“SpeysX” icazə aldı: Smartfonlar peyklərə qoşulacaq
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
“SpeysX” beynəlxalq telekommunikasiya xidmətləri göstərmək üçün ABŞ Federal Rabitə Komissiyasından (FCC) təsdiq alıb.
Axar.az xəbər verir ki, bu barədə “Notebook Check” məlumat yayıb.
Məlumata görə, əsas məqsəd standart smartfonların birbaşa peyklərə qoşulmasını təmin etməklə əhatə dairəsindəki boşluqları aradan qaldırmaqdır.
"Starlink Mobil"in əsas üstünlüklərindən biri qlobal rouminq imkanı olmağıdır. Geniş peyk şəbəkəsi sayəsində vahid mobil tarif planı nəzəri cəhətdən dünyanın istənilən nöqtəsində sabit və yüksək sürətli əlaqəni təmin edə bilər.
“SpeysX” həmçinin, 150 Mbit/s-dək yükləmə sürəti təmin edən və kosmosda yerləşən 5G baza stansiyaları kimi fəaliyyət göstərəcək yeni nəsil peyklər vasitəsilə xidmətin imkanlarını genişləndirməyi planlaşdırır.
Baxış sayı:102
Bu xəbər 20 Sentyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















