazdıqları sözlərlə ölçürlər.

Tapdıq Əlibəyli məhz belə sənətkarlardandır. Onun da tale payına “söz” məsuliyyəti düşdü. Yazıb-yaratdıqları ilə o, uca sözə sədaqəti, poeziyaya mənəvi məsuliyyəti sayəsində ədəbi mühitdə özünə məxsus, artıq təsdiqlənmiş və tanınan bir ünvana çevrildi. Yaradıcılıqda özünə meyar olaraq Xalq şairi Zəlimxan Yaqubun poetik ucalığını qəbul edir və bu ucalığı belə dəyərləndirir:

Zəlimxan ilhamı bir dünya qurdu,
Zamanın fövqündə sözü təzə-tər.
Nə qədər şeir var diri-durudu,
O səs, o nəfəsdən durular bəşər.

Tapdıq Əlibəylinin poeziyası da məhz bu diri sözlərdəndir. Onun misralarında səs var, nəfəs var, ruh var. Bu sözlər oxucunu təkcə düşündürmür - onu saflaşdırır, duruldur, iç dünyasına işıq salır. Bu poeziya süni deyil; yaşanmış hissin, halın, taleyin və vicdanın səmimi ifadəsidir.

Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır...
Şairliyin yaşı olmur!

Bu dördlük Tapdıq Əlibəylinin yaradıcılıq taleyinin poetik açarıdır. O, gah dərviş kimi könül qapılarını döyür, gah şaman kimi yaddaşın dərin qatlarına enir. Onun şeiri bəzən səhər işığı kimi ümid gətirir, bəzən axşam sükutu kimi insanı özü ilə üz-üzə qoyur. Bu yol Yunus Əmrələrin, haqq aşiqlərinin, söz fədailərinin yoludur. Söz onda həm dua, həm çağırış, həm də məsuliyyətdir.

Vətən mövzusu Tapdıq Əlibəylinin poeziyasında sadəcə mövzu deyil - taledir. Xüsusilə 44 günlük Vətən müharibəsi onun şeirində xalqın qəhrəmanlıq səlnaməsinə çevrilir. Hər misrada savaşın nəfəsi duyulur, şəhid ruhu dolaşır, Xudayar təsnifinin sədası eşidilir… Bir də gözləri yollardan çəkilməyən analar, yarımçıq qalan arzular, nisgilli nişanlı qızların səssiz göz yaşları…

Qırx dörd günlük savaş səsi –
Qəhrəmanlıq səlnaməsi.
Sönbaharın yaz çöhrəsi
Şəhidlərin gül üzündə
Gülümsəyir göy üzündə…

Bu misralarda ağrı ilə qürur çiyin-çiyinə addımlayır. Şair şəhidlərin gül üzündə yazı görə biləcək qədər saf, uca və mərhəmətli baxmağı bacarır.

Tapdıq Əlibəyli üçün torpaq sadəcə məkan deyil - qüdsiyyətdir, kimlikdir, alın yazısıdır. O, torpağı türk taleyi, türk yazısı kimi dərk edir. Onun üsyanı da, sevgisi də buradan doğur. “Tarix türkə, türk tarixə yaraşır” deyərək sözünü dünyaya deyir və türk olmağın şərəfini poeziyanın dili ilə əbədiləşdirir:

Türk soraqlı qüdsiyyətim - bu torpaq,
Qanımdakı heysiyyətim - bu torpaq,
Qayəmdəki hüsniyyətim - bu torpaq,
Azərbaycan - Tanrı yazan ünvanım!

Üçrəngli Bayraq isə onun poeziyasında sönməyən əqidə çırağıdır - yol göstərən, ruh oyadan, Vətəni Günəş kimi isidən bir işıqdır:

Üçrəngli Bayrağım -
Hürriyyət sorağım!
İstiqlal yolunda
Əqidə çırağım!

Tapdıq Əlibəyli 65 yaşında bir daha sübut edir ki, o, yaşa söz qatmayıb - sözə ömür qatıb. Onun ömrü misralarındakı təravətlə birgə axır, gündən-günə daha da şirinləşir və zaman-zaman mənəviyyatımızı zənginləşdirərək dünyamızı işıqlandıracaq. Məhz bu mənəvi-estetik keyfiyyətlər Tapdıq Əlibəylinin sözünə digər yazarların münasibətində də aydın görünür. Tanınmış şair İladi Öməroğlu Tapdıq Əlibəylini gözəlliyə meyil salan, sözü bülbülün nəğməsi, gülün ətri qədər saf və təbii olan şair kimi dəyərləndirir:

“Gözəlliyə meyil salar,
Bülbüldən, həm güldən yazar!”

O, həmçinin Tapdıq Əlibəylinin poeziyasında insafın, dinin, elm və irfanın, zəhmətkeş insanın - “qabarlı əlin” müqəddəsliyinin sözə çevrildiyini görür və bu mənəvi yaxınlığı söz qardaşlığı kimi qəbul edir:

“İnsaf-dindən, elm-irfandan,
O qabarlı əldən yazar!”

Tapdıq Əlibəylinin qələmindən çıxan hər bir əsər insana yaşamağı, yaratmağı, Vətəni, insanı və Uca Tanrını sevməyi öyrədir. Onun poeziyası ədəbiyyatımız üçün dayaqdır, arxadır, örnəkdir. Bu əsərlər həyat fəlsəfəsi, gənclik eşqi və sabaha inamla dolu olduğu üçün gəncləri gələcəyə aparan yorulmaz qanadlara çevrilir.

Dəyərli şairimiz, dəyərli Vətənoğlu, arzumuz budur ki, sözünüz həmişə diri qalsın, ilhamınız Uca Tanrının xeyir-duası ilə qurumayan bulaq kimi daim çağlasın. Qələm yolunuz işıqlı olsun, misralarınız Vətənə, insana və həqiqətə xidmət etsin. Sizə möhkəm can sağlığı, uzun ömür, ruh genişliyi və yeni-yeni poetik zirvələr arzulayırıq.

Çünki dəyişməyən bir həqiqət var: sözün də, şairin də yaşı olmur.

Vidadi Orucov,

Lənkaran Dövlət Universitetinin
Fizika, kimya və biologiya kafedrasının müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri