“Squid Game”in aktyoru bəraət qazandı
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Cinsi təcavüzdə ittiham olunan Cənubi Koreyanın məşhur “Squid Game” serialının aktyoru Oh Yeong-su bəraət qazanıb.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı “Afisha Daily” yayıb.
İstintaq materiallarına görə, aktyora qarşı iddia 2017-ci ildə baş vermiş hadisə ilə bağlı irəli sürülmüşdü. Şikayəti edən qadın, Oh Yeong-sunun onu seksual xarakterli hərəkətlərlə narahat etdiyini bildirmişdi. Aktyor isə ittihamı qəti şəkildə inkar etmişdi.
Məhkəmənin qərarında qeyd olunur ki, təqdim olunan sübutlar və şahid ifadələri aktyorun təqsirsiz olduğunu göstərib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, 79 yaşlı Oh Yeong-su “Kalmara Oyunu” serialında yaşlı kişi — 001 nömrəli oyunçunu canlandırıb və bu rolu ilə böyük şöhrət qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 13 Noyabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















