Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

SSRİ Atropatena tarixini belə saxtalaşdırıb Tarixçi

SSRİ Atropatena tarixini belə saxtalaşdırıb Tarixçi

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Media və Yayım Şurasında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.

Axar.az xəbər verir ki, seminar tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında baş tutub.

“Sovet tarixindən bizə iki problem irs qalıb. Problemlərdən biri odur ki, sovet dövründə Atropatena dövləti e.ə. 4-cü əsrdə yaranıb. Deyilənə görə, Albaniya dövləti də həmin vaxt yaranıb. Bu tarix bizim tarixşünaslığımızı böhran vəziyyətində qoyub. Bir çox adam deyir ki, Azərbaycan tarixi aydın deyil. Bəli, məhz bu səbəbdən aydın deyil. Çünki sovet hökuməti deyirdi ki, Albaniya və Atropatena eyni vaxtda yaranıb. Bu o deməkdir ki, Albaniya və Atropatena arasında heç bir əlaqə yoxdur.

Əslində, Atropatena Makedoniyalı İsgəndərin imperiyası dağılanda yox, Assuriya imperiyası dağılanda yaranıb. Bu haqda Roma tarixçiləri də qeydlər aparıb.

Bundan başqa, e.ə. 3-cü əsrdə Roma tarixçisi yazır ki, Atropatena adlı dövlət Makedoniyalı İsgəndərdən xeyli əvvəl yaranıb. Başqa bir tarixçi isə qeyd edir ki, İsgəndər gələndə artıq Atropatena dövləti var idi.

Bütün bu qeydlər onu göstərir ki, Atropatena e.ə. 4-cü əsrdə deyil, e.ə. 7-ci əsrdə yaranıb.

Albaniyaya gəldikdə isə, Albaniyanın e.ə. 4-cü əsrdə yarandığına dair mənbələrdə heç bir məlumat yoxdur.

Bunu bilməliyik ki, elmdə iki - “mənbə” və “tədqiqat” ifadəsi var. Bunlar tamamilə fərqli məsələlərdir. Mənbə qədim yazılara deyilir. Tədqiqat isə indiki tədqiqatçılara deyilir və kim nə istəyirsə, onu da yazır. Ermənilər bizə qarşı iddialar edəndə bir dənə də olsun mənbə adı çəkmirlər. Ancaq tədqiqatçılardan misallar çəkirlər. Yaxın günlərdə də 100-ə yaxın tədqiqatçı tapıb danışdırıblar. Bu səbəblə də ermənilər bir söz deyəndə diqqət etmək lazımdır ki, onlar mənbəyə əsaslanır, yoxsa tədqiqatçıya? Bir daha qeyd edirəm, Albaniyanın e.ə. 4-cü əsrdə yarandığına dair bir dənə də mənbə yoxdur”, - Həsənov bildirib.

Onun sözlərinə görə, eradan əvvəl 7-ci əsrdə Atropatena dövləti yarananda Albaniya bu dövlətin tərkib hissəsi olub:

“Atropatena alban adlı tayfanın yaşadığı məskən idi. 1-ci əsrdə isə hansısa səbəblərdən dolayı albanlar Atropatenanın tərkibindən çıxıb öz müstəqilliklərini elan etdilər. Ancaq Albaniya Atropatenanın törəməsidir. Ermənilər isə iddia qaldırırlar ki, ermənilər alban olublar. Amma ermənilərin tərkibində alban adlı tayfa yox idi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri