SpaceX Ukraynada Starlink terminallarının işini xəbərdarlıq etmədən məhdudlaşdırıb
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
SpaceX şirkəti Ukrayna hərbçilərinin cəbhədə istifadə etdiyi Starlink peyk rabitəsi terminallarının işini məhdudlaşdırıb. Oxuməni.az “Ukrainskaya pravda” nəşriniə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Sergey Beskrestnov və müdafiə nazirinin keçmiş müşaviri, könüllü Sergey Sternenko məlumat veriblər. Məhdudiyyət Starlink-dən istifadə edən pilotsuz uçuş aparatlarının sürətinə təsir edir.
“Ukrainskaya pravda” nəşrinin hərbçilərə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər Starshield adlanan Starlink peyk rabitəsinin hərbi versiyasına da şamil olunub. Bu sistem daha yüksək sürətlə işləyir və PUA operatorlarının fəaliyyəti üçün vacibdir. Ukraynalı komandirlərdən biri nəşrə iki Ukrayna dronunun havaya qalxarkən rabitəni itirdiyini və tapşırığı davam etdirə bilmədiyini göstərən video göndərib.
Ukrayna Silahlı Qüvvələrindəki mənbənin “Ukrainskaya pravda”ya bildirdiyinə görə, dronlara quraşdırılan adi Starlink terminalları saatda 160 kilometrədək sürətlə hərəkət edən pilotsuz aparatlarda işləyir. Lakin bu sürət bəzi tapşırıqların yerinə yetirilməsi üçün kifayət etmir. Buna görə də Starlink-in hərbi versiyası olan Starshield-dən istifadə olunur.
“Bizim müdafiə qüvvələrimiz bu cür məhdudiyyətlər barədə əvvəlcədən xəbərdarlıq almayıb və nəticədə bir sıra əməliyyatlar pozulub. Aydındır ki, bu addım təsadüfi ola bilməz və mövcud siyasi vəziyyətlə əlaqədardır”, — deyə Beskrestnov yazıb.
Son iki gündə Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarının Kiyevə raket zərbələri barədə əvvəlcədən xəbərdarlıq etmədiklərini bildirib. “Politico” nəşrinin məlumatına görə, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının əlverişsiz hava şəraiti səbəbindən təqdim edilmədiyini bildirib.
“Financial Times” qəzetinin məlumatına görə, ABŞ ötən həftə Kiyevin Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa razılaşmayacağı təqdirdə Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq və silah tədarükünü bloklamaqla hədələyib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 14 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















