Icma.az
close
up
RU
Spiker Tereza Mey ilə görüşüb

Spiker Tereza Mey ilə görüşüb

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, Baronessa Tereza Mey belə vacib qlobal tədbirə evsahibliyi etdiyi üçün ölkəmizi təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi COP29 bütün dünyanın diqqətindədir.

O xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə evsahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Baronessa Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb.

Spiker Sahibə Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, qonağa, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb.

Söhbət zamanı, iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib. Bu mənada noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünün də əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm təsir göstərən faktorlardan biri kimi, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycan Milli Məclisi haqqında məlumat verilib. Sahibə Qafarova özünün Birləşmiş Krallığa rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı keçirilən görüşlərin qanunvericilik orqanlarımız arasında münasibətlərə müsbət töhfə verdiyini bildirib.

Görüşdə gender bərabərliyi və qadın məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Söhbət zamanı, Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin, ölkəmizin təşəbbüsü ilə COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammitinin təşkili haqında da məlumat verilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see427

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see338

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see335

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see269

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see266

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see216

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see207

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see205

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see184

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see173

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see173

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see170

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see168

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see166

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri