Icma.az
close
up
RU
Spikerdən Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə sərt reaksiya: Qətiyyətlə rədd edirik Komissiya yaradıldı

Spikerdən Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə sərt reaksiya: Qətiyyətlə rədd edirik Komissiya yaradıldı

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.

"Bu qətnamə AP-nin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - spiker qeyd edib.

Sahibə Qafarova əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib: "Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".

Spiker qeyd edib ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanla bağlı obyektivlikdən uzaq, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan yanlış və qeyri-konstruktiv yanaşma praktikasını davam etdirib:

"Bu qətnamə Avropa Parlamentinin dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama prinsiplərinə açıq şəkildə etinasız münasibətini ortaya qoyur. Sənəddə yer alan "siyasi məhbuslar", "siyasi təqiblər", "akademik azadlıqların pozulması" və "mədəni hüquqların məhdudlaşdırılması" kimi ifadələr əsassız və qərəzlidir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik".

Onun sözlərinə görə, mövcud reallıqların nəzərə alınmadığı birtərəfli qərarların "təhsil" və ya "hüquq müdafiəsi" adı altında qəbul olunması nə demokratik inkişafın təbliğinə, nə də insan hüquqlarının qorunmasına xidmət edir.

Sədr əlavə edib ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir: "Bununla belə, ölkəmizlə münasibətləri əsassız və birtərəfli tələblərlə şərtləndirmək cəhdlərini qəbul edə bilmərik. Dövlətimiz beynəlxalq qurumlarla qarşılıqlı hörmət, bərabərlik və ikili standartlara yol verilməməsi prinsipi əsasında əməkdaşlığa açıqdır".

Daha sonra sözügedən bəyanatın qəbul edilməsi üçün komissiya yaradılıb. Komissiyanın sədri Şahin İsmayılov, üzvlər isə Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Zaur Şükürov və Pərvanə Vəliyeva seçilib(report).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri