Icma.az
close
up
RU
“Space” TV də nə baş verir? Ya özünü yeniləyəcək, ya da… KONKRET

“Space” TV də nə baş verir? Ya özünü yeniləyəcək, ya da… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan teleməkanında vəziyyət ürəkaçan deyil. Qalmaqallar, bağlanan verilişlər, efir etikası ilə bağlı müzakirələr bir-birini əvəz edir. Tamaşaçı illərdir şikayət etdiyi “bayağı” ifaçıların nəhayət ki, efirdən uzaqlaşdırılmasının şahidi olur. Bəs bu dəyişikliklər həqiqətən keyfiyyətə aparır, yoxsa sadəcə iş görmək xatirinə atılan addımlardır?

KONKRET.az xəbər verir ki, hadisələrin mərkəzində isə “Space” TV dayanır. Dünən kanalın baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlər gündəmi zəbt etdi. Kanalda Audiovizual Şuranın yoxlamalar aparması efir məkanındakı hazırki vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərdi. Məlumdur ki, artıq söhbət tək bir verilişdən yox, ümumi idarəetmə və efir siyasətindən gedir.

“Space” TV-də gərginlik Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Tarixin bir günü” verilişinin bağlanması ilə başladı. Sosial şəbəkələrdə geniş müzakirə olunan proqramın yayımının dayandırılması cəmiyyətə “efirdən bayağılığın yığışdırılması” kimi təqdim olundu.

ARB-də “Səni axtarıram”, “Həmin Zaur”, “Elgizlə izlə”, ATV-də “Rəngarəng” və “Bizimləsən” kimi reytinqli proqramlar da həmin siyahıya düşdü. Bir vaxtlar gündəmi zəbt edən, sosial mediada trendə çevrilən bu layihələr indi efirdə yoxdur.

“Səni axtarıram” və “Bizimləsən” formatında isə cəmi iki veriliş qaldı. Lalə Azərtaşın təqdimatında “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” və “Space” TV-də Amil Xəlilin təqdimatında efirə gedən “Gəl danış” verilişi. Yəni format tamamilə aradan qaldırılmayıb, sadəcə nəzarət altına alınıb.

Verilişlərin bağlanması ilk mərhələdə cəmiyyət tərəfindən alqışlandı və böyük səs-küyə səbəb oldu. İnsanlar daha səviyyəli efir, daha mədəni müzakirələr, sənətə və intellektə yer verən proqramlar gözləyirdi. Həqiqətən də efirə muğam ustaları, aktyorlar, bəstəkarlar daha çox dəvət olunmağa başladı. Amma burada başqa bir problem üzə çıxdı. Bayağılıqdan uzaqlaşmaq yalnız muğam ifaçılarını efirə çıxarmaq demək deyil. Azərbaycan pop musiqisində də keyfiyyətli işlər görən sənətçilər kifayət qədərdir. Üstəlik, eyni simaların təkrar-təkrar müxtəlif kanallarda görünməsi tamaşaçını yorur.

Fərqlilik yaratmaq əvəzinə, kanallar bir-birinin siyahısını təkrarlayır. Elə son 1 həftədə Əməkdar artist Vasif Məhərəmlini 4 ayrı verilişdə görmüşəm.

Dəyişiklik var, amma yaradıcılıq hələ də inkişaf edə bilməyib. Ən maraqlı məqam isə budur ki, bayağılıqdan gileylənən tamaşaçı yeni formatlı proqramlara əvvəlki qədər baxmır. Reytinqlər aşağı düşüb. Bu, bir reallığı göstərir: televiziya yalnız tənqidlə yox, alternativ təqdimatla ayaqda qalmağı bacarmalıdır.

Təbii ki, özəl kanallar, reytinq qazanmalıdır bu, danılmaz faktdır. Çünki kanalları dövlət maliyələşdirmir. Amma reytinq naminə səviyyəni aşağı salmaq da çıxış yolu deyil. Əsl peşəkarlıq məhz keyfiyyətli və maraqlı məzmunla tamaşaçını ekrana bağlamaqdır.

Uzun illər efirlər şəxsi həyat dramları üzərində quruldu. Kim neçə dəfə evlənib, kim kimi tərk edib, kim atasını axtarır… Bu mövzular cəmiyyət üçün nə qədər önəmlidir və ya niyə önəmli olmalıdır?

İnsanlar qalmaqala bir dəfə maraq göstərir, ikinci dəfə artıq yorulur. Televiziya isə bu yorğunluğu görməzdən gəlir. Nəticədə tamaşaçı alternativ platformalara, yəni sosial mediaya üz tutur.

Əyləncə proqramı sərhədsiz azadlıq demək deyil. Şou etmək olar, amma səviyyəni qoruyaraq.

Digər həqiqət budur ki, efirdə çalışan aparıcıların böyük hissəsi peşəkar jurnalistika təhsili almamış şəxslərdir. Bu, ayıb deyil. Amma efir etikası, informasiya balansı, müsahibə mədəniyyəti kimi əsas prinsipləri bilmədən ekran qarşısına çıxmaq artıq riskdir.

Televiziya məktəbdir. Orada deyilən hər söz cəmiyyətə təsir edir.

Digər diqqətçəkən məqam isə bizdə layihələrin yoxluğudur. Bütün verilişlər biri-birini təkrarlayır. Bilmirəm, bəlkə də kanal rəhbərliyi təqdim olunanan yeni layihələri qəbul etmir. Məsələnin bu hissəsi qaranlıqdır. Lakin bütün bu məqamlara diqqət etmək lazımdır.

Bu gün “Space” TV-də kanalın baş direktoru Vado Korovinin vəzifəsindən azad olunması və bütün idarəetmə və səlahiyyətlərin icraçı direktor Nəriman Əbdüləliyevin həyata keçirməsi artıq rəsmi təsdiqini tapdı. Kanal daxilində nələrin baş verdiyi tam məlum olmasa da, dəyişikliklərin qaçılmaz olduğu görünür.

Ümumilikdə isə Azərbaycan televiziyası dönüş nöqtəsindədir. Ya özünü yeniləyəcək, ya da tamaşaçısını itirəcək. Çünki artıq seçim çoxdur. Bu da o deməkdir ki, tamaşaçı üçün alternativlər də boldur.

Əgər kanallar doğrudan da keyfiyyətli məzmun istehsal edə bilməsə, yaxın illərdə bəzi özəl telekanalların bağlanması heç də təəccüblü olmayacaq.

Efirlər dəyişsə də, bu dəyişikliyin düşünülmüş strategiya, yoxsa sadəcə ictimai təzyiqə verilən reaksiya olması sual altındadır. Cavabı isə vaxt göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Aprel 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri