Icma.az
close
up
RU
“Vətən müharibəsində tarixi hünər: Zəfər diskursu” konfrans

“Vətən müharibəsində tarixi hünər: Zəfər diskursu” konfrans

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da AMEA-da “Vətən müharibəsində tarixi hünər: Zəfər diskursu” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli artıq beşinci ildir 27 sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd edildiyini vurğulayıb. O qeyd edib ki, bu tarixi gün 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək ölkəmizin işğala məruz qalmış ərazilərinin azad edilməsi yolunda şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Vətən müharibəsi son yüz ilin ən qısa və uğurlu, qalibiyyətlə bitən müharibəsidir. Bu Zəfər həm respublika, həm də beynəlxalq miqyasda Azərbaycanın strateji mövqelərinin güclənməsinə, regional sabitliyin təmin olunmasına və həmrəyliyin qorunmasına xidmət edir.

AMEA rəhbəri qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımızın düşmən işğalından azad edilməsi həm də Ulu Öndər Heydər Əliyevin arzusunun şərəflə yerinə yetirilməsidir.

Akademik İsa Həbibbəyli əlavə edib ki, bu müharibə hərb tarixində ən ədalətli müharibə kimi qəbul olunur və Vətən müharibəsində əldə olunan tarixi Zəfər beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyünün qorunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Vaşinqton səfərinə toxunaraq imzalanmış Birgə Bəyannamənin tarixi əhəmiyyətini və regional əməkdaşlıq üçün açdığı yeni perspektivləri xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, Birgə Bəyannamə regionda sülhün və dayanıqlı sabitliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sənəd ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və danışıqlar prosesinin yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.

Konfrans məruzələrlə davam edib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Rəna Mirzəzadə “Prezident İlham Əliyevin Vətən müharibəsində tarixi Zəfəri: siyasi-ideoloji baxış və strateji hədəflər” mövzusunda məruzə edib. Alim Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin siyasi və ideoloji aspektlərini təhlil edib. Bu uğurun Azərbaycanın strateji hədəflərinə necə xidmət etdiyini vurğulayıb. Zəfərin milli həmrəylik və dövlətçilik ideyalarının inkişafında oynadığı rolu diqqətə çatdırıb. Eyni zamanda, məruzəsində Vətən müharibəsinin Azərbaycan diplomatiyası və beynəlxalq münasibətlər sistemində yaratdığı yeni imkanları qeyd edib. Azərbaycanın milli maraqlarının qorunmasında və ölkənin beynəlxalq mövqelərinin güclənməsində Prezident İlham Əliyevin liderliyinin əhəmiyyətini xüsusi vurğulayıb.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Böyük Zəfərin start nöqtəsi - 27 sentyabr: tarix və müasirlik” adlı məruzəsində BMT qətnamələrinin tələblərinə Ermənistanın əməl etməkdən boyun qaçırmasının regional sabitliyə və sülh prosesinə yaratdığı mənfi təsirlərdən danışıb. Alim, həmçinin 27 sentyabrın Azərbaycan üçün tarixi dönüş nöqtəsi olduğunu və bu hadisənin müasir dövlətçilik strategiyasında əhəmiyyətli rol oynadığını qeyd edib. Ölkəmizin 27 sentyabr hadisələrindən sonra həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi uğurların Azərbaycanın mövqelərini gücləndirdiyini bildirib.

AMEA-nın Arxeologiya və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov institutun azad edilmiş ərazilərdə apardığı arxeoloji və antropoloji tədqiqatlara dair təqdimatla çıxış edib. O, bu ərazilərdə ilk dəfə genişmiqyaslı radiokarbon analizlərinin həyata keçirildiyini, abidələrin xronologiyasının dəqiqləşdirildiyini qeyd edərək, Üzərliktəpə və Ağdam İmarət Kompleksində aparılan tədqiqatların maddi-mədəniyyət nümunələrinin öyrənilməsində mühüm nəticələr əldə etməyə imkan yaratdığını deyib. Qeyd edib ki, Azıx və Tağlar mağaralarında beynəlxalq tədqiqatlar aparılıb və bu işlər regionun həmin dövr maddi-mədəniyyəti barədə əhəmiyyətli məlumatlar təqdim edib. Məruzədə, həmçinin məhkəmə arxeologiyası istiqamətində görülən işlərdə respublikanın müvafiq orqanları ilə müştərək fəaliyyətin əhəmiyyəti vurğulanıb, bütün bu tədbirlərin azad edilmiş ərazilərin tarixi irsinin öyrənilməsi və qorunması sahəsində önəmli addımlar olduğu qeyd edilib.

Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Tarixin və Zəfərin 44 anı” mövzusunda çıxış edərək Vətən müharibəsinin tarixi və mənəvi əhəmiyyətini, həmçinin bu Zəfərin Azərbaycan ədəbiyyatında və milli yaddaşda əks olunduğunu qeyd edib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva isə “Azərbaycan teatrında Qarabağ mövzusu” məruzəsində teatr səhnəsində Qarabağ mövzusunun müxtəlif janrlarda və dövrlərdə necə əks olunduğunu, bu əsərlərin milli mədəniyyətin qorunmasında və ictimai şüurun formalaşmasında oynadığı rolu diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər 27 Sentyabr - Anım Gününün Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yerini və bu günün milli yaddaşda daim yaşadılmasının əhəmiyyətini qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see225

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri