Icma.az
close
up
RU
Spiker: “Konfrans iştirakçılarının Zəfər parkına getməsi…”

Spiker: “Konfrans iştirakçılarının Zəfər parkına getməsi…”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Dekabrın 7-də Milli Məclisdə Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq Parlament Konfransı keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Rusiya, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, İraq, Efiopiya, İndoneziya, Malayziya parlamentlərinin və TürkPA, MDB-nin Parlamentlərarası Assambleyası kimi beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edirdi”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin iclasında deyib.

Spiker bildirib ki, konfransda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusu ətrafında müzakirələr aparıldı, 27 nəfər çıxış etdi:

“Milli Məclis sədrinin və üzvlərinin çıxışlarında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin irsinin müasir dövrün çağırışları şəraitində əhəmiyyəti vurğulandı.

Azərbaycanın hələ əsrin əvvəllərində demokratik prinsiplərə və mütərəqqi dövlət quruculuğuna sadiq olduğu, xalqımızın zəngin parlamentarizm ənənələrinin son 30 ildən artıq dövrdə daha da inkişaf etdirildiyi bildirildi.

Xüsusən Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda ali hakimiyyətə qayıdışının ölkəmizdə sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, eyni zamanda, yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığı nəzərə çatdırıldı.

Qeyd olundu ki, bu gün Milli Məclis möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Eyni zamanda, hörmətli həmkarlar, ölkəmizə qarşı böhtan və dezinformasiya kampaniyaları aparıldığı, təxribatlar törədildiyi, lakin onların nəticəsiz qaldığı da vurğulandı.

Bundan əlavə, tədbir çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq “dəyirmi masa” keçirildi. “Parlamentlərin ictimai diplomatiyada rolu” və “Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu” mövzuları ətrafında fikir mübadiləsi də aparıldı.

S.Qafarova qeyd edib ki, konfrans çərçivəsində Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan parlamentlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər də keçirildi:

“Hesab edirəm ki, konfrans parlamentlərarası dialoqun və qarşılıqlı əlaqənin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfrans iştirakçılarının Zəfər parkına getməsi, Heydər Əliyev Mərkəzi ilə tanış olması, işğaldan azad edilmiş əraziləri – Füzuli, Şuşa, Xankəndi və Xocalını ziyarət etməsi onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı".

Vilayət Muxtar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri